Страницы

05.05.2013

Sabita, şükr elə, hər izzət üçün zillət var...

Sabit Şəqaqi

Ənbərin rayiheyi-türreyi-canan gətirir,
Lütf ilə badi-səba dərdimə dərman gətirir.

Deyirəm qasidə: get nameyi-cananı gətir,
O gedir sürət ilə qətlimə fərman gətirir.

Mən dedim nikhəti-zülfün gətir, ey badi-səba,
O gedir başıma sövdeyi-pərişan gətirir.

Zülf düşgəc yüzünə didələrim əşk tökər,
Gün üzün əbr haçan bağlasa, baran gətirir.

Baxıb ol şiveyi-rəftarə, töküb qanlı yaşım,
Mən bilirdim ki, bu göz başıma çox qan gətirir.


Küfri-zülfin ürəfa rəxneyi-iman dedilər,
Bu necə küfrdü kim, hər görən iman gətirir?!

Mərdümi-didələrim hicr günü Nuhasa,
O qədər əşk tökər, axırı tufan gətirir.

Sabita, şükr elə, hər izzət üçün zillət var,
Demədin vəsl süruri qəmi-hicran gətirir?!

Rəsmin müəllifi: Pərnisə Fazil

Комментариев нет:

Отправить комментарий