Страницы

12.05.2013

Marqot Bikelin şeirlərindən çevirmələr

Almanyalı şairə Marqot Bikel 1958-ci ildə doğulmuşdur. İlahiyyat və danışıqla dərman etmək üzrə ekspert olmuşdur. Almanyada çox tanınmasa da, Ə.Şamlunun bədii tərcümələri onu Fars dilli oxuculara tanıtdırmışdır. 

İnsan darıxmalarını
Külək mahnı söyləyir,
Röyalarını
Ulduz dolu göy üzü görməzliyə vurur,
Və hər bir qar dənəsi
Axmamış bir göz yaşına bənzəyir.
 Deyilməyən sözlərlə doludur sükut
Edilməyən hərəkətlərlə
Gizli sevgi etiraflarıyla
Və söylənməyən şaşırdıcılarla.


Bizim həqiqətdir gizlənən
Bu susqunluqda
Sənin həqiqətin
Eləcə mənim.
........................................................................
Səninlə özüm üçün
Qaranlığımızda
Çıraqlar və göstərgələri
görməyə
Gözlər diləyirəm

Bayıldığımızda
Səslərlə adları
eşitməyə
Qulaqlar diləyiəm

Səninlə özüm üçün bir ruh diləyirəm
Bunların hamısını içində sığışdırıb, qəbul etməyə
Və düzlüyü ilə bizi səssizliyindən çıxarmağa
Bir dil diləyirəm
bizi dustaqlamış hər bir şeydən danışmağa
yol versin.
...........................................
Mutluluğumuzdandı bəlkə
Hər nə istəyirik
Ya əldə edə bilmirik
Ya əldən veririk.
.............................................
Təkcə həqiqətin azadlıq bağışladığından
Bəzən
Bizi həqiqətə çatdıran nəsə
Özü yoxsundur ondan.
............................................

Su olmaq istəyirəm
Genişliyində ufuqun
Dənizin bitdiyi yerdə
Göyün başlandığı nöqtədə

Məni sarmış hər nələrlə birikmək istəyirəm

Duyuram da bilirəm
Əl sürtürəm də qorxuram
İnanıram da umudluyam
Heç nə onunla düşmənliyə qalxmasın

Su olmaq istəyirəm
Genişliyində ufuqun
Dənizin sona çatdığı yerdə
Göyün başlandığı nöqtədə.
...............................................................
Hər ölüm
Başqa bir yaşama
İşarədir.
.............................................
Hər kəsin zatında
Böyük bir sirr gizlidir
Bir roman
Bir yol
Bir cığır

Bu sirrin planını qurmaq
-Mənim sirrim və sənin sirrin
Yaşam sirri-
Uğurlu çalışmanın yüksək mukafatıdır.
.............................................................
Bir çox vaxtlar
Birbirimizlə sevinc-kədərimizdən söz açırıq

Ancaq hər nədə giz yoxdur
Bəzən yaralardan danışmağa gərək deyil
Acıların sükutu
Bizim gizlərimizdən
Söz aça bilər.

Çevirən: Qadir Cəfəri
Bütün şeirlər Əhməd Şamlu-nun Farsca tərcümələri üzərindən çevrilmişdir.

Комментариев нет:

Отправить комментарий