Rita qəddarlıqla qətlə yetiriləndən sonra, Karter yalnız pəncərənin qarşısında oturur.
Nə televizor, nə mütaliə, nə yazışma onu maraqlandırmır. Onun həyatı pərdə arxasında gördükləridir. Onun üçün fərqi yoxdur yeməyi kim gətirir, hesabları kim ödəyir, o otağı tərk etmir. Onun həyatı – qaçışa çıxan idmançılar, fəsillərin dəyişməsi, ötən avtomobillər və Ritanın kabusundan ibarədir.
Karter başa düşür ki, qapalı qəfəsdə pəncərə olmur.
2. Larisa Kirklənd «Təklif» (Larissa Kirkland, Proposal)
2. Larisa Kirklənd «Təklif» (Larissa Kirkland, Proposal)
Ulduzlu gecə. Ən münasib vaxt. Şam işığında axşam yeməyi. Rahat italyan restoranı. Balaca qara don. Möhtəşəm saçlar, parlaq gözlər, mirvari təbəssüm. Artıq iki ildir ki, birlikdəyik.
Hava möcüzə kimi. Əsl məhəbbət, ən yaxşı dost, başqa heç kəs. Şampan şərabı! Sənə əlimi və ürəyimi təklif edirəm. Bir dizinin üstündə dayanır. İnsanlar baxır? Qoy, baxsın! Gözəl brilyant üzük. Yanaqlar qızarır, ovsun edici təbəssüm.
Hava möcüzə kimi. Əsl məhəbbət, ən yaxşı dost, başqa heç kəs. Şampan şərabı! Sənə əlimi və ürəyimi təklif edirəm. Bir dizinin üstündə dayanır. İnsanlar baxır? Qoy, baxsın! Gözəl brilyant üzük. Yanaqlar qızarır, ovsun edici təbəssüm.
Necə, yox?
3. Çarls Enrayt «Ruh» (Charles Enright, Ghost)
Bu, baş verən kimi mən evə tələsdim ki, qəmli xəbəri xanımıma çatdırım. Amma elə bil ki, o məni ümumiyyətlə dinləmirdi. O, ümumiyyətlə mənə heç fikir vermədi. Onun baxışları sanki mənim içimdən keçdi və o, özünə içməyə çay süzdü. Sonra televizoru yandırdı.
Bu anda telefon zəngi səsləndi. O, yaxınlaşdı və dəstəyi götürdü. Mən onun üzünün necə qırışdığını gördüm. Onu acı ağlamaq tutdu.
4. Endryu E.Hant. «Minnətdarlıq» (Andrew E. Hunt, Gratitude)
Bu yaxınlarda ona xeyriyyəçilik fondunda hədiyyə edilən yun şal rahatca onun çiyinlərini qucaqlamışdı, bu gün zibil qutusunda tapdığı çəkmələr isə ayağını qətiyyən sıxmırdı. Bütün bu soyuq qaranlıqdan sonra küçədəki ocaqlar onun qəlbini elə xoş isidirdi... Parkdakı skamyanın büküyü onun əldən düşmüş kürəyinə elə tanış gəlir ki.. «Şükür sənə, ay Allah, — o fikirləşdi, — həyat necə də gözəldir!»
5. Brayan Nyuell «İblis nə istədi» (Brian Newell, What the devil wanted?)
İki oğlan uşağı dayanıb, şeytanın necə yavaş-yavaş gözdən itməsinə baxırdı. Onun hipnoz edici gözlərinin parıltısı hələ də uşaqların beyninin dumanlandırırdı.
- Qulaq as, o səndən nə istəyirdi?
- Mənim ruhumu, bəs səndən?
- Telefon-avtomatı üçün qəpik. Ona təcili zəng etmək lazım idi.
- İstəyirsən, gedək yemək almağa?
- İstəyirəm, amma indi mənim heç pulum yoxdur.
- Nə qorxusu var, mənim ki, çoxdur.
6. Alan E. Meyer «Bəxtsizlik» (Alan E. Meyer, Bad luck)
Bütün bədənimdə hiss etdiyim kəskin ağrı məni yuxudan oyatdı. Gözlərimi açanda, çarpayımın yanında duran tibb bacısını gördüm.
— Mister Fudjima –o dedi, - Sizin bəxtiniz gətirib, Siz iki gün öncə Xirosimanın bombalanmasından sonra sağ qalmısınız. Amma Siz indi hospitaldasınız, daha Sizi heç bir təhlükə gözləmir.
Zəiflikdən yarımcan halda, mən soruşdum;
— Bura haradır?
— Naqasaki, — o cavab verdi.
7. Cey Rip «Tale» (Jay Reap, Fate )
Yalnız bir çıxış yolu vardı, ya bizim ömürlərimiz həddindən artıq dolaşıq qəzəb və həzz düyünündə bir-birinə sarılacaqdı, ya da hər şeyi başqa cür həll edəcəkdik. Gəl, püşkə etibar edək: qartal düşsə evlənirik, reşka –və həmişəlik ayrılırıq.
Püşk atılmışdı. Qəpik fırlanıb-fırlanıb, dayandı. Qartal. Biz anlaqsız şəkildə gözlərimizi ona zillədik. Sonra isə bir səslə dedik: «Bəlkə, bir də ataq?»
8. Robert Tompkins «Həqiqətin axtarışında» (Robert Tompkins, In Search of Truth)
Nəhayət, insanlar tərəfindən unudulmuş, tənha bir obada onun axtarışları sona çatır. Bu köhnə daxmada ocağın yanında Həqiqət oturmuşdu.
O, heç zaman belə qoca və belə çirkin qadın görməmişdi:
— Siz — Həqiqətsiniz?
Qoca, qarımış qarğa təmtəraqla başını əyərək təsdiqlədi.
— Deyin onda, bəs mən dünyaya nə söyləyim? Onlara hansı xəbəri çatdırım?
Qarı ocağa tüpürdü və cavab verdi:
— Onlara de ki, mən cavan və gözələm!
9. Avqust Salemi. «Müasir təbabət» (August Salemi, Modern medicine)
Faraların göz qamaşdırıcı işığı, qulaq batırıcı qıcırtı, dözülməz ağrı, sonra isti, ağl ıbaşdan alan, təmiz göy işıq. Con özünü inanılmaz dərəcədə xoşbəxt, cavan, azad hiss etdi, o şölə saçan işığa doğru hərəkət edirdi.
Qaranlıq və ağrı asta-asta geri qayıtdı. Con ehmalca şişkin gözlərini açdı. Bintlər, hansı isə borular. Gips. Hər iki ayağı isə artıq yox idi. Xanımı isə göz yaşları içində.
Комментариев нет:
Отправить комментарий