Страницы

23.04.2013

Rəmiş: "Sərdar Cəlaloğlu, səni harda tutsam..."

Sərdar Cəliloğlu: "Qubadlılar Həcər ruhlu olduğuna görə, Qubadlını qoyub gəldilər. Onlar Sultan bəy ruhunda olsaydılar, nə Qubadlı işğal olunardı, nə də bu söz-söhbət yaranardı".

Əməkdar artist Rəmiş Sərdar Cəlaloğlunun iddialarına sərt cavab verib

O, publika.az- a açıqlamasında bunları deyib: “Sərdar Cəlaloğlu, sənin yerini bilirik. Səni harda tutsam, bu sözün heyfini çıxacağam. Qarabağın qeyrətli oğlanları gəlib səni bir gecədə məhv edər. Deyəsən, hakimiyyətdə heç bir yer ala bilməmisiniz, içinizin yanğısını xalqı təhqir etməklə soyudursunuz. Qarabağlılar Qarabağı qoyub gəlməyib. Onu sənin kimilər, yan-yörəndəkilər satıb. Başın ayılanda, yan-yörəndəki qadınların əxlaqına diqqət elə.
Bu xalq axmaq deyil ki, illərdir Həcəri qəhrəmanlıq simvoluna çevirib. Özünü yığışdırmasan, sonundan qorx”.
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Azərbaycanın tarixi şəxsiyyəti Qaçaq Nəbinin həyat yoldaşı və qubadlılar haqda təhqirlər yağdırıb. O deyib ki, Həcər Azərbaycan xanımlarına nümunə göstəriləcək qadın ola bilməz: “Düzdür, Qaçaq Nəbinin xidmətləri olub, vuruşub. Ancaq Həcər o qadındır ki, Nəbi öləndən sonra bir neçə kişiyə ərə gedib. Bu qadını Azərbaycan xanımlarına necə nümunə göstərək? Onlar özlərinə qəhrəman obrazı seçmək istəyirlərsə, Sultan bəy kim adamı nümunə götürsünlər. Erməni ilə vuruşub, Andronikin qulağını kəsib. Yoxsa Həcər kimi nümunə yox. Qubadlılar Həcər ruhlu olduğuna görə, Qubadlını qoyub gəldilər. Onlar Sultan bəy ruhunda olsaydılar, nə Qubadlı işğal olunardı, nə də bu söz-söhbət yaranardı".

Комментариев нет:

Отправить комментарий