Cavanşir Babəlioğlu Əli Mirəliyevin tənqidlərinə cavab verdi ANS telekanalında yayımlanan \"Şoumən\" verilişində qonaq olan müğənni Əli Mirəliyev, şair Vahid Əziz jurnalistikadan müğənniliyə keçid edən Cavanşir Babəlioğlunu tənqid atəşinə tutublar. Bundan bərk əsəbiləşən C.Babəlioğlu ANS PRESS-ə sərt danışaraq Əli Mirəliyevi top atəşinə tutub: “Bircə Əli Mirəliyev qalmışdı oxumağıma sataşmayan. Gülməlidir, oxumağı ilə yaddaşlarda qalmayıb, özünü sənətkar deyənlər mənim oxumağımdan necə danışa bilər?
İndiyə kimi bir mahnın belə dinlənilməyib, xalq səni sevməyib, tələb olunan müğənni olmaq üçün çalışsanda, buna nail olmamısan, bu, mənim günahımdı? 50 il oxuyub, diqqət mərkəzində olmamısansa, bu gün hansı haqla gənc ifaçılara sataşırsan? Özünə sənətkar deyən insan etik çərçivələri də keçməməlidir! Əgər sən sənətkarsansa, o zaman danışıq və özünü aparmaq mədəniyyətinlə də örnək olmalısan! Maləsəf Əli Mirəliyev, oxumağın insanlara maraqlı olmadığı kimi, sənətkarlığın da sənətdə olanlara maraqlı deyil, çünki, nə mədəniyyətin, nə etikan sənətkar adına yararlı deyil! Sən özünü apara bilmirsən! Bu yaşında özünü rüsvay etməklə məşğulsan! Oturub evində övladlarının, nəvələrinin taleyi ilə məşğul olsan yaxşı olar!!! Birdə ki bu yaşında sən hansı performansı göstərəcəksən axı? Yaşın da səhnə üçün yararlı deyil! Səhnə cavanları sevir! Əli Mirəliyev ömrü boyu Hüseynağa Hadıyevi yamsılamaq istəyib, Akif İslamzadə olmaq arzusunda olub, alınmayıb, çünki oxumağı yoxdur”. Cavanşir Babəlioğlu şair Vahid Əzizin də tənqidlərini qəbul etmədiyini bildirdi.
Комментариев нет:
Отправить комментарий