Страницы

07.05.2013

Suriyanı məzhəb müharibəsinə çəkmək cəhdi

Son günlər müqəddəs ziyarətgahlara yönələn təxribatlar, nifrət yaradan çağırışların yalnız bir hədəfinin olduğu aydın görünür

Son günlər Suriyadan yenidən narahatlıq doğuran xəbərlə gəlməkdə davam edir. Üsyan və daxili müharibənin davam etdiyi ölkədə təhlükəli tendensiya mşahidə olunmağa başlayıb. Son zamanlara qədər ciddiyə alınmayan proseslər xeyli dərəcədə ciddiləşib. Söhbət bu ölkədə yerləşən İslam müqəddəslərinin məzalarından gedir. Axır zamanlar Suriyada yerləşən müqəddəs məzarlara hücumlar müşahidə olnmağa başlayıb. Daha əvvəl Dəməşdə yerləşənm İmam Hüseynin (ə) qızı həzrət Rüqəyyənin (ə) və bacısı Həzrət Zeynəbin (ə) Dəməşq yaxınlığındakı eyni adlı qəsəbədə olan məzarlarının yerləşdiyi ziyarətgahlara hücum cəhdləri ilə bağlı xəbərlər vardı.
Bir neçə gün əvvəl isə səhabə, İmam Əlinin (ə) yaxın silahdaşlarından olan Hucr ibn Udeyyin məzarına hücum edildiyi və daha sonra səhabənin cəsədinin qəbirdən çıxarılıb naməlum istiqamətə aparıldığı, eləcə də məqbərənin dağıdıldığı ilə bağlı xəbərlər yayıldı. Ötən gün isə internetdə Hucr ibn Udeyyə aid olduğu ehtimal olunan cəsədin şəkilləri yayıldı. Səhabəyə aid olduğu güman olunan cəsədin çürümədiyi görünürdü. İddialara görə, cəsədin fotosunu onu qəbirdən çıxarıb apararkən görüntüləyiblər. Qeyd edək ki, İslam tarixində böyük xidmətləri olan nüfuzlu Peyğəmbər səhabəsi Hucr ibn Udey və onun iki övladı Müaviyə ibni Əbu Süfyan tərəfindən şəhid ediliblər. Onun müqəddəs məzarı isə Dəməşqin yaxınlığında yerləşən Əl-Ğutə şəhərinin Mərəc məntəqəsində olub.
Ancaq müqəddəslərə hücumlar və çağırışlar bununla yekunlaşmadı. İnternet saytlarında Səudiyyə Ərəbistanından olan sələfi alim Abdullah Əl-Turkinin “Twitter” hesabından yazdığı mesajlar yayımlandı. Əl-Turkiyə aid edilən hesabda onun Həzrəti-Zeynəbin (s.ə) və İmam Əlinin (ə) mübarək məzarlarının dağıdılmasını da arzu etdiyi yazılıb. Özünün Müaviyyə ibn Əbu Süfyanın nəvələrindən olduğunu qeyd edən sələfi alim, Suriya və İraqın azadlığının Fələstinin yəhudilərdən azadlığından önəmli olduğunu bildirib. Abdullah Əl-Turkinin hesabında “Bizlər Əli ibn Əbu Talibin də qəbrini dağıdacağıq, cəsədini çıxardacağıq. Həmçinin Mehdini də sığınacağından çıxardıb öldürəcəyik. Bu, sadəcə, təhdid olaraq qəbul edilməsin. Bu bizim rafizilərə vədimizdir. Başqa istəyimiz Zeynəb binti Əlinin də qəbrinin açılaraq cəsədinin çıxardılmasıdır” yazdığı bildirilirdi. Günün daha bir hadiəsi isə Azərbaycanda qeydə alındı. Naməlum şəxslər İraqda – Nəcəf şəhərində yaşayan İslam alimi Ayətullah Əli Sistaninin ofisi adından kütləvi mesajlar göndərərək Suriyada Həzrət Rüqəyyəninin (ə) qəbrinin yerləşdiyi ziyarətgahın terrorçu qruplar tərəfindən mühasirəyə alındığını, hərəmə böyük təhlükə olduğunu qeyd ediblər. Mesajda Qurani-Kərimin "Həşr" surəsinin oxunması və bu mesajin paylaşılmasının vacibliyi qeyd olunub. Ancaq çox keçmədən məlum olub ki, mesaj saxtadır, yəni deyildiyi kimi, Ayətullah Sistaninin ofisindən göndərilməyib. Müctəhid ofisi açıqlama yayaraq bu hadisədən xəbərsiz olduğunu bəyan edib. Eyni zamanda hərəmə təhlükə olması xəbəri də təsdiqini tapmayıb. Eyni zamanda daha sonra araşdırmalar nəticəsində sosial şəbəkədə yayılan və müqəddəslərin qəbirlərini hədəfə alan çağırışın sələfi alimi Abdullah Əl-Turkiyə aid olmadığı aydınlaşıb. Hətta araşdırmaçılar Əl-Turkinin