Страницы

03.05.2013

Dərdindən ucada yaşayan adam

Tural Adışirin

Elşən Əzimə

Əssə də ömrünə acı ruzigar,
Arzusu, ümidi dumanlansa da,
Həyatda kədər yox, sevinc axtarar,
Dərdindən ucada yaşayan adam.
Dərdindən ucada yaşayan adam,
Dipdiri dərdini harda basdırar?
Üzünə yaz gülsə, güllüyə batar,
Üstünə qış gülsə, qarda basdırar.
Öz ömrü, həyatı çevrilər yasa,
Gözünün yaşını saxlaya bilər.
Qərib bir durnanın duruşundasa,
Bir xalqın dərdinə ağlaya bilər.

Gözü buludlanar, ürəyi sancar,
Bir quş yuvasının dağılmasından.
Tikanlı məftillər arasındaca,
Narahat dünyanın sıxılmasından.
Elin sevinciylə zirvədə durar,
Duyğulu könlündə qəm sarı simdir.
Amma kədərini elə azdırar,
Kədər bilməz onun sahibi kimdir.
Dərdin qüdrətinə inanıram mən,
Bəzən dahiləri kədər, qəm doğur
Dərdinin gücünü işə çevirən,
Həyat sınağından üzü ağ çıxır.

Комментариев нет:

Отправить комментарий