Страницы

29.05.2013

Liberalizmə qısa baxış

Sahil Qənbərli
Trabzon, Türkiyə

Liberalizm haqqında çox yazmaq, çox araşdırmaq olar. Latıncadan "azad" mənasına gəlsə də, əslində olan bunun tamamilə əksidir.
Yaşaya bilənlər yaşayar, bacarıqları ola bilməyənlər ölər. Liberalizm əslində bu qədər sadədir.
Liberalizm ayrıca dövlətin xidmət və ya mal istehsalından yana deyil. Çünki dövlət ilə təşəbbüskar sağlam rəqabət edə bilməz. Dövlətin maliyyə qaynaqları təbii olaraq rəqabəti qabaqlayacaqdır. Liberal düşüncə içində bu istək çox təbiidir. Tam mənasıyla rəqabət ola bilməyən bir bazarda sağlam natural seçim olmaz və bu səbəblə də iqtisadiyyat sağlam ola bilməz.
Bu anlayışın bəzi düyünləri vardır. Bunlardan əhəmiyyətlisi demokratiya düyündür. Demokratiya sərbəst bazarın ən əhəmiyyətli ayağı olan fürsət bərabərliyini təmin edir və qoruyur.
Əvvəlki üçün dünyanın heç bir yerində demokratiya tam mənasıyla tətbiq edilmir. Tətbiq edilməsi də mümkün deyil. Çünki demokratiyanın bir şərti olan bərabərliyi təmin etmək qeyri-mümkündür. Demokratiyanın işləməsi üçün eyni gəlirə, eyni zəkaya və eyni azad haqqlara sahib vətəndaşların olması lazımdır. Amma liberal iqtisadiyyat nəinki bunu, hətta bunun olmaması üçün əlindən gələni edər. Məsələn liberal iqtisadiyyat heç bir zaman : "Cənab Rothschild, siz çox varlı və güclüsünüz. Demokratiyanın ən əhəmiyyətli ayağı olan seçkiləri pulunuz və gücünüzlə manipulyasiya edirsiniz. Öz lehinizə qanunlar çıxardır və sanksiyalar tətbiq edirsiniz. Buna artıq bir son verin "deyə bilməz. Buna haqqı da yoxdur.
Liberal sistem, "dövlət üçün fərd, yoxsa fərd üçün dövlət" sualına heç tərəddüdsüz "fərd üçün dövlət" cavabını verir. Yəni fərd üçün dövlət fəda edilə bilər. Təbii ki, bu dövlət üçün boş konserv qutusu deyil. İçində digər vətəndaşlardan vardır. Yəni bir neçə adam və ya bir qrup üçün digərləri asanlıqla fəda edilə bilər.
Onda bu sualı soruşmaq lazımdır: "Bu sistem kimin üçün yaxşıdır?" Əlbəttə ki içində təşəbbüskar ruhu olan hər kəs üçün yaxşı deyil. Bu sistem inanılmaz pul gücünə sahib kəslər üçün mükəmməl bir sistemdir. Dünyada bunların kobudca nisbəti 1/100.000.000 'dır
Liberal sistem, kobudca 5000 adam üçün 7.500.000.000 adamın fəda edilməsidir.
Liberalizm; fərdin özünü inkişaf etdirmə və varlı olma (pul və pulun xaricindəki mövzularda) fəaliyyətləri önündəki hər cür maneənin qaldırılması istiqamətində lazımlı qaydaların edilməsini nəzərdə tutan bir rejimdir. Dünyanın şübhəsiz ən zəngin kapitalist dövləti ABŞda ölkəmizin büdcəsinə ekvivalent şirkətlər olarkən, yoxsul və ac insanların sayı inkar olunmaz dərəcədə çoxdur. Bir tərəfdə 40 milyard dollarlıq Bill dayı, digər tərəfdə bütün gün çalışan amma min-bir zülmlə dolana bilməyən hindular, afro-amerikalılar və eləcə də köçmə xalqların üzvlərini də bu siyahıya sala bilərik.
Liberalizm hər kəsə bərabər imkanların təmin edilməsi istiqamətində siyasi və iqtisadi qaydalara imkan verir. Fərdləri bərabərləşdirmə deyil, fərdlərə təqdim olunan fürsətləri bərabərləşdirmə cəhdidir." Sual olunur ki, miras olduğu müddətcə şərtləri necə bərabərləşdirərik. Bir Bill Gatesin oğlu olmaq var, bir də fəhlənin oğlu olmaq. Bərabər ola bilərmi?
Liberal cəmiyyətlərdə; ağlını, cəsarətini, səyini və səbrini ən yaxşı istifadə edən fərdlər, digərlərinə görə daha önə çıxar və digərlərinə görə daha yaxşı imkanlara sahib olaraq daha zəngin bir həyat yaşarlar. Bu zənginlik; digərlərindən daha fərqli düşünmənin və işin, cəsarət və səbrin mükafatıdır.
Liberalizmdə yaradan mühəndislər, elm insanları, işçilərdir, qazanan isə kapitalislərdir. Kapitalist bir sistemdə varlı olmanın yolu əməyə hörmət duymamaqla, insanları loxlamaqla mümkündür.
Aydındır ki, fərdlər ailələrini özləri seçməz, yəni zəngin bir ataya sahib olmaq və ya olmamaq kimi seçim olmur. Eləcə də kapitalizmdə hər şeyi pul təyin edər. Pulunuz varsa məhkəmələr, xəstəxanalar, məclis, media hər şey qabağınızda klounluq edər. Yoxsa, siz. Liberalizm ağılın sərhədlərini məcbur edərək, insan həyatını və həyat formasını asanlaşdıran istehsal modellərinin inkişafına imkanlar hazırlayır. Afrikadakı insanlar aclıqdan ölərkən 500 milyard dollar orduya ayırmaq həm də tək ölkədə, bax budur kapitalizm.
Kapitalizmin insan həyatını asanlaşdırmaq kimi niyyəti yoxdur, təkrar edirəm qazanc dəyəri var. Alimlər, həkimlər, memarlar, mühəndislər, müəllimləər, kəndlilər, işçilər, sənətçilər hamısı əməkçilərdir. Hamısı əmək sərf edərlər və əməklərinin qarşılığının nə əskiyinə, nə artığına layiq deyillər. İnciməyin, amma dünyadan hələ də acından ölən uşaqlar varsa, heç kim milyonlarla dollara layiq deyil. Çünki onun cəmiyyətə, insanlığa borcu var.
P.S. Uunutmayın, cəmiyyət olmasaydı insan təkamül etməzdi. Dil olmazdı, əxlaq olmazdı, elm formalaşmazdı.

Комментариев нет:

Отправить комментарий