Страницы

06.05.2013

Darıxmışam

GunEl Treu

Bilsən darıxmışam sənincün necə
ürəyim titrəyir adın gələndə.
Mən axı ölürəm, məndən gizlicə
ömrünə hər yeni qadın gələndə.

Sən kimdən öyrəndin mənsiz qalmağı
sənə kim öyrətdi  ayrılıq nədi?
Unut gözlərimə belə baxmağı,
sevgimə nifrətin gözlərindədi.
                       
Mən sənsiz deyəsən tez qocalmışam
qəmlər düzülürlər saça dən kimi.
Yarım səndə gedib, yarı qalmışam
kim səni sevəcək axı mən kimi?..

Комментариев нет:

Отправить комментарий