Страницы

16.04.2013

SATQINLARI TANIYIN! AZƏRBAYCAN NEFTİNİ NECƏ SATDILAR?!

Məhz Əbülfəz Elçibəyin dövründə BP şampan, rüşvət və fahişələr hesabına 5 milyardlıq müqavilə bağlaya və neft konsorsiumunun başında dura bilib

Azərbaycan ingilis işğalına məriz qalıb

 British Petrolium (BP) şirkətinin Azərbaycan layihələrinin keçmiş rəhbəri Les Abrahams “London Daily Mail” müxbiri Qlen Ouenə bildirib ki, Azərbaycan məmurlarına rüşvətə və onların vaxt keçirməsinə 90-cı illərin əvvəllərində 45 min funt (90 min dollar) sərf olunub. Lakin bu xərclər, Abrahamsın sözlərinə görə, BP-yə sərfəli şərtlərlə müqavilələrin imzalanmasından sonra ödənilib. O, həmçinin bildirib ki,  BP şirkətinin rəhbəri Lord Con Braun Britaniyanın 1992-93-cü illərdə Azərbaycanda dövlət çevrilişində əli olan Mİ6 kəşfiyyatı ilə əməkdaşlıq edib.
Şirkətin sərhədsiz kredit xətti ilə silahlanmış Abrahams Con Braunun tapşırığı ilə Azərbaycan Dövlət Neft Şirkətinin məsul əməkdaşları üçün şampan şərabı, ikra və fahişələrlə gəzinti təşkil edirdi. “Qonaqpərvərlik” Londonda da davam edirdi, burada Azərbaycan nümayəndə heyətini eskort (müşaiyət) agentliklərindən fahişələr müşaiyət edirdilər.
 Abrahams eyni zamanda etiraf edir ki, Britaniya kəşfiyyatının Moskvadakı rezidenti Con Skarletilə də əməkdaşlıq edib. “Mən faksla ona məlumat göndərirdim və Moskvaya səfər zamanı söhbət edirdim”- Abrahams belə deyib. Mİ6 ilə əməkdaşlığın mahiyyəti Britaniya biznesinə kömək etmək və hakimiyyətin siyasi qərarlarına təsir etmək idi.
 1991-ci ildə BP-yə gələn Les Abrahams “dünyanın qeyri-stabil regionlarında” yeni bazarlarla işləyən bölməyə rəhbərlik edirdi. BP-nin Azərbaycanda işinin ilk ili 45 min funt xərclənib. Con Braundan komanda gəlib: onlar nə istəyirlərsə, verin. “Onlar deyəndə Azərbaycan hakimiyyəti nəzərdə tutulurdu”,- Abrahams belə deyir.
 Əsas göstəriş və məxfi danışıqlar yeri “Köhnə İnturist” barı idi. “Bu yerdə bizim istifadə etdiyimiz çox fahişə var idi və tezliklə biz öyrəndik ki, onlar yerli təhlükəsizlik orqanları ilə əməkdaşlıq edirlər”. BP əməkdaşları işləyən yerlərdə məxfi səsyazma qurğuları gizlədilmişdi və bir dəfə Azərbaycan hakimiyyəti BP əməkdaşının bu ölkənin prezidenti haqqında xoşagəlməz ifadələrini təqdim ediblər. Yerli xüsusi xidmət orqanlarına həmçinin BP ofisinin bir çox yerli əməkdaşları işləyirdilər. BP-ni 1994-cü ildə tərk etmiş və hazırda Londonda Avropa Biliyinin müşaviri işləyən Abrahams belə deyir.
 Londonda gəzintilərə gəldikdə bu tez-tez yarıçılpaq qızların oynadığı, içki dəyəri isə 250 funta qədər olan Pikadili küçəsində idi. “Bəzən bizim Azərbaycandan olan qonaqlarımız gecəyə qız sifariş edirdilər, biz eskort agentliklərindən istifadə edir və ya klubdan rəqqasələri yola gətirirdik”.
