Страницы

10.06.2013

Dayaq.org – Məmləkətin 1 Nömrəli Ədəbiyyat Saytı

Dayaq.org  tam sərbəst!

 Dayaq.org- öz fikirlərini paylaşmaq, uğur qazanmaq, mükəməlləşmək, həyatda yaxşılığa doğru dəyişikliklər etmək istəyən yazarlar üçün saytdır. İnsan maariflənmək, tədricən yetkinləşmək, müdrikliyə can atmaq üçün yaranıb. Əgər o buna nail ola bilmirsə, deməli günah onun özündədir.
 Yazar təfəkkürünü artırmaq üçün çalışmalı, öz gələcəyini istədiyi kimi qurmaq üçün səy göstərməli, dayanmadan və davamlı olaraq inkişaf etməlidir. Özü ilə bərabər başqalarının da inkişafına nail olmalı, onların arzularının həyata keçməsinə yardım etməlidir.
 Dayaq.org saytında mütəmadi olaraq həyatını mənalı, maraqlı yaşamaq istəyənlər üçün seçilmiş mövzularda materiallar verilir. Onlar əsasən maarifləndirici, istiqamətləndirici funksiya daşıyır. Materiallar həm sayt administrasiyası tərəfindən yaradılır, həm də müxtəlif mənbələrdən seçilir; xüsusən bloggerlərlə əməkdaşlıq etməyə üstünlük verilir. Saytda obyektivliyi tam qorumağa çalışırıq, odur ki bizim məkanda tam sərbəst ab-hava hökm sürür.

 İctimai şüurin vəziyyətinin monitorinqi üzrə məlum metod əlaqədar orqanların ən sevimli metodu olaraq qalmaqda davam etsə də, bütün dünyada mətbuatın təhlil olunmasına hər il milyonlarla pul xərclənir. Cəmiyyətdə dