Razzaq XANSUVAR-TALIŞXANOV
Talış diyarı Azərbaycanımızın ayrılmaz hissəsidir. Çünki, talış torpağı, onun bərəkətli zəmiləri, qədim və müdrik insanları, tarixi Azərbaycana verilən ən qiymətli hədiyyələrdən biridir.
Talış diyarının tarixi keçmişi çox qədimdir. Qədim zəmanlardan ibtidai insanlar bu diyarın ətəklərindən, təbii mağaralarından yaşayış məskəni kimi istifadə etmişlər. Bu diyara qısa tarixi ekskursiya edərək Kadusilərin, Kaspilərin, Midiyalıların tarixini görərik. Ərəb, Monqol işğalı dövründən keçən bu diyar öz təbii sərvətini, tarixini qoruya bilmişdir. Bu diyarın hər bir kəndi özündə bir tarix yaddaşı saxlayır.
Bu kəndlərdən biri də zəngin tarixi və qədim abidələri ilə seçilən, eləcə də talış diyarının dağlıq hissəsinin mərkəzi kimi şöhrətləndirilən Canqamiyon (Cəngəmiran) kəndidir. Gəlin Cəngəmiran kəndinin tarixinə maraqlı bir səfər edək...
Sözü gedən Canqamiyon kəndi yuxarıda qeyd etdiyimiz kimi Talış diyarının ən qədim kəndlərindən biridir. Canqamiyon toponimi heç bir çətinlik olmadan hər bir talış üçün anlaşılmalı olmalıdır. Bildiyimiz kimi “Canq” talış dilində döyüş, vuruşma, “Myon “ (Miyon) mərkəz , meydan mənasını verir. Deməli Canqamiyon döyüş mərkəzi, meydanı adlandırılır. Farsca bu kəndə Cəngəmiran deyilir. Buna görə də XIX əsrdə rus müəllifləri bu kəndin adını talışca yox, farsca yazmışdılar. Canqamiyon kəndinin yaranması haqqında bir çox mülahizələr mövcuddur, hətta bu haqqda əfsanələr və rəvayətlər də var. Rəvayətə görə kəndin girəcəyi Ruədi, qurtaracağı isə Pendi olmuşdur. Bu iki kənddə müxtəlif qəbilələrdən olan adamlar yaşamış, mehriban qonşu olmuşlar. Hər iki kəndin gözəl təbiəti varmış. Bağçılıq, bostançılıq inkişaf etmiş. Çeşmələrdən, çaylardan kəndin mərkəzinə xususi kanallar çəkilibmiş. Bundan başqa Pendi kəndində gözəl bir çeşmə varmış. “Aspi honi” adlanan bu çeşmənin suyu olduqca sərin imiş (Aspi Honi - Asp-at, honi-bulaq, çeşmə). Pendi hakiminin gözəl bir qızı varmış. O, yaraşıqlı olduğu qədər də məğrur imiş. Yalnız vətənini sevən igid bir adama ərə gedəcəyinə and içibmiş. Odur ki, qıza elçiliyə gələn hər kəs bu qapıda rədd cavabı alırmış. Qonşu Ruədi kəndinin hakiminin oğlu qıza vurulubmuş. Lakin qız yoxsul bir oğlanı sevirmiş. Oğlan buraya atını sulamaq bəhanəsi ilə gələrmiş. Elə buna görə də bu bulağa at bulağı - “aspi honi” deyirlər. Bu əhvalatı eşidən Ruədi kənd hakimi Pendiyə müharibə elan edir. Vuruşma meydanı indiki Canqamiyon imiş. Bu adla da guya Canqamiyon kəndinin adı yaranmışdır.
Gördüyümüz kimi bu rəvayətdən bəlli olur ki, Pendi və Ruədi kəndləri mövcud olmuş və güya ki, müharibəyə görə Canqamiyon adı belə yaranıb. Amma nəzərə alsaq ki, bu rəvayətdir, burda gizli məqamlar olsa da, kəndin yaranması haqda fikir səhvdir. XIII əsr tarixçı-səyyahı Həmdulla Mostafi Qəzvini özünün “Nüzhət-əl-qlub” əsərində bidirir ki, Ərdəbil mahalına yaxın Cəngəmiran mahalı mövcud olub və o mahalın tərkibində: Pendi, Ruədi, Azarbican (Ozobijon), Jidi kəndləri olub. Bu məlumatdan aydın olur ki, qədim kəndlər sayılan Pendi və Ruədi, eləcə də Azərbican və Jidi Canqamiyon tərkibində olub. Və burdan bəlli olur ki, Canqamiyon mahal adı imiş. Canqamiyon mahalının döyüş meydanı mərkəzi deyilməsinin əsas səbəbi bəs nə idi? Bu rəvayətdə göstərildiyi kimidir, yoxsa başqa cürdür? Gəlin bunu analız edək...