 “Şahdəniz”in işlənməsi üçün müqavilə imzalanması ilə əlaqədar Bakıda Gülüstan sarayında keçirilən axşamda Con Braun mənə bütün xərclərin ödənməsi üçün 30 min dollarlıq çek yazıb”. Abrahamsın Mİ6 rezidenti Con Skarletin Moskvadan 1992-ci ilin mayında Ayaz Mütəllibovun devrilişini və hakimiyyətə Əbülfəz Elçibəyin gəlməsini, bir il sonra isə sonuncunun hakimiyyətdən getməsi və Heydər Əliyevin gəlməsini koordinasiya etməsi haqqında etirafını sensasiya hesab etmək olar. Məhz Əbülfəz Elçibəyin dövründə BP şampan, rüşvət və fahişələr hesabına 5 milyardlıq müqavilə bağlaya və neft konsorsiumunun başında dura bilib.
 “BP hər iki çevrilişi “ağıllı hərəkətlərlə” və açıq siyasi dəstəklə dəstəkləyib. Bizim neft müqaviləsinin bağlanması işində proqresimiz çevrilişlərdən dərhal sonra əhəmiyyətli dərəcədə güclənirdi”- Abrahams belə deyib.
 Burada bizim diqqətimizi çəkən məqamlardan biri də keçmiş prezident Əbülfəz Elçibəyin hakimiyyətə gətirilməsi və götürülməsi ilə bağlıdır. Abrahamsın açıqlamalarından belə bir təəssürat yaranır ki, Azərbaycan Sovetlər Birliyi ingilis işğalına məriz qalıb. Əslində, Abrahamsın söylədikləri heç də BP-nin London nümayəndəliyinin dediyi kimi, “fantaziya məhsulu” yox, bu çağacan Azərbaycanda yaşamış çox ciddi sosial və siyasi dəyişliklərin izahıdır. Çünki Abrahamsın fikirlərinin həqiqiliyini sübuta yetirən kifayət qədər yardımçı məqamlar mövcuddur.
 Les Abrahams bildirir ki, onlar Azərbaycana 1991-ci ildə gəliblər və bu gəlişə səbəb də ilk olaraq Azərbaycandan gələn siqnallar olub. Yəni ilk dəfə Azərbaycan iqtidarının nümayəndələri gəlib ki, sonradan da BP-nin əməkdaşları qarşılıqlı səfərlər ediblər. BP-nin rəhbərindən “Onlar, yəni Azərbaycan iqtidarının nümayəndələri nə istəyirlərsə, verin” tapşırığını alan Les Abrahams etiraf edir ki, iki il ərzində heç bir iş görülməsə də, 45 min funt sterlinqdən çox pul yalnız danışıqlara sərf olunub. Daha sonra isə böyük pulların xərclənməsinə start verilib və yekunda “Şahdəniz” yatağının işlənməsi ilə bağlı “Gülüstan” sarayında təşkil olunan tədbir üçün BP şirkətinin yenicə olaraq istefaya getmiş rəhbəri Con Braun Les Abrahamsa 30 minlik çek yazıb.
 Abrahams bildirir ki, Türkiyənin xüsusi xidmət orqanlarının məxfilikdən çıxardığı sənədlər də təsdiqləyir ki, BP Heydər Əliyevlə neft müqaviləsinin əvəzində silahların verilməsi ilə bağlı danışıqları müzakirə edirdi. Burada Abrahams hansı silahların verilməsi məsələsinə aydınlıq gətirməsə də, əslində vəziyyətin nə yerdə olduğunu təxmin etmək heç də çətin deyil. Bu barədə hələ ilk əvvəl “Bizim Yol” qəzetinin 2004-cü il 14 iyun buraxılışında “Azərbaycanın Milli Bombası” başlığı ilə getmiş yazıda geniş məlumatlar verilmişdi. Lakin həmin zaman dövlət rəsmiləri nəinki bu yazıdakı faktlara aydınlıq gətirmədilər, əksinə, hətta bir sıra dairələr tapıldı ki, yazını “dövlət sirrlərinə edilən xəyanət” kimi də təqdim etsinlər. Əslində isə həmin yazıda heç bir dövlət sirri yox idi. Çünki buna qədər də həm Türkiyə mətbuatında və həm də Rusiya mətbuatında bənzər yazılar dərc olunmuşdu.