belə bir hesabının olmadığını, şəbəkədə mesaj yayılan hesabın saxta olduğunu üzə çıxarıb. Bütün bunlar sanki bir mərkəzdən idarə olunurmuş kimi görünür. Sanki hansısa qaranlıq əllər sələfilərin qəbirlərə münasibətini qabardır, eyni zamanda şiələr üçün müqəddəs olan şəxslərin ziyarətgaha çevrilən məzarlarını dağıdır, qazır. Və nəhayət, kimlərsə saxta profillərlə sələfi alimləri adından şiələri qəzəbləndirəcək, məzhəbi münasibətləri daha da gərginləşdirəcək bəyanatlar verir. Bir başqaları isə gözlənilmədən “təhlükə mesajları” verməyə başlayır. Əlbəttə, sələfilərin qəbir ziyarətinə münasibəti aydındır. Eyni zamanda bu cərəyanın tərəfdarlarının ziyarətgahlara münasibəti də məlumdur. Ancaq istənilən halda İslam dinində dünyadan köçmüş birisinin qəbirdən çıxarılması qəbuledilməzidr, əmanət olaraq dəfn olunanlar istisna olaraq. Ancaq eyni zamanda bir sələfi şeyxinin Mehdinin (ə.f) mağarada yaşamadığını bilməyəcək qədər savadsız olduğu, yaxud da özünü əbu Süfyanın nəvəsi elan edib şiələrə qarşı çağırış edəcək qədər yumşaq desək, sadəlövh olması da ağılabatan deyil. Bütün bunlar ilk baxışdan sadəlövhcəsinə görünən, amma çox incə qurulmuş təxribat cəhdidir. Ancaq məsələ ondadır ki, Suriyada savaşın uzanması və gözləntilərin əksinə olaraq Əsədin davam gətirə bilməsi bu ölkə ilə bağlı başqa qorxlu silahların işə salınmasına səbəb ola bilər. Görünən odur ki, kimlərsə Suriyada məhz məzhəb davasını körükləməyə çalışırlar. Məlum olduğu kimi, əhalisinin 70 faizə yaxını sünni müsəlmanlardan ibarət olan Suriyada heç də bütün xalq hökumətdən üz çevirməyib. Əksinə, daxili savaş uzandıqca, xüsusən də xaricdən gələn muzdluların qəddarlığı artdıqca insanlar hakimiyyətə münasibətini də dəyişib. Son hadisələr göstərir ki, Bəşər Əsədin mövqelərini möhkəmləndirməsi, üstəlik Hizbullahın açıq şəkildə Dəməşq hakimiyyətini müdafiə etməsi, bundan başqa bütün bunların fonunda xarici müdaxilənin mümkünsüz (İsrailin kiçik miqyaslı hava zərbələrini istisna etməklə) olması səbəbindən sonuncu ən təhlükəli silaha – məzhəb qardşıdurmasını körükləndirməyə əl atmağa cəhdlər var. Məsələ ondadır ki, Suriya hadisələrindən sonra yanlış yönləndrmələr nəticəsində bölgədə bir məzhəbi gərginlik yarandı. Əsədin ələvi olması, üstəlik İran və İraq hökuməti, Livan şiə Hizbullah hərəkatı tərəfindən dəstəklənməsi, eləcə də üsyançı qrupların başında sünni təşkilatlarının (ixvan kimi) dayanması və nəhayət, əsasən, xaricdən gələn radikal dinçi qrupların olması cəbhələşməni məzhəbi yöndə daha da dərinləşdirirdi. Ancaq aydın məsələdir ki, Əsəd heç bir zaman islamçı (şiə) olmayıb, hakimiyyətinin də dini ağırlığı olmayıb. Ancaq görünən odur ki, bölgədə artan İran düşmənçiliyi fonunda Əsədə şiə “donu” geyindirilməsi daha əlverilşli olub. İndi isə başıpozuq, başdan ayağa nifrətlə silahlanmış radikal vəhabi qrupları vasitəsi ilə Suriyada məzhəbi gərginlik yaradılmasına cəhdlər edilir. İki ildir ağır müharibə şəraitində yaşayan Suriyanın məzhəbi qarşıdurmaların meydanına çevrilməsi ölkəni heç zaman xilası mümkün olmayan bir bəlaya düçar eləmək, bütövlükdə bölgəni yeni xaosa cəlb etməkdir. Çünki aydın məsələdir ki, Suriyada körüklənəcək məzhəbi qarşıdurma çox tezliklə Livana, İordaniyaya və onsuz da həssas vəziyyətdə olan İraqa sıçraya bilər. Bunu isə yalnız İslamın və insanlığın düşmənləri arzulaya bilər.

birlik.az

Комментариев нет:

Отправить комментарий