Страницы

14.05.2013

KÜSDÜM


Adilə Nəzərova

Heç küsmədim bu dünyadan...
Küsdüm düşünən beynimdən,
dünyanı sığışdırdığım qəlbimdən,
bu dünyada tapmadığım yerimdən.
Heç küsmədim bu dünyadan...
küsdüm əl uzadanda tutmadığı
                    əllərimdən,
qarşısında çökən dizlərimdən.
Heç küsmədim bu dünyadan...
Küsdüm, elə özündən küsəndə də
çiyninə qoyduğum başımdan.
Küsdüm ömür yollarında
ayağıma dəyən daşından.
Küsdüm o daşların ağrısını
atmaq üçün tökdüyüm göz yaşından.

Heç küsmədim bu dünyadan,
yorulmadım gözləməkdən,
amma utandım, küsdüm
hər dəfə “yoruldum”- dediyimdə
                    içimdəki ümiddən.
Heç küsmədim bu dünyadan...
Küsdüm arada bir üsyanımdan,
dost dediyim insanlara inamımdan.
Küsdüm səssizliyimdəki sözümdən,
                    küsdüm özümdən.

Комментариев нет:

Отправить комментарий