Tədqiqatçı-jurnalist G.Məmmədzadəyə görə Canqamiyon toponiminin yaranaması və döyüş meydanı deyilməsi Teymur Lanq ilə müharibəyə görədir. Bu fikrin səhv olduğunu fransız tarixçisi Marsel Brionin Teymur Lanq haqqında yazdığı əsərində görmək olar. Marsel Brioni bildirir ki, Temur Lanq Talışda müharibə etməyib, əksinə, Talışa dostluqla gəlib və Talışı öz dövlətinin tərkibinə qatmaq üçün müqavilə bağlayıb. Digər tarixçilər isə, bu toponimi Babəkin (Popokun) döyüşlərindən biri ilə əlaqələndirirlər. Onların fikrincə Babəkin ərəblərə qarşı vuruşduğu döyüş meydanlarından biri də indiki Canqamiyon olub. Və kəndin adı da onunla bağlıdır. Buna aid yetərincə sübutlar da var. Coğrafi ərazi baxımından da Canqamiyon ərazisi döyüş mərkəzini, meydanını xatırladır.
Mənim fikrimcə isə Babəkin ərəblərə qarşı müharibəsindən əvvəl də Canqimyon adı mövcud olub. Yuxarıda göstərdiyimiz kimi qədim kəndlər olan Pendi və Ruədi kəndlərinə yaxın gözəl düzənlik, elə bil əlin içi “çanq” kimi hamar yaylaq olub. O yerdə adı çəkilən kəndlərin cavanları, igidləri cəng edirdilər. Və həmin yer cəng mərkəzi, meydanı kimi adlandırılırdı. Dediyim fikrə sübut olaraq ta qədimdən Novruz bayramlarında cəngavərlərin, pəhləvanların cəng döyüşlərini xatırlamaq yetər. Heç təsadufi deyil ki, Babək bu ərazidən ərəblərə qaşı döyüş meydanı kimi istifadə etmişdir. Deməli Canqamiyon adı heç də Babəkin döyüşünə görə yaranmıyıb. Ondan əvvəllərdə bu toponim mövcud olub.
Canqamiyon adı kənd və mahal kimi tarixi qaynaqlarda XII əsrdən çəkilir. Orta əsrlərdə buradan Şərq ölkələrinə karvan yolu olmuşdur. Rusiyanın Xarici Siyasət arxivinə istinad edərək bildirməliyik ki, XVIII əsrdən buradan Rusiya ilə diplomatik, dostluq əlaqəsi saxlanılmışdır. XII əsrdən başlayaraq Talış diyarının dağlıq hissəsinin mərkəzi kimi, paytaxtı kimi ad qazanmışdır. Bir çox qaynaqlarda isə Canqamiyon adı Dırığ, Değ kimi verilmişdir. Dırığ, Dı-rığə - talış dilindən iki kiçik daş, iki hissə mənasını verir. Həm də qədim yer adıdır. İran ərazisində İrığ (bir kiçik daş), Yardımlı rayonunda Sırığ (üç kiçik daş) kəndi mövcuddur. Canqəmiyonun qaynaqlarda Dırığ kimi adlandırılmağının səbəbi Dırığ (Değ) mahalının paytaxtı olmasından irəli gəlir. Sənədlərin birində 1508-ci ildə yazılmış Talış hakimi, Əmir Əhməd Derığinin Bobogil məqbərəsi haqqında vəqf fərmanından aydın olur ki, Cənqəmiran mahalı XVI ərsdə Lənkərana, Astaraya kimi uzanır və oradan da bəlli olur ki, mahalın aparıcı mərkəzlərindən biri məhz Canqamiyon olub.
