Rüfət Əhmədzadə
Dörd il əvvəl ona görə valideynlərimin tapdıqları qohum qızıyla nişanlanmaqdan imtina etmişdim. Nələrə qatlanmalı olmuşdum onda... Evdən acıq edib bir ay dostumun evində qalmışdım, bir tərcümə mərkəzindən su qiymətinə tərcümə işi də götürmüşdüm ki, həm onun – sevdiyim qızın dalınca universitetə gedəndə cibimdə pul olsun, həm də dostuma sıxıntı verməyim. Amma o...
Uzatmağın nə mənası var? Mənə dəstək olmadı. Əksinə, meydanda tək buraxdı. Amma bacardım, bir ay içində mən deyən oldu. Qohumla evlənəsi olmadım, elə onunla da... O vaxtdan özüm öz həyatımın ağası oldum – qarışıq həyatımın.
- Mən sənə necə məsləhət verim axı?
- Nə bilim... Bilmirəm necə edim. Oğlan məni tək qoyub, deyir, özün bilərsən. İndi evdəkilərə bilmirəm nə deyim..
- Allah köməyin olsun...
- Bəs yol göstərmirsən mənə?
- Dörd il əvvəl sən də məni tək qoymuşdun...
- Eee, dost kimi yol göstər də...
- Bilmirəm, mən olsaydım qəlbimin səsini dinləyərdim. Amma səndən belə fədakarlığı gözləmirəm.
- Yaxşı, özüm həll edərəm. Sən necəsən?
- Yaxşıyam.
- Deyəsən bu il tuthatut gözlənilir.
- Tuthatut həmişə olub..
- Diqqətli ol...
- Yaxşı...
- Yalandan “yaxşı” demə, sən o vaxtdan şuluqsan..
- Nə edim, mən başqa yolu gedə bilmirəm...
- Hər halda, son vaxtlar ölkədə qarışıqlıqdır, bir az ehtiyatlı ol..
- Yaxşı...
- Özünə yaxşı bir qız tap, evlən. Bəlkə ailə səni düzəltdi...
- Yaxşı...
- Bir də ki, bağışla...
-Nəyə görə?
- O vaxt səni tək qoydum...
- Eybi yox, canın sağ olsun, Allah bağışlasın!
Sanki əyri yoldayam, subaylıqdan avaralıqla məşğulam. Hamı məsləhət verir. Hətta uzun illər sonra bir jurnalist rəfiqəsindən mənim telefon nömrəmi tapıb zəng edən keçmiş sevgilim də mənə ağıl verir. Gör nə günə qalmışam... Mən illərlə onun sevgisini içimdə yaşatmışam, o isə indi həm məsləhət istəyir, həm də üzrxahlıq edir....
Sağollaşıb dəstəyi asdım. Artıq çatmışam. Köhnə, ikimərtəbəli “xryuşovka”nın birinci mərtəbəsində məni gözləyirlər. Amma mən ləngiyirəm... Bu mənzilə uzun illərdir rahat girə bilmirəm. Hər dəfə də qapı ağzında ayaq saxlayır, dərindən köks ötürür, səhnəyə çıxırmışam kimi özümü toparlamağa, həyəcanımı cilovlamağa çalışıram.
Axı, içəridə məni çox ağır bir yük gözləyirdi... Şəhid evinin havası bir başqa olur.
Bu gün qapı ağzında yox, binanın qarşısında xəyala dalmışam. Bu köhnə binanın sakinlərinin çoxunu uşaqlıq illərimdən tanıyıram. Demək olar ki, çox az adam köçüb bu binadan. Çox sıx, mehriban münasibət var qonşular arasında. Hər üç ailədən biri də Qarabağ müharibəsində şəhid verib. Bir-biriylə sonradan qohum olan, qız alıb-qız verən qonşular da var bu binada... Dərdləri də, sevincləri də ortaq olan qonşular...
-Oğlum, yenə nə fikrə dalmısan?
- Heç ay bibi, bir az problemlərim var...
-Bir az yox, ay bala, problemlərin çoxdur, bilirəm hər şeyi.
Duruxdum. Bibim qarşıma çay qoyub yanımda oturacaq və məni çağırmağının əsl məqsədini açacaqdı. Amma onun səbirsizliyindən və eyhamlı danışığından anladım ki, məsələ nə yerdədir. Valideynlərimin təkidiylə məni qonaq çağırıb, öyüd-nəsihət verməlidir. Dörd oğlundan dördü də Qarabağ müharibəsində savaşıb, kiçik oğlu Fərid isə Ağdamda şəhid düşüb. Bibim şəhid anası olmazdan əvvəl də, özündə döyüşkən qadın obrazını əks etdirirdi. Çünki övladlarını şəxsən xeyir-dua verib cəbhəyə yola salmışdı. Mən isə ondan mübarizə meydanına atılmağım üçün xeyir-dua gözləyirdim.
Neçə ildir bu evə gəlmirəm. Çünki bu evin havası ağırdır, şəhid evində, şəhid portreti asılmış divarlar arasında ruhum dara çəkilir....Nahar fasiləsindən istifadə edib gəlmişdim bura, ona görə də mövzuya birbaşa keçmək, məsələni tez həll etmək mənim üçün daha məqsədəuyğun göründü.
- Nəyi bilirsən, ay bibi?
- Səni təzə işdən də sıxırlar, - stulu da yaxına çəkib əlimdən tutdu,- ay bala.. Bax, neçə ay idi heç yerdə iş tapa bilmirdin... Güclə bir yerə ilişmisən, başını aşağı sal işlə də... Niyə hər iki gündən bir evinizə polis gəlməlidir? Məgər narkomansan?
