Страницы

04.04.2013

Modernizm Və Postmodernizm

Rəşad Həqiqət

Dini məktəblər modernizmi düşmən elan etmiş, onun əksər və əsas sahalərini müzakirə və mübahisəsiz rədd edir, modernizmi tənqid edən postmodernizmi də qəbul etmirlər! Çünki postmodernizm modernizmin neqativ və apozitiv effektlərinin təsirini heç olmasa minimuma endirmək üçün ortaya çıxsa da, hər halda modernizm qaynaqlıdır. Əgər modernizm həm prinsip, həm də nəticə etibarı ilə profan və ateist xarakterə malikdirsə, postmodernizm yalnız nəticə etibarı ilə ateist və profan olmaqla kifayətlənir. Postmodernizm dünyada özünə geniş yer tutmuş teoloji və dini hərakatlar qarşısında ehtiyatlı davranmağa və bir növ özünü yandırmamağa çalışır. Halbuki postmodernizm liberal modernizmdən başqa bir şey deyil. Mühafizəkar məktəblərin modernizmin hər bir formasını, növünü və fəaliyyətini şübhə ilə qəbul edib rədd etmələrinin əsasında modernizmin MÜQƏDDƏSİ (Allah, Din, Kitab, Rəsul, Nəbi, İmam və b.) hakim aftoritet kimi qəbul etməyən əqlin nəticəsi olmasıdır.
Modernizm nəticə etibarı ilə Müqəddəsdən təmizlənmiş bir dünya qurmağa yönəlmişdir ki, bu səbəblə “antidini” hərakatdır. Premodernizmdən(modernizmədək) fərqli olaraq modernizm ümumiyyətlə fövqəttəbiiliyi rədd edir. Elə bir din yoxdur ki, onda spesifik fövqəttəbiilik olmasın. Buna görə də modernizm bütün dinlərə düşmən və müxalifdir. Modernizm qərb sivilizasiyasının substansiya və əsası olmuşdur. Qərbin də əsasında abş durur. Təsadüfi deyil ki, bəzi elm və hikmət adamları amerkanizmlə modernizmi sinonim hesab edirlər. İnsanları sosial formada birliyə və mübarizəyə səsləyən ənənəvi dinlər, xüsusi ilə də İbrahimi dinlər modern imperiyanın məqsədlərini reallaşmasına ən böyük əngəl hesab edilir. İslam da bu əngəllərin ən nəhəngidir. Abş öz qondarma qlobalizmi ilə İslama qarşı düşmən mövqeyini gizlətmir. Bir-çox böyük İslam alimi, o cümlədən Seyyid Qutub, Xomeyni və bir-çox digərləri abş-ı şeytanın təcəssümü hesab etməkdə qətiyyən yanılmırdılar. Çünki abş mövcud olduğu gündən bu günə kimi hər zaman və hər yerdə antidini, xüsusi ilə də antiislami funksiya və ideya daşıyıcısı olmuşdur. Nəinki İslamın, bütün İbrahimi dinlərin imperativləri baxımından böyük dəccalın və ya antixristin gələcək çarlığı dövrünə qarşı bütün dindarlar barışmaz və amansız mübarizə aparmalıdırlar! Dini imperativ və prinsiplər modernizmin bütün imperativ və prinsiplərinin satanik substansiya və demonik təbiətini ifşa etdiyi üçün modernizm dini aradan qaldırmadan qloballaşa bilməz! Həmişə qloballaşan zülm, əxlaqsızlıq və haqsızlığa qarşı mübarizədə insanlar dinə pənah aparmışlar. Buna görə zülm, fühuş və fəsad daşıyıcısı olan ixtiyari sistem, dövlət, hakimiyyət, ailə, klan, ideya, bir sözlə hər şey dini qarşısında görməyə məhkumdur! İslam dininin timsalında bu çox aydın görünür. Böyük müsəlman mütəfəkkiri Xomeyni “Vilayəti-Fəqih” kitabında əbəs yerə demirdi: “İslam haqq-ədalət uğrunda mübarizə aparanların, azadlıq və müstəqillik istəyənlərin dini olmaqla yanaşı, mübarizlərin və istismara qarşı muqavimət göstərən bir xalqın məktəbidir!” Məhz bu faktoru anladığı üçün abş imperiyası dinlər arasında, xüsusi ilə İslam firqələri arasında süni konfiliktlər yaratmağı və bu konfliktlərin miqyasını genişləndirməyi, onları daxildən parçalamağı, hətta saxtalaşdırmağı da qarşısına məqsəd qoyub. Elə bir din yoxdur ki, onun spesifik ədalət anlayışı olmasın. Modernizmə görə isə ədalət uydurulmuş tabulardan biridir. Ədalət anlayışı bərqərar olan mentalitetdə milli və dini müqavimət də güclü olur. Modern imperiya da bu müqaviməti aradan qaldırmadan rahat və aldadıcı təbliğat apara bilməz. Bir-çox dinlərdə min illərdir ki, var və aktiv olan ənənəvi konservatizmə qarşı mübarizə abş-ın strateji planlarının əsas tərkib hissəsidir. abş-ın birbaşa maliyyə yardımı ilə yağışdan sonra artan göbələk kimi çoxalan missioner təşkilatları bu istiqamətdə böyük işlər görürlər. Bəzi sektalar açıq şəkildə ənənəvi dinlərə qarşı çıxış edərək iddia edirlər ki, guya ənənəvi dinlər insan haq və hüquqlarını məhdudlaşdırır. Şübhəsiz ki, bu cəfəng sözlər məntiqsiz və absurddur. Ənənəvi dinlər xalqın ruhudur, etik mədəniyyətidir, əxlaq qanunudur, mənəvi həyat normasıdır. Ənənəvi anlayışların əsasında təcrübə, ağıl və vəhy triadası durur. Vəhy ənənəvi anlayışın zirvəsidir. Modernizmin hər sahəsi bu zirvəyə qarşı mübarizə və mücadilə edir. Buna görə də teoloji məktəblər bütün dinlərin mərkəzində bir fitri ənənə(vəhy) durduğunu qəbul edib təbliğ etməklə modernizmə üsyan edirlər. Çünki modernizm təkcə monoteist və ya İbrahimi dinlərin həqiqətlərini deyil, politeist dinlərin həqiqətlərini də təkamül və inkişafa zidd və düşmən elan etmişdir! Amma etiraf etmək lazımdır ki, təbiəti və təbiiliyi müdafiə etməkdə monoteizm politeizmdən, muvahhid də bütpərəstdən daha aktivdir. Çoxilahlıq dünyanı ilahi varlıqlarla əhatə olunduğu üçün qəbul edir və bu səbəbdən ətraf aləmə bir hörmət əlaməti olaraq ziyan verməməyə çalışır. Bu çalışma çox vaxt müəyyən bütpərəstlik rituallarında özünü biruzə verir. Fəqət bütpərəstlik eyni zamanda dəyişməyə və hüdudlarının üzərinə yüksəlməyə olan ehtiyacının fərqində deyil: dünya mövcud halı ilə yaxşıdır və yaşaması üçün lazım olan hər şeyi təbiətində qoruyur. Modern bütpərəstlər də antik bütpərəstlərdən kimi gah özlərindən ənənə, qanun və qaydalar uydurur, gah öz problemlərini bir-birinə, yaxud da təbiətə yükləməyə çalışır, gah da Allahın onları bütpərəst yaratdığını iddia edirlər. Lakin antik bütpərəstlik modern formasından fərqli olaraq təbiətə qarşı passiv idi.

Комментариев нет:

Отправить комментарий