 Həmin yazıda da söylənilirdi ki, Azərbaycan müstəqil olduğu zaman, yəni 1991-ci ildə Sovetlər Birliyi Ordusuna məxsus olan dörd edəd nüvə başlığı Bakıdakı “İskra” zavodunda qalmışdı. Həmin nüvə başlıqlarının Azərbaycandan çıxarılmasına ruslar gecikdilər. Belə ki Rusiyanın adamı kimi tanınan o zamankı dövlət başçısı Ayaz Mütəllibov Xocalı soyqırımından sonra yaranmış gərgin ovqatlı situasiyada istefa verməyə məcbur olur. Lakin Rusiyanın planında belə bir istefa yox idi. Ən azından ona görə ki, Rusiya nüvə başlıqlarını Azərbaycandan çıxara bilməmişdi. Və o zamanlar beynəlxalq nəzarətin güclənməsi, həmçinin Rusiyanın özündə inqilabi əhval-ruhiyyənin yaşanılması Bakıda olan nüvə başlıqlarının qısa müddətlik olsa belə unudulmasına şərait yaratmışdı. Rusiyanın planları Mütəllibovun istefası ilə pozulur.
 Lakin rəsmi Moskva heç də geri çəkilmək istəmir və nüvə başlıqlarının Azərbaycandan qaytarılması üçün yenidən hərəkətə keçilir. Bu hadisələr Mütəllibovun Azərbaycan prezidenti postuna təkrarən qayıtma cəhdi ilə müşaiyət olunur. Yəni məlum olur ki, əslində istefa vermiş Ayaz Mütəllibovun 1992-ci ilin may ayının 16-da yenidən prezident postuna qayıtma təşəbbüsü Moskvadan gəlirmiş və bu təşəbbüsün arxasında da sırf olaraq nüvə başlıqlarının çıxarılması amili dayanırdı.
 Əslində bu hadisələri şok açıqlamaları ilə diqqətə gələn Les Abrahams da təsdiqləyir. O da etiraf edir ki, onlar həm Mütəllibovu deviriblər, həm də iqtidara gətirdikləri Əbülfəz Elçibəyi. Və buradan bir məsələ də aydın olur ki, əslində BP şirkəti Heydər Əliyevlə Bakıda qalan nüvə başlıqlarının məsələsini danışırmış. Lakin yenə də həmin nüvə başlıqları BP şirkətinə nəsib olmur və onlar yalnız 1994-cü ilin 20 sentyabrında bağlanan “Əsrin kontraktı” kimi təqdim olunan sazişdən böyük pay qoparmaqla kifayətlənirlər.
 Beləcə, BP və bu kimi digər beynəlxalq güclərin sayəsində Rusiyadan qaynaqlanan Mütəllibovun revanşı iflasa uğrayır. BP-nin köməyi ilə Əbülfəz Elçibəy prezident postuna gətirilir. Lakin o da beynəlxalq aləmi qane etmir. İngiltərənin o zamankı baş naziri xanım Marqarit Tetçer Bakıya səfər etdikdən sonra Əbülfəz Elçibəylə bağlı beynəlxalq konsorsiumun qərarı verilir. Sonradan aydın olur ki, Marqarit Tetçerlə Əbülfəz Elçibəyin görüşündə Azərbaycana sovetlərdən qalan nüvə başlığının məsələsi müzakirə olunub və Əbülfəz Elçibəy bu başlıqları Ingiltərəyə verməkdən imtina edib. Bundan sonra isə Əbülfəz Elçibəyin gedişi planı üzərində işlənilir və o da yola salınası olur.
 Elçibəy nüvə başlıqlarını nə BP-nin istəyinə uyğun olaraq İngiltərəyə, nə də ki, Yeltsenin tələblərinə görə, Rusiyaya vermək niyyətində deyildi. Məlumatlardan aydın olur ki, Elçibəy nüvə başlıqlarını Türkiyəyə vermək istəyirmiş, bu barədə o zamankı Türkiyə prezidenti Turqut Özalla danışıqlar da aparılıbmış və Türkiyə bu çətin işi öz üzərinə götürməyə razılıq veribmiş. Lakin sonradan Türkiyənin prezidenti Turqut Özal öldürülür. Səbəbi naməlum qalsa da, bu işdə beynəlxalq konsorsiumun əlinin olması istisna deyil.
 Yeri gəlmişkən, bütün bu dönəmdə Azərbaycanın nüvə başlıqları Bakıdakı gizli “İskra” zavodunda və Qızıl zavodunda saxlanılırdı. Nüvə başlıqlarının yerinin tez-tez dəyişdirilməsinə səbəb isə Rusiyanın xüsusi xidmət orqanlarının Mütəllibovun gedişindən sonra başlıqlara sahiblənmək üçün davamlı olaraq keçirdikləri əməliyyatlardan yayınmaq istəyi olub. Məlumata görə, həmin zamanlar “İskra” zavoduna hamının yaxşı tanıdığı Nizami Süleymanov rəhbərlik edirdi və o da Azərbaycanın nüvə başlıqları ilə bağlı olan sirrlərinə bələd olan tək-tük adamlardan biridir. Odur ki, burada Nizami Süleymanovun da namizədliyinin 1992-ci il prezident seçkilərində təsadüfi şəkildə irəli sürülmədiyini xüsusi olaraq vurğulaya bilərik. Məlumatlardan aydın olur ki, bütün bu işlərdə aktivlik göstərən Rusiya tərəfi Nizami Süleymanovu namizəd kimi seçkilərə soxmaqla onun prezidentliyinə çalışmış və Mütəllibovdan sonra Süleymanov rusların ehtiyat variantı olub. Lakin cəbhəçilərin yetərincə güclü olmaları, həmçinin BP-nin Əbülfəz Elçibəyə dəstək verməsi hətta cüzi saxtalaşdırmalar hesabına olsa belə, Əbülfəz Elçibəyin prezident kimi elan olunmasına şərait yaradır.
 Əbülfəz Elçibəy də Mütəllibovun aqibətini yaşamalı olur. Çünki Mütəllibov nüvə başlıqlarını Rusiyaya qaytarmaq istədiyi kimi, Əbülfəz Elçibəy də bu başlıqları Türkiyəyə vermək istəyirdi. Lakin Turqut Özalın ölümü və Qarabağ cəbhəsində Rusiyanın artan basqısı nəticəsində Elçibəyin devrilməsinə nədən olur, hakimiyyət Rusiya və BP ilə ortaq məxrəcə gəlməyi bacaran Heydər Əliyevin əlinə keçir. Heydər Əliyev isə prezident postuna keçdikdən sonra bütün tərəfləri qane edə biləcək balanslaşdırılmış xətt seçir. Nəticədə nüvə başlıqları sahibinə- Rusiyaya, neftdən böyük pay isə BP-yə verilir. Bütün bu işlərdə Les Abrahams etriraf edir ki, İngiltərənin, Rusiyanın və Türkiyənin xüsusi xidmət orqanlarının maraqları nə qədər toqquşsa da, Heydər Əliyev bütün bu toqquşan maraqlar fonunda həm özünün hakimiyyətini qoruyub saxlaya bilir və həm də bütün tərəfləri razı sala biləcək bir xətt seçir. Bundan sonra isə Azərbaycanın da qatıldığı nüvə başlığı oyunu sona çatır.
 Pənah Hüseyn də bildirib ki, Ayaz Mütəllibovun dövründə neft müqavilələri AMOKO şirkəti ilə imzalanmışdı və AXC hakimiyyətə gələndən sonra yeni tender elan edildi, tenderin qalibi BP oldu. O bildirir ki, AXC hökumətinin istəyi və dəstəyi olmasaydı tenderin qalibi BP ola bilməzdi. Açıq şəkildə BP şirkəti ilə danışıqların aparılmasında AXC hakimiyyətinin maraqlı olduğunu Pənah Hüseyn təsdiqləyib.
 Bu proseslər nəyi dəyişəcək? Müqaviləyə bu qədər şirkətin cəlb olunması onu Azərbaycanın ziyanına gətirdi. Bütün xam neftin Azərbaycandan sümürülüb çıxarılması ölkədə neft maşınqayirmasının, cihazqayırmanın məhvinə səbəb oldu. Iki neftayırma zavodunun istehsal gücünü süni yolla azaltdılar. BTC nə strateji, nə də iqtisadi cəhətdən Azərbaycan üçün əlverişli boru deyil. Bu, Azərbaycanı nəzarətdə saxlamaq üçün siyasi borudur. Qeyri-neft sektorunun inkişafı üçün addımlar atılmır. BTC-nin əlverişsiz şərtlərlə çəkilməsi nəticəsində 4000 təsərrüfatçının da hüquqları pozuldu, insanlar öz torpaqlarını ömürlük itirdilər.
 Böyük Britaniyanın BP şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi üçün Azərbaycan hakimiyyətinə rüşvət verməsi və gəlir naminə Azərbaycanda demokratiyanı qurban vermələri AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andreass Qross tərəfindən də 2006-cı ildə səsləndirilmişdir. Belə ki, AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkel «Turan» Informasiya Agentliyinə bildirib ki, Azərbaycandakı hazırki vəziyyətə görə britaniyalılar da az məsuliyyət daşımır: “Məhz onlar Azərbaycanda BPyə qapı açmaq üçün ilkin olaraq, hakimiyyətə 20 milyon dollarlıq çek təqdim etdilər. Qərb Azərbaycana 3 milyard dollar investisiya qoyub. Amma biz gəlir naminə demokratiyanı qurban verə bilmərik”.
 Qeyd edək ki, hakimiyyəti Heydər Əliyevə vermək üçün Əbülfəz Elçibəyin saxtakarlıqla respublika rəhbərliyinə müvəqqəti gətirilməsiylə bağlı tanınmış politoloq Nadir Ağayev “Fəlakətlərimizin baiskarı” kitabının ikinci cildinin “1988-1993-cü illərdəki proseslər – medalın bir üzü Əbülfəz Əliyevdirsə, o biri üzü də Heydər Əliyevdir” fəslində konkret faktlara istinadən ətraflı məlumat vermişdir.
 2003-cü ildə “Fəlakətlərimizin baiskarı” kitabı müxalifətyyönümlü qəzetlərdə dərc olunarkən bəzi fəsilləri ixtisara salıb, dərc etmədilər. İstəmədilər ki, xalq Əbülfəz Elçibəy haqqında acı həqiqətləri bilsin. BP şirkətinin sabiq əməkdaşı Les Abrahamsın “London Daily Mail” qəzetinin müxbiri Qlen Ouenə verdiyi yuxarıdakı açıqlamada isə Azərbaycan xalqına qarşı baş vermiş çirkin oyunlar barədə həmin yazılanlar tam təsdiqlənir. Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunmasında, respublika rəhbərliyinin bir qrup kürd əsilli adamlar tərəfindən zəbt edilməsinə və respublikanın köklü əhalisinin hazırki acınacaqlı vəziyyətə düşməsinə məhz Əbülfəz Elçibəyin zamanında start verilmişdir.
 Böyük şouya çevrilmiş, bizə “Əsrin müqaviləsi” kimi sırınan biabırçı müqavilə səmərəsiz olub və Azərbaycan iqtisadi cəhətdən çox şey itirib. Belə ki, Ayaz Mütəllibovun vaxtında hazırlanan və Amerikanın AMOKO şirkəti tərəfindən tenderdə udulmuş layihəyə əsasən gəlir nisbəti 80 faiz Azərbaycanın, 20 faiz AMOKO şirkətinin payına düşürdü. Əfsuzlar olsun ki, “Əsrin müqaviləsi”ndə həmin nisbət qaldı, amma 80 faiz konsersium şirkətlərinə, 20 faiz isə Azərbaycana çatdı. Həm də müqavilə bağlanarkən cari xərclər nəzərə alınmadığına görə Azərbaycandan tələb edildi ki, müqavilədə nəzərdə tutulmamış əlavə xərclər üçün pul qoysun və Azərbaycan məcbur olub 12 faiz öz səhmlərindən satdı. Nəticədə, böyük hay-küyə və şoua səbəb olan “Əsrin müqaviləsi”nə əsasən “Azəri”, “Günəşli”, “Çıraq” neft yataqlarının işlənməsinə dair neft müqaviləsində Azərbaycanın payı 10 faiz oldu. Qeyd etmək lazımdır ki, bu yataqlardakı neft ehtiyatları Azərbaycanın təqribən ümumi neft ehtiyatlarının 70%-i qədərdir.

nadir.info

Комментариев нет:

Отправить комментарий