Lənkəran teatrının bir əsrdən artıq tarixi var. XIX əsrin 50-ci illərində Lənkəranda A.S.Qribayedovun “Ağıldan bəla” pyesindən bir parça səhnəyə qoyulub. Lənkəran teatrının, necə deyərlər, rəsmi tarixi isə 1884-cü ildə M.V.Qoqolun “Evlənmə” komediyasının səhnəyə qoyulması ilə götürülür. Lənkəran Dövlət Dram Teatrının direktoru İslam Həsənov deyir ki, ölkədə qaynar vaxtlar da olub, sistem dəyişikliyi də baş verib. Lakin Lənkəranda teatr həmişə yaşayıb. Onun sözlərinə görə, son 35 ildə teatrda 250-dən çox əsər səhnələşdirilib.
“73-cü ilə kimi teatr gah açılıb, gah bağlanıb, gah da xalq teatrı kimi fəaliyyət göstərib.
Sonda teatr peşəkar səviyyədə öz fəaliyyətini davam etdirib. Bu dövr ərzində, 40 ildən bəri 250-dən artıq əsərə səhnə həyatı verib. Bunların içərisində milli klassiklərimizlə yanaş, xaricdəki müasir dramaturqların pyesləri də repertuarımızda yer alıb.
Son dövrlərdə teatrımızda gözəl bir ənənə yaranıb. Teatrımıza hər il xaricdən rejissor dəvət edilir. Yeni rejissorlar yeni fikir, yeni düşüncə, yeni nəfəs deməkdir. Xaricdən gələn rejissorlar burada çox maraqlı tamaşalar hazırlayırlar. Məsələn, Gürcüstandan rejissor dəvət etmişdik. O gəlib burada “İblisin 7 komediyası” tamaşasına yeni nəfəs verdi”.
O deyir ki, Avropanın 10-a yaxın ölkəsi ilə yaradıcılıq əlaqələri var. Teatrın kollektivi hər il bir neçə xarici ölkədən dəvət alır. Onun dediyinə görə, kollektivdə 30 nəfərdən artıq aktyor çalışır. Kollektivin 2 nəfər üzvü xalq aristi adına layiq görülüb. Hər il 6-7 əsər tamaşaya qoyulur. O deyir ki, teatrın problemləri də var:
“Bütün teatrlarda olduğu kimi Lənkəranda da tamaşaçı problemi var. Son dövrlər isə qəribə proseslər gedir. Ziyalılar çox şeydən geri çəkiliblər. Təkcə teatrdan yox, həm də şəhərin mədəni həyatından. Elə bil ki, özləri özlərini təcrid ediblər. Amma buna baxmayaraq, ictimai baxışlar keçiririk, ziyalıları dəvət edirik. Bax, görürsünüz, yenə tamaşa gedir. Çalışırıq kəndlərlə ünsiyyət quraq, məktəblərdə olaq. Başa salaq ki, teatr insan həyatının ayrılmaz bir hissəsidir, mənəvi kapitaldır”.
Teatr dövlətin dəstəyi olmadan özünü dolandıra bilərmi? Aktyorlar nə qədər maaş alır? Tamaşaçılar daha çox hansı əsərlərə üstünlük verirlər? Bu suallarla direktora müraciət etdik. Onun isə cavabları belə oldu:
“Teatrda müxtəlif tamaşalar qoyulur və müxtəlif xidmətlər var. Aktyorların müəyyən qədər əmək haqları vardır. Teatrın öz qazancından əlavə, ona dövlət dəstəyi də olur və bu dövlət dəstəyi hesabına teatrlar bu günə kimi yaşayır. Yəni teatr özü özünü dolandıra bilməz. Bu, effekt vermir. Bütün ölkələrdə olduğu kimi bizim ölkəmizdə də teatrlara dəstək var. Dəstək hesabına bu günə qədər gəlib çıxmışıq”.
Direktor aktyorların əmək haqlarından söhbət salsa da, onun məbləği barədə susmağa üstünlük verdi. Məlum oldu ki, aktyorlar gündəlik maddi tələbatlarını ödəmək üçün işdən sonra başqa sahələrdə çalışmağa məcburdurlar. İslam Həsənovun deməsinə görə, Bakı şəhərində yaşayan aktyorların perspektivləri çoxdur. Onlar filmlərdə, reklamlarda çəkilirlər. Televiziya filmlərində çalışırlar. Teatrdan aldıqları maaşdan əlavə qazancaları kifayət qədər olur. Lakin əyalət teatrlarında işləyən aktyorlar barəsində bunu demək olmaz. Bir əsəri səhnələşdirmək üçün 5-6 min manat tələb olunur. Onun bildirdiyinə görə, bu istiqamətdə axtarışlar gedir. Buna görə də daha çox tamaşaçı cəlb etmək üçün ictimaiyyətlə görüşlər təşkil olunur.
“Bu gün teatrımızda “Ağ kalağayı” tamaşası gedir. Mövzu əsrimizin bəlası olan narkomaniyadır. Biz narkomanın yaşam tərzini səhnədə göstəririk. Deyirik ki, bax belə yaşam tərzi səni qane edirsə, davam elə. Tamaşaçıların istəyi ilə “Ovod”u, ”Mizantropu” təqdim elədik. Hər piyesi götürərkən biz müzakirələr apardıq.
”Danabaş kəndinin əhvalatları”nı hazırlamışdıq. Mirzə Cəlildən. O dövrdə yazılan əsər müasir formada təqdim olundu və çox gözəl bir tamaşa alındı”.
İslam Həsənova sual verdik ki, müasir dövrdə əyalətlərdə Xudayar bəy kimilərinə çox rast gəlinir, yoxsa Məmmədhəsən əmi kimilərinə?
“Bu dövrün Xudayar bəyləri çoxdur. Məmmədhəsən əmi kimilər isə həmişə olublar. Xudayar bəy öz dövründə bir nəfər idisə, indi Xudayar bəylər yüzlərlədir, minlərlədir. Biz də həmin Məmmədhəsən əmi kimilərimə göstərmək istəyirik ki, onlara aldanmasınlar və həyat tərzlərini düzgün istiqamətləndirsinlər. Bu günün Xudayar bəyləri o Xudayar bəylərdən də qorxuludur”.
Onun dediyinə görə, teatrın nəzdində “Ümid” studiyası da fəaliyyət göstərir. Aktyorluq sənətinə həvəs göstərənlər bura qəbul olunur. Onlar aktyor kimi hazırlanırlar. Bu baxımdan da teatrın aktyor problemi yoxdur.
Teatrın aktyoru Mirislam Ağyaev deyir ki, onların çətin günləri də çox olub:
“SSRİ-nin dağılması teatrlarda da problemlər yaratdı. Biz aktyorlar teatrdan heç yana getmədik. Teatrda qaldıq, onun fəaliyyətini təmin etdik. Bununla belə bəzən soruşurlar ki, necə dolanırsan? Səni qane edirmi teatrda işləmək? Başqalarına sual verəndə deyir yox, qane eləmir. Teatrda işlyən aktiyorlar, onlara sənət fədailəri deyərdim, ömürlərini veriblər bu sənətə. Ona görə onları maddi vəsait maraqlandırmır. Onu maraqlandıran əsas sənətdir. Amma belə baxanda çox azdır bizim maaşımız. Biz məcburuq başqa bir yerə gedək, işləyək, ailənin büdcəsini təmin edə bilək”.
Mirisalam Ağayevlə teatrın inzibati binasına göz gəzdiririk. Otaqlarda darısqallıq olsa da, təmirlidir. Sonradan məlum oldu ki, bu bina əvvəllər mədəniyyət evi olub. Teatr üçün yararlı deyil.
Aktyor bizi zalda gedən tamaşaya dəvət edir. Onun dediyinə görə, bu gün azyaşlılar üçün tamaşa göstərilir.
Teatrın inzibati binasının qarşısından keçən Lənkəran sakinlərindən teatrla bağlı fikirlərini soruşduq. Müəllim Haşimi İsmayılov deyir ki, Lənkəran teatrı haqqında həmişə xoş sözlər eşidib. Lakin özü maddi imkana görə teatra gedə bilmir:
“Maddi durumumuz yaxşı deyil, 150 manat maaş alıram, müəllim kimi. Mətbuata, kinoya, teatra o qədər pul qalmır. Teatr lazımdır, amma pul çatmır. Qaz pulu, işıq pulu - bunlar hamısı maddi problemlərdir. Bunları yerinə yetirincə pul qurtarır. İmkan olmur ki, teatra gedəsən”.
Lənkəran sakini Məqsud Rzayev bildirdi ki, teatr tamaşasında olub və tamaşadan razı qalıb. Yenə teatra getmək fikrindədir.
Lənkəran Dövlət Dram Teatrı cənub bölgəsində yeganə teatrdır. Hazırda onun səhnəsində ondan çox hazırlanmış yeni əsər var. Direktor İslam Həsənov deyir ki, əyalətə teatr daha çox lazımdır. Belə teatrları hamı qorumalıdır.
Zahir Əmənov

Комментариев нет:
Отправить комментарий