Страницы

07.05.2013

Qazisinin kəsilmiş ayağından öpən baş nazir


Şəkildə gördüyünüz İsmayıl Haniyədir, Fələstinin baş naziri. Vətən Qazisinin kəsilmiş ayağından öpür. Sözsüz bu səhnəni görən hər bir fələstinli Vətəni üçün canını belə verməyə hazırdır, nəinki ayaqlarını!
Bəs bizdə necə?!
Bu yaxınlarda hər iki əl və ayağını itirmiş Qarabağ Qazisinin dilənçilik etdiyini əks etdirən şəklini gördüm, yəqin ki, çoxları həmin şəkli görüblər. Hər ikisi (istər bu, istərsə də o) adamın ürəyin sızladan səhnələrdir!
Bəs görəsən Vətən Qazisini dilənçilik etmək məcburiyyətində buraxan Azərbaycan iqtidarı hansı üzlə Vətəndən, azərbaycançılıqdan dəm vurur?! Və ya bunu görən hansı oğlan sabah müharibəyə gedər?! Baxmayaraq ki, gənclərdə vətənpərvərlik ruhiyyəsinin qaldırılması adı ilə hər il büdcədən milyonlarla pul havaya sovurulur.
Qazisini, Şəhidinin ailəsini səfalət və məhrumiyyət içində "yaşadan" hakimiyyət yumşaq dillə desək, məhvə məhkumdur!

Mir Qasim Aliyev

Комментариев нет:

Отправить комментарий