Ömər Xəyyam
Keçir külək kimi ömrün karvanı,
Qənimət bilməli zövqü, səfanı.
Saqi, gəl sabahı düşünmə, mey ver,
Gedir gecə, gedir işrət zamanı.
***
Bu qoca dünyadan gedincə sən, mən,
Kərpiclə örtülər qəbrimiz həmən
Başqa qəbirlərçün torpağımızdan
Kərpic düzələcək, bunu düşün sən.
***
O gün ki, əlimə alıram şərab.
Elə bil, şadlıqdan oluram xərab.
Təbim oda dönür, sözlərim suya!
Yüz möcüz önümdə eyləməyir tab.
***
Şərab deyil, ruhun səfasıdır o,
Kədərli qəlbimin dəvasıdır o,
Doldur ver, xeyrabdır, şərab deyildir,
Çünki dərdli könlün şəfasıdır o.
***
Zahid, tənə vurma bizə sən müdam,
Deyilik dünyada sənin kimi xam.
Sənin istədiyin namaz, təsbehdir,
Mənim sevdiyimdir canan, bir də cam.
Rəsmin müəllifi: Peri Miniatur
Keçir külək kimi ömrün karvanı,
Qənimət bilməli zövqü, səfanı.
Saqi, gəl sabahı düşünmə, mey ver,
Gedir gecə, gedir işrət zamanı.
***
Bu qoca dünyadan gedincə sən, mən,
Kərpiclə örtülər qəbrimiz həmən
Başqa qəbirlərçün torpağımızdan
Kərpic düzələcək, bunu düşün sən.
***
O gün ki, əlimə alıram şərab.
Elə bil, şadlıqdan oluram xərab.
Təbim oda dönür, sözlərim suya!
Yüz möcüz önümdə eyləməyir tab.
***
Şərab deyil, ruhun səfasıdır o,
Kədərli qəlbimin dəvasıdır o,
Doldur ver, xeyrabdır, şərab deyildir,
Çünki dərdli könlün şəfasıdır o.
***
Zahid, tənə vurma bizə sən müdam,
Deyilik dünyada sənin kimi xam.
Sənin istədiyin namaz, təsbehdir,
Mənim sevdiyimdir canan, bir də cam.
Rəsmin müəllifi: Peri Miniatur
Комментариев нет:
Отправить комментарий