Страницы

03.05.2013

Xatirə Xatun - QƏLƏBƏ

Bir zamanlar bir zəngindən,
Ya da bircə mesajından
ən sıradan günüm belə toy bayrama çevrilərdi.
Bütün dünya gözlərimdə
Gözəlləşər, sevilərdi.
Mesajını aldığım gün toy-düyündü mənim üçün.
Amma indi
ən sevimli bayram belə
adi gündü mənim üçün.
Əfsunmusan, sehrmisən?
Sən o gündən bir ilğıma çevrilmisən.
Ha gedirəm əlim çatmır, ünüm yetmir.
Sənsiz sanki zaman durub, vaxt dayanıb,
günüm getmir.

Ha yüyürdüm, ha can atdım sənə sarı
yetişmədi səsim sənə, əlim sənə.
Insaf elə, həyatımdan cıxdığın tək
yaddaşımdan da çıxıb get, səni tanrı.
Yandırmısan körpüləri,
söylə axı necə, nə çür, hansı yolla
dönüm sənə, gəlim sənə?
Bir də məndən sənə geri dönməyimi gözləmə heç.
Bu arzunu, istəyini birdəfəlik unut, vaz keç!
Hər şey üçün daha çox gec...
Sənə nə var
sevincim az, qəmim çoxdur.
Sənsizlikdən heç bir şeyin
mənim üçün fərqi yoxdur.
Adi gün də, toy-büsat da
mənasızdı, yeknəsəqdi.
Səni təbrik eləyirəm---
Bu qələbən mübarəkdi!

Комментариев нет:

Отправить комментарий