Страницы

15.04.2013

Salam, ictimai sektor!

FotoğrafımSahil Qənbərli

Əvvəlki yazıda bildirdiyim kimi kiçik xalqların müqəddəratını xalqın özü təyin etmir. Bu yazımda isə müxalif yönümlü ictimai sektordan bəhs edəcəm.
Sektora daxil olan müxalif qurumlar və hərəkatlar sektorun özəyini təşkil edir. Sadəcə müxtəlif tədbirləri, flashmobları və mitinqləri deyil həm də müxalifətin dəstəyini qazandığı üçün istər-istəməz ictimaiyyətin diqqətini cəlb edə biliblər.
Səbəb - həm də əsasını liberal düşüncəli gənclərdən götürdüyü üçün, liberal müxalifətin avtomaik olaraq dəstəyini qazanırlar. Pafosdan başqa bir şeyi olmayan siyasi müxalifətin isə dəstəyini qazanmaq, ictimai müxalifət tərəfindən onsuz da rəğbətlə qarşılanacaq. Mənim sadə üzvlərlə işim yoxdur. Sevindirici haldır ki, etiraz etmək istəyi yaranıb. Amma kimlə və necə? İctimai sektor`dakı cazibə qüvvəsi sol və sağ görüşlü olanları birləşdirib, nə qədər gülməli və acınacaqlı olsa da həqiqətdir bu.
Bəzi hallada çox da sol düşüncəli olsalar da, anarxistlərlə kommunistlər bir araya gəlməyə, birgə mübarizəyə ehtiyyat edir. Bu hələ sol düşüncənin daxilindəki ziddlər toqquşmasıdır. Bunlar amerikanın yeni üzünü kəşf edib, sol ilə sağı birləşdirməyə cəhd ediblər. Etiraf edim ki, kifayət qədər savadlı kommunistlər də var aralarında. (Bunun günahı bizlərdədir ki, sol ideyasını ölkəmizdə inkişaf etdirə bilməmişik, amma bu onlara liberallarla eyni cəbhədə döyüşməyə əsas vermir.) Nişangah bəllidir, amma məqsəd yoxdur. Yolçular var amma yol yoxdur. Çünki əqidədaşlar yoxdur. A kişi, harda görülüb axı, liberal ilə kommunist eyni səngərdə? Şüar bəllidir, "Əliyev getməlidir" - yaxşı getdi bəs kim gələcək? İsa, Əli, İqbal yoxsa kim? Bunlar tarix küləyi tərəfindən yerə çırpılmış, uğursuzlardır ki, keçiblər xalqın boğazına. Yeri gəlmişkən, İsa bəyin oğlu, Turqut Qəmbər elə bəhs elədiyim təşkilatlardan birinin idarə heyyətinin üzvüdür. Məsələ aydın olur yavaş-yavaş? Və bu yaxınlarda İsa bəy özü də həmin təşkilatın üzvü oldu (Təbii bu bir jestdir, amma həm də simvolik anlam daşıyır) Bu hakimiyyətin maraqlı oyunudur ki, özünə qarşı alternativin yaranmağına yol verməyib. Gözəl siyasət buna deyərəm mən. Xalq siyasi müxalifəti 91-93-cü illərdə, həmçinin 2003-cü il prezident seçkilərində, habelə 2005-ci il parlament seçkilərindəki məkrli üzünü, iki mehriban düşmənin eyni yolu gedə bilməyəcəyini görüb. Beləliklə özlərinə inamın itdiyi görən liderlər, infrastruktur yaratmağa başladılar. Bu təbiidir. Onların sayəsində qarşılıqlı reklam da qazanmış oldular. (Bu çoxşaxəli mövzu olduğu üçün fikrimi açıq-aydın anlamaya bilərsiniz.) Turqut Qəmbər`dən Stalinfason guya imtina edən İsa Qəmbər bununla özünü və məqsədini (ikisi bir arada) maskalamaq istəsə də, bizə onun neçə üzə sahib olduğunu artıq məlumdur. İctimai sektor dolayısı ilə siyasi müxalifətə xidmət edir. Bu danılmazdır. Amma daha yaxşı olardı ki, yuxarıda dediyim "şablon"luqdan əl çəksinlər.
Məsələn, manifestlərinə diqqət yetirək : "Biz haqq ədalət istəyitik!" Haqq ədaləti kim istəmir ki? Bu şablondan artıq hamı istifadə edib. Cəmiyyət həmişə orijinallığı qəbul edib və kreativliyi üstün tutub. Şablonluq sünidir. Nə qədər pafos, o qədər qeyri-ciddilik, o qədər iyrənclik deməkdir. İctimai sektor`un "qaymaq"larının avropa səyahətləri bu qurumun məqsədini ortaya qoyan önəmli bucaqdır. Qərbin qrantları ilə bəslənən, təbii elə qərbin "ceyran"ı da olacaq. İndi bunu qəbul eləməsələr də bu gün kimi aydındır. Təsadüfdürmü yoxsa yox, maraqlı mənzərə yaranıb. Deməli, "İrəli ictimai birliyi" adında təşkilat var. Bu təşkilat bəlli ki, "yuxarıdan" maliyyələşir, amma bunu nə "yuxarı" nə də "İrəli" özü boynuna almır. Zira əks təqdirdə, həftə səkkiz mən doqquz deyib Ulu Öndər`i yad etməzdilər. Qarşılıqlı olaraq da, ictimai sektor dəstəyi Müsavat və AXC`dən aldığını etiraf eləmir. Düz də edir. Kimə lazımdır axı, ifşa olmaq? Fikir verin, ictimai sektor hər dəfə "İrəli"haqqında ağzına gələni yazır, danışır, deyir, gülür. Amma "İrəli" türkün məsəli bunlara heç qoz da qoymur. Başını salıb aşağıdı, qrantını alır, deputatını təyin etdirir, işini görür, bala-bala pul da sildirir büdcədən, bunlarda qalır bağıra-bağıra.
Bəhs etdiyim təşkilatlarda ən gözə tez çarpan nöqtə isə liberal mədəniyyətdir. Bəli, məhz liberal mədəniyyət. Bu özünü onların timsalında çox yerdə göstərir. Qərbin qlobalizm adıyla bizə sırıdığı, 70 ilin Sovet tərbiyəsinin məhvi planın başlıca adı - liberal mədəniyyətdir. Hansı ki, qərbi uçuruma apardı - narkotik, fahişəlik (Adını azad seks də qoya bilərsiniz), alkoqolizm və s. murdarlıqlar. Hələ utanmadan özlərinə "İnqilabçı" da deyirlər. Soruşan yoxdur ki, "ay bala, nə inqilab, nəyin inqilabı, kimin inqilabı?" Bilirsiniz, bu inqilab məsələsi mürəkkəb məsələdir, sadəlikdən, kompromistlikdən, romantizmdən, çox-çox uzaqdır, tamamilə real hadisələrə əsaslanan, çox ciddi və qarışıq prossesdir. İndi öz aramızdı, gəlin düşünək də, "azad seks" arzusuyla yanan adamın hansı beyni, ədalət və sosial rifah üçün işləyər? Ya da mitinqə qız tutmaq üçün gedən gəncin başı harasındadır? Məni qınamayın, mitinqlərə gedən hər 10 nəfərdən, ən az 2-i qız dalıyca gedir, 5-i sosial şəbəkələrdə məhşur olmaq üçün gedir, 2 nəfər tırkaya gedir, və nəhayət 1 nəfər, bax elə həmin 1 nəfər də yerdəki 9 nəfərin badına gedir.
Bir dostum yazır ki, "Özlərini ictimai sektor adlandıran qrupdan bir tanış var Emin Milli. Yaxında erməni qəzetinə müsahibə verib, prezidenti bəh-bəhlə şikayət edib. Yadıma Surət Huseynovun müsahibəsi düşdü. Deyir, "Mən o vaxtı Kəlbəcəri qaytaranda, o vaxtki AXCP höküməti dedi ki, bu Surət cavan oğlandır. Birdən qaytarar torpaqları, bizim populitariyamız düşər aşağı. Bundan sonra da Surəti vəzifədən azad ediblər. Bunlar o vaxt hakimiyyəti qoruyub saxlamaq üçün Qarabağın getməsini belə gözə alıblarsa, indi Emin Milli`nin bu hərəkətini dəstəkləyərək, "Mənim düşmənim erməni deyil, Əliyev rejimidir." deyən şüura və onun bu fikrini dəstəkləyənlərə, bir söz demək istəyirəm - "Durun, sektorun ala, həm də ictimai sektorun."  Hələ də anlamaq istəmirlər ki, iqtidarı "becərmək" istəyən, başqasının penisində prezervativdən başqa bir şey deyil. Düşündüklərim, yazdıqlarım yanında çox böyükdür, ona görə də bu mövzuya qayıdacam. Və sonda üzümü tutub demək istəyirəm ki, əziz sektor uşaqları, ümid edirəm mənim səmimi tənqidlərim sizin inkişafınıza dəstək olacaq.
Diqqətinizə görə minnətdaram.

Комментариев нет:

Отправить комментарий