Kənddən qırağda yerləşən Xəlifə Zəkəriyyə ocağındaki qədim abidələr subut edir ki, bu ərazinin və ocağın tarixi eramızdan əvvələ gedir. Xəlifə ocağının geniş tədqiqata ehtiyacı var. Lerik şəhəri ilə Cəngəmiran kəndi arasında yerləşən Cabir Ənsari türbəsi vardır. Tarixçilərin fikrincə orta əsrlərə aid olan bu abidə İmam Cəfəri Sadiqin səhabələrindən olan, sonradan yerli hakim olan şəxsin məzarıdır. Abidə VIII əsrdən qalmadır. Çoxlu türbələr, ocaqların məkanı olan Canqəmiyon haqqında daha bir fakt: Həmdulla Qəzvini yazır ki, yerli xəlifələr olan Lələhəbib və Zəkəriyyənin məzarı Cəngəmiran mahalındadır. Bu da bizim dediyimizi təsdiqləyir. Bundan əlavə kənddə Tabunə honi ('tab '-qaya, daş: “honi”- bulaq: “qayadan çıxan bulaq”) və o bulağın yanındakı Əli riz (rəvayətlərə görə Hz Əlinin ayaq izidir) bu məkanı daha da müqəddəsləşdirir. Kəndin meşə hissəsinə yaxın məhşur Pələnqkıştə honi (Pələng öldürülən bulaq) vardır. Fransız yazıçısı A.Dumanın “Qafqaza səyahət” əsərində Cəngəmiranlı bir qadının pələng öldürməsi haqqında qısa bir məlumat verir. Bir çox tarixçilər səhvən Dumanın Canqamiyonda olmasını yazıblar, amma Dumanın özünün yazdığı əsərindən bəlli olur ki, o bu olmuş hadisəni Qafqaza səyahət edərkən eşitmişdir və kənddə olmamışdır. Pələnqkıştə honidən əlavə kənd ərazisində Donqon (Ağır ağaclar) yeri də vardır. Bu yerlərin hamısı kəndin tarixini daha da zənginləşdirir.
Talış xanlığı dövründə də Canqamiyon əsas aparıcı mərkəzlərdən biri idi. Buna sübut XIX əsrin tarixçi-salnaməçisi, Talış xanlarının vəziri olmuş Mirzə Əhməd Mirzə Xudaverdi oğlu özünün “Əxbərnamə” əsərində yazır: "Talış vilayətində hakim olmaq istəyən əvvəlcə iki yeri ələ keçirtməli idi. Onlardan biri Dırığ, digəri isə Lənkəranın çayiçi mahallarıdır". Mirzə Əhmədin dediyi Dırığ yuxarıda göstərdiyimiz kimi Cəngəmiran mahalıdır. Arxiv sənədlərinin bizə verdiyi məlumata görə, buranın xanlıq dövüründəki hakimləri, Seyid İbrahim xan, Şahmar bəy, Nəcəfqulu xan, sonda da Nurulla bəy olmuşdur. XVIII əsrin əvvəllərində Dırığ hakimi, Seyid İbrahim xan idi, o Talış xanı Siyolinin (Qaraxan) qohumu idi. Seyid İbrahim xanın məzarı ehtimalən Cəngəmiran kəndinin Pelməkujə məhəlləsindədir. İbrahim xandan sonra hakimiyətə onun oğlu Şahmar bəy gəlir. Mirzə Əhmədin verdiyi məlumata görə Talış xanını həbs edən İranlı Hidayət xan Talışı özünə tabe edir. Amma qısa müddət ərzində Cəngəmiranlı Şahmar bəy hakimiyyəti ələ alır və iki il Talışın müstəqil xanı olur. XVIII əsrin sonlarında Cəngəmiran (Dırığ) mahalına Talış xanı Mir Mustafa xanın qohumu Astaralı Nəcəfqulu xan təyin olunur. 1788-ci ilin sənədlərinin birində Cəngəmiran hakimi Nəcəfqulu xanın Bobogil məqbərəsi haqqında vəqf fərmanı vardır. Əxbərnamədə Nəcəfqulu xanı Mir Mustafa xanın həyat yoldaşı olan Fəxrul Nisənin qardaşı oğlu olduğu bildirilir. 1814-cü ildə Talış xanı olan Mir Həsən xan Dırığ hakimi vəzifəsinə Nurulla bəyi təyin edir. Nurulla bəy və Cəngəmiranlılar Mir Həsən xanla birgə Rusiya və İrana qarşı mübarizə aparırlar. 1826-cı ildə Rusiya tərəfindən xanlıq suqut edir. 1832-ci ildə isə Talış xanı Mir Həsən xan şəhid olur. Rusiya İmperiyası öz ordu əsgərlərindən bir qismini Cəngəmiran kəndində yerləşdirmişdir. Həmin yer qazarma adlandırılırdı. 1832-1840-cı illər Cəngəmiran kəndindən bir çox ailələr - Nəcəfqulu xanın oğulları Müzəffər, Qəzənfər, Fətəli:, Nurulla bəyin qardaşı Hüseyn bəy, Seyid İbrahim xanın nəvələrindən olan Seyyid Hətəm bəy (Ərdəbil şəhərində yaşayan məşhur Hatəmilər nəsli) və digərləri İrana köç edirlər.Böyük Cəngəmiran mahalından əsər-əlamət qalmır. Kənddə əhali azalır və qalan əsas aparıcı ailələrdən bəylik statusu alınır. Rusiyaya xidmət göstərən bəzi ailələrə bəylik titulu verilir. Arxivə istinad edərək Cəngəmiranın 1863-1886- cı illərdəki evlərin və əhali sayını statistik formasının göstərişi:
1863-cü il 33 ev 249 nəfər
1873-cü il 38 ev 241 nəfər
1886- cı il 57 ev 349 nəfər
Növbəti illərdən indiki dövrümüzə qədər kənd əhalisinin sayı getdikcə artmaqdadır.
Canqamiyon kəndi bir çox məhəllələrdən ibarətdir. XII-XVIII əsrlər arasında Pirzakujə, Xəlifəkujə, Osnağakujə (hal-hazırda adı çəkilənlər ayrıca kənddirlər), Modakujə məhəllələrindən ibarət idi. Ondan sonrakı dövrlərdən indiki dövrümüzə qədər məhəllələrin adları orda məskən salan tayfaların adları ilə bağlıdır. Hal-hazırda kənddə bu məhəllələr var: Əyvəzəkujə, Ğoliyəkujə, Nəsirəkujə, Baliəkujə, Pelməkujə, Mobaliəkujə və s. XIX əsrdə kənddə yaşıyan tayfaların bir qismi indiki Ozobijon kəndinə köçürlər. Qeyd üçün bildirim ki, Ozobijon kəndindəki köklü tayfaların hamısı Cəngəmiyon kəndindəndir. XIX-XX əsrlərdə Canqamiyon kəndində yaşayan tayfalar: Əyvəzon (Seyid İbrahim xanın nəvəsi Əyvəzin adı ilə bağlıdır, kəndin ictimai işlərində fəal tayfalardan biridir. Bu tayfaya Cəngəmiranda Əyvəzəçəm-Əyvəz çarəsi deyilir. Kənddəki hər işin, problemin həll olunması Əyvəzlərdən keçir. Bir qismi Ozobijon kəndinə köçüb), Ğolion (Astaralı Nəcəfqulu xanın oğlu Qulunun (və ya Rzaqulu) adı ilə bağlıdır. Bir qismi Ozobijon kəndinə köçüb), Bəqon (Nurulla bəyin nəslidir, XIX əsrin son dövrlərində bəy olduqları üçün talışca onlara Bəqon deyiblər), Mırsoğolion (Pelməkujəli Mırsaqulu Kəlbiəli oğlunun adı ilə bağlıdır. Bu tayfanın çoxu Ozobijon kəndinə köçüb), Pelməkon (Cəngəmiranın Pelməkujə məhəlləsində yaşayan bir çox tayfaların əsli olduğu Ərdəbilin Pelmaru kəndinin adı ilə bağlıdır. Pelməkon tayfalarının başçılarının adları: Tahir Nağıəli oğlu, Qafar Cəfər oğlu və həm də Mısoğolilərlə bağlıdır), Mobalion (Məşədi Mehrəli Əlican oğlunun adı ilə bağlıdır), Balion (Bali adlı kişinin adı ilə bağlıdır.) Nəsiron (Kərbəlayi Nəsir Abdulla oğlunun adı ilə bağlıdır), Muşion (Muşfiq adı ilə bağlıdır). Sırf olaraq Canqamiyondan Ozobijona köçən tayfalar: Cəbion (Nəcəfqulu xanın nəvəsi Cəbrail Məşədi Hüseynəli oğlunun adı ilə bağlıdır), Vəlixanon (Vəlixan Həsənxan oğlunun adı ilə bağlıdır), Nurion (Nuru Həsən oğlunun adı ilə bağlıdır), Fitoton (Məşədi Əli Fitat oğlunun adı ilə bağlıdır). Gördüyümüz kimi bu tayfaların hamısı XIX-XX əsrdə Cəngəmiranın inkişafinda böyük rol oynamışlar, bu dövrdə kənddən çıxan alimlər, təbiblər, din xadimləri, hərbçilər və sənətkarlar olmuşdur. XIX-XX əsrdə olan din xadimləri: Axund Molla Fətulla (1833-?), Axund Molla Əbdul Səməd (1847-?), Molla Mirzə Məmməd (1827-1900), onun oğlu Molla Əli (1857-?), Axund Tağı, Axund Vəli. Bunların ən məhşuru Nəcəf şəhərində təhsil alan dini, ruhani alim Axund İbrahim Şəfi oğlu Cəngəmirani Əyvəzi (1886~1940) olmuşdur. Cəngəmiran məscidinin tikilməsində Axund Vəli ilə Axund İbrahimin böyük rolu olmuşdur.
Hərb sənətində də Cəngəmiranlılar öz sözünü demişlər. Mir Həsən xanın silahdaşlarının çoxu Cəngəmiranlı idi. General-poruçuk olan Ağacan bəy Cəngəmiranski buna subutdur. XIX əsrdən başlayaraq Talış diyarının dağlıq zonasının ictimai işlərində öz fəallığı ilə seçilən bir çox Cəngəminlılar vardır: Talış dağlarının ağsaqqalı, polkovnik, Zuvand nahiyəsinin pristavı Hacı İbadulla bəy (1837-1920), pristav köməkçiləri Kərbəlayi Zülfüqar Eyvazov, İzzət Mirzəyev, Zuvand nahiyəsində ilk xeyriyə cəmiyyətinin təsisçisi Rufulla bəy, Lənkəran şəhər mirzəsi İsa bəy Nurulla bəy oğlu və s.
Cəngəmiran kəndinin tarixi bir məqaləyə sığışmaz. Bu kənd gündən-günə şəxsiyyətlər yetişdirməkdədir. Heç təsadüfi deyil ki, son dövrdə də kəndin yetişdirdiyi alimlər: Asəf İsgəndərov, Əminağa Mədətov, Mədət Mədətov, Xudakərim Eyvazov, Firudin Əsədov və s vardır. Azərbaycanın bütövlüyü uğrunda Cəngəmiranlı Qarabağ şəhidləri: Fuad Qafarov, İsfəndiyar Mədətov, Elmas Rufullayev, Həmid Həmidov, Bakir Məmmədov kimi cənğavərlər olmuşdur. İndi də kənddə bir çox Qarabağ veteranları vardır. Talış diyarının, eləcə də Azərbaycanımızın dilbər güşələrindən biri olan, öz tarixi keçmişi ilə seçilən Cəngəmiran kəndi hələ bundan sonra da tarixi şəxsiyyətlər yetişdirəcəkdir.
Mənbələr:
1. Azərbaycan Mərkəzi Dövlət arxivi. (F.10, doc.114; F.43,doc.7203; F.43,doc.7374)
2. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu “Əxbərnamə”.
3. Həmdulla Qəzvini “Nüzhət-əl-qlub”
4. Seyidəli Kazım bəy oğlu “Seidiyyə”
5. Razzaq Xansuvarov “Ağacan bəy Nurullabəyov”, “Tolışon Sədo” qəzeti № 12 (24), 07 aprel 2012-ci il
6. Razzaq Xansuvarov “Mir Həsən xan”, “Tolışon Sədo” qəzeti № 07 (11 noyabr 2011) və № 08, (18 noyabr 2011)
7. G.Məmmədzadə “Lənkəran mahalının sərkərdələri”
8. İsaq Əmənullayev “Dağlardan güc alan dostluq”
9. F.Əsədov “Talış diyarının keçmişinə bir nəzər”
10. Duma “Qafqaza səyahət”
11. Marsel Brioni "Я-Тимур, завоеватель Вселенной”.
12. “Тимур Ланг о Талыше и о талышах” “Tolışi Sədo” qəzeti №8 (116) 18 fevral 2011.
13. T. Musəvi “Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər”
14. AMEA Tarix inistitutunun elmi arxivi. (F.1, doc.298; F.1,doc.301)
Məqalənin redaktə olunmasında mənə dəstək olan Aytən Eyvazona öz təşəkkürümü bildirirəm. Cəngəmiran kəndinə 23 mart 2013 tarixli səfərimdə məni müşahidə edən Cəmşid Mədətzadə və Əmrah Qafarova öz dərin minnətdarlığımı bildirirəm.

Комментариев нет:
Отправить комментарий