Страницы

22.04.2013

Xosrov Barışan - Azad gəzən bulud mənəm

Göylərdə uçan pambığam.
Gah qarayam, gah da ağam.
Qara olsam gərək yağam.
Bildin nəyəm ay bir dənəm?
Azad gəzən bulud mənəm.

Göy üzündəki buxaram.
Göydən yerə mən yağaram.
Yazda yağış, qışda qaram.
Göydən yerə ensəm; çənəm.
Azad gəzən bulud mənəm.

Yel məni yavaş uçudar.
Çox gəzərəm diyar-diyar.
Görən məni qəm unudar.
Gördüm sizi şadam, şənəm.
Azad gəzən bulud mənəm.


TOY!

Gecənin çağ toyudur;
do..onu..ur,
do..onu..ur,
Qarşı nəfəslər!
Qara göy
Şabaş səpir;
Züyməyin sağlığına!
Ərə zorla verilən
Gəlinin
Həsrəti,çin
Güpsənirəm

ATLARIN YARIŞI...

Saat:...
Bura;
Atların yarış meydanı.
***
Qarışqa;
Əzilmək qorxusunda!
At;
Ağrıdan qurtulsun deyə,
Gərək qaça!
Çapar
Ödülü qazanmaq həyəcanında!
***
Saat:..
Bura;
Atların yarış meydanı.
***
Və...

AYI

Adam kimi iki ayaq;
İstəsə hər vaxt duracaq.
Qışda yatar, olmaz oyaq.
Çalışacaq yazı, yayı;
Odur heykəlli bir ayı.

Balın yeyər pətəklərin,
Gəzər o dağ ətəklərin.
Ovlayar dağ geyiklərin,
Ceyran, maral, qoçu, dayı .
Odur heykəlli bir ayı.

SEVDAMIZIN ŞƏHƏRİ

Sevdamız adlı şəhəri
Ayrılığın qoşunları
Talanladı!!!
Sömürgəçi, pis ayrılıq
Kökümü yox etmədə!
Sevdamız adlı şəhərin
Dəyişdiribdir adını
Adın qoyub
Düş şəhəri!!!
Amma mən
Adıvı şeirimdə
Ölünməz edəcəyəm...

Комментариев нет:

Отправить комментарий