Страницы

21.05.2013

Məmməd Qədir - Böyüməz

Ucalar ana alqışı,
Anadan qarğış böyüməz.
Qatılmasa göz yaşları
Sel kəsər, yağış böyüməz.

Yük yoxdursa köçümüzdə,
Dünya bizim ölçümüzdə.
Bahar gülsə içimizdə,
Çölümüzdə qış böyüməz.

Heç güvənmə yad daşına
Yaddaş dönər baş daşına
Ağac əkərlər başına
Amma bir qarış böyüməz.


Kimə lazım papaq, örtük?
Qeyrət yoxsa artıq bir yük.
Vuruşmasa türk oğlu türk
Cahanda barış böyüməz.

Комментариев нет:

Отправить комментарий