Страницы

28.04.2013

Yazaraq bitirəcəyəm səni...

İradə Cəlil

Hər kəlmədə, hər sözdə bir damla sevgi qoyacağam
Əsərlər yazacağam o sevgini bitirə-bitirə...
Səni yazılarımda göməcəyəm
Hər şeir, hər əsər sevgi qoxuyacaq
sevəcəklər məni səni bitirdiyim şeirlərlə...

Yazaraq bitirəcəyəm səni...
əvvəlcə tanışlığımızı, sonra anidən sənə tutulmağımı
hər kəlmədə göz yaşı olacaq, sevgi olacaq...
Hər kəs doğmalıq duyacaq bu sətirlərdə
hər kəsin həəyatından bir parça
tərtəmiz sevgi....

Yəqin ki, nə zamansa peşman olacaqsan bu sevgini itirdiyin üçün
Yəqin ki, əzab çəkəcəksən bu sevgini ürəyimdə bitirdiyin üçün..

mən sevgimi kəlmələrə verəcəyəm...
səni misralarımda dəfn edəcəyəm...
səni yazılarımda bitirəcəyəm..

Комментариев нет:

Отправить комментарий