Страницы

15.05.2013

Təhlükədə olan gənclik

Anar Sadıllı

Bu günün saytları demek olar ki, hec ürək açan deyil. Hərə bir sayt açir və ağlına nə gəlsə yerləşdirir. Hələm bu az deyil birdə bizlərin milli dəyərinə yaraşmayan yazılarda yerləşdirillər. Sadacə o məntiqsiz yazıları yazan yazarlar elə bil ki, bu xalqın övladı deyil, elə bil, bu xalqın adətindən uzaqdır. Niyə bu günün yazarları bizim dinimizə, milli adətlərimızi unudublar. Təəsüflər olsun cox oxucusu olan saytlarimiz var, onlar elə yalnız yazdıqlari cinsi əlaqə düşüncələridir. Bu qədər dərtli olan, bəlalı olan xalqımın çatışmayan bircə cəhəti odurmu?. Elə yazansansa qələmin elə itidirsə, birazda xalqin dərdindən, işğalda olan torpaqlarimizdan yazasan. Ac xalqı nəyinə lazımdir cinsi əlaqə. Hec ona həfəs qalib mi, hec ona qüvvət qalıbmi? Belə yazarları çox qınayıram.
Azərbaycanda yazmaq üçün o qədər mövzü var, lazımdırmı ki, sən elə yazın və saytını tanitmaq üçün o tərbiyəsiz insanları bir yerə yığıb bu millətin gənclərini yoldan çixardasan. Hanı sənin əsil azərbaycanlı qeyrətin, hanı sənin azərbaycanlı qanın, bir miqdar pula satirsan bu millətin dəyərini. Kimin ağlına nə gəlir yazır, bir qanunda yoxdur bunlara qarşı ki, bunlara nəzarət etsin. Hərdən insan o saytlara baxir, təəccüb edirsən onu oxuyanlarada və olara dəstək verənlərə də. Bir yazini minlərnən vətandaşımız oxuyur və bu əyani subutdur ki, bunla artıq təsir bağışlayıb və özlərinin o məntiqsiz düşüncələrinin toxumunu səpiblər. Belə yazarlar unudublar ki, bu mənəviyyətsizlik tək xalqa yox, öz ərtaflarınada təsirini qoyacaqdır. Əgər bü gün sən, mən, biz bir olmasaq , birazdan belə yazılar yalnız saytlarda yox , cəmiyyətdə adi bir hala düşəcək. Bu gedişlə bu xalqın milli minteledindən və mənəviyyətindən bir əsər qalmayacaq. Biz gələcək nəslə, bizdən əvvəlkilərin əmanət buraxdığı Azərbaycana xas olan dəyərləri onlar canı ilə, qanı ilə qoruyub bizə təfil verdiyi kimi, bizdə təfil verə bilək deyə bucür insanlara qarşı öz mübarizəmizi aparmalıyıq. Bu vətən sevərlər üçün bir çağırışdır.

Комментариев нет:

Отправить комментарий