-Ay bibi, mən də onu deyirəm də... Məgər narkomanam? Orduda əsgərlər döyülüb ölür, içalatları çıxarılır, cəsədləri də “intihar etdi” adıyla ailələrinə verilir. Biz gənclər də buna etiraz edirik. İnqilab etmirik ki...
Gözüm Fəridin baxışları donmuş portretə sataşdı. Mənimlə üzbəüz divardan mənə baxırdı. Görəsən bu baxışlardan nə hiss etməyim gərəkirdi? Hansı əhvalda olmalıydım? Əslində heç nə hiss etmirdim. Sadəcə donmuşdum. Heç düşünə də bilmirdim ki, Fərid indi sağ olsa, mənə hansı məsləhəti verərdi... Görəsən, o da “başını sal aşağı” deyərdimi? Amma yox, mən tanıdığım, qucağında böydüyüm Fərid mənə “igid əsgər” olmağı təlqin edirdi...
- Heyif ki, bronxial astmaya görə əsgər gedə bilmədim. Amma əsgərlərin taleyinə biganə qala bilmərəm.
- Oğlum, səni başa düşürəm, amm sən də məni başa düş, ananı başa düş....
- Bu xalq üçündür, bibi...
- Xalqın çox vecinədir... Ay bala, qonşunun da uşağı keçən il döyülüb öldürüldü. Bir-iki müxalifət qəzetində yazdılar, sonra 2-3 min manat pul alıb çəkildi dala.
- Ay bibi, elə sən də çəkilmisən.
- Mən heç kimdən pul almamışam, oğlum... Sənə görə deyirəm, evin bircə oğlusan. Anan səni evləndirmək istəyir. Ona yazığın gəlsin, türmələrə yol ölçməsin yazıq arvad!
Səbrim daraldı. Ayağa qalxıb cəld addımlarla dəhlizə doğru addımlayıram. Bibim “ay bala, dur”, “biraz otur” desə də, dayanmadan getməyə hazırlaşıram. Paltomu çiynimə atıb ona tərəf döndüm:
- Bibi, şəhidlər həlak olana qədər öz valideynlərinə məxsus olurlar. O andan isə xalqa. Bu xalq şəhidlərinə sahib çıxmalıdır. Hələ şəhid düşməyən oğulların da gələcəyi üçün öz səsini ucaltmalıdır. Əgər bizi analarımız, atalarımız heç olmasa bir neçə gün səbir göstərsələr, övladlarının qarşısında durmasalar, bu cəmiyyədəki türmə qorxusu da olmaz, qeyri-döyüş ölümlərinin də sayı azalar. Bu mənim fikrimdir, istəyirəm, mənim fikrimə hörmə edəsiz. Sən də, valideynlərim də, başqaları da.
Ləngimədən çıxdım, arxamca bu sözlər eşidildi:
- Ehtiyatlı ol, ay bala... Yaman qarışıqlıqdır!
Binanın həyətində cib telefonuma zəng gəldi. Müdirim idi, çox həyəcanlı danışırdı:
- Hardasan?
- Bibimgilə dəymişdim, müəllim. Gəlirəm, yoldayam...
- Gəlmə, get evə. Ya da evə yox, bir rayonda qohumun varsa, get 4-5 gün orda dincəl...
- Niyə, nə olub?
- Yuxarıdan gəlmişdilər. Səni soruşdular. Dedim, daha burda işləmir.
- Və?
- Sən daha burda işləmirsən. Çox danışmadıq, eləcə səni soruşdular... başqa heç nə.
Məsələ aydın oldu. Mən işimi itirmişdim. Durub məhkəmə şikayəti yazan deyildim, heç bunu vecə alan da olmayacaqdı. Hədər vaxt itkisi... Ən yaxşısı, müstəqil gənclərin bazar gününə təyin etdiyi mitinqə hazırlaşmaq idi. Amma gərək bir neçə gün evə getməyəydim...
Binaların arasıyla əsas yola, dayanacağa doğru irəliləyirdim. Siqaret yandırmaq üçün əlimi cibimə atdım. Bir an sol tərəfdən, binalararası yoldan çıxan ağ rəngli “VAZ- 2107”nin sürətlə üstümə gəldiyini gördüm. Cəld arxaya atıldım. Amma sükan arxasındakı yeniyetmə oğlan da özünü itirdi, o da sükanı sağa çəkib düz bilmədən üstümə sürməyə davam etdi. Əyləci basdığında artıq gec idi. Mən bir neçə metr aralıda yıxılıb qalmışdım...
- Ən geci bir aya düzələr.. bircə sol qıçıdır da, bitişər, ayağa qalxar.
- Bəs o biri məsələ?
- Nə o biri məsələ? Kor deyillər ki,görürlər, uşağın qıçı sınıb. Mitinqə-zada istəsə də gedə bilməz bir ay.
- Bəs sonra?
- Ay arvad, mən nə bilim ey... Kimi tuturlar, tutub-bassınlar içəri... bu qarışıqlıq da qurtarsın. Sonrası Allah kərimdir!
- Hə, Allah kərimdir!
Yan otaqda danışan atamla anamın səsində ümid hiss edirəm. Amma nəyə? Əlbəttə ki, bu qarışıqlığın qurtarmasına. Hamı eyni şeyə ümid edir, amma hərə öz bildiyi kimi.

Комментариев нет:
Отправить комментарий