Страницы

02.05.2013

Taleh Eminoğlu - Azadlıq nəğməsi


Bağdadın kor xəlifəsi

(Cansız şəhərlər silsiləsindən)
      
Bir şəhər gördüm yuxumda,
məscidi uçmuş
yadları doğmasından çox
ağacları kəsilmiş
diriləri bir – birindən qaçaqkən
ölüləri bir – birini qucmuş.
Ana gördüm bu şəhərdə
oğlunun tikələrin toplayırdı,
Ata gördüm Corcun
qızını zorlamasına baxırdı.

Uşaqlar müharibə oynayırdı
müharibə içində.
Hamı Corc olmaq istəyirdi
Səddam yox,
dünya bu şəhərin qadınlarına
fahişə deyir
madam yox.
Bir şəhər gördüm yuxumda
yanır,
iki çay arasında.
Qadınlar uşaq doğmur
dəfn edir,
kişilər qadınla yox
silahla evlənir.
Cırılmış əsgər paltarıdı
körpənin bələyi,
çaş – baş qalıb bu şəhərin
camaatı
nə bilinir Şeytanın
nə Allahın kələyi.
Əzrayılda bezib bu şəhərə gəlməkdən
gündə beş dəfə
on dəfə
burda ən brend geyim kəfən.
Deyilənlər düz çıxdı
bu şəhərin xəlifəsi kormuş.
Bu şəhərin adı Bağdad –
milyonlara gormuş.

Azadlıq nəğməsi

Azadlıq nəğməsin eşitmək üçün
ağ saçlı, qara örpəkli anaların 
qarğışına qulaq as.
Ataların saatlarca bir nöqtəyə
dikilən 
baxışına qulaq as.
Azadlıq nəğməsin eşitmək üçün
bu ölkədə əvvəlcə
qəbrini qaz.

Rüzgarı kaçıran kız

Bi baktım yanımda yoksun,
Sandım ki, rüzgar qaçırdı seni.
Rüzgardan sordum ve cevap:
Ben değil o kız kaçırdı beni.

Комментариев нет:

Отправить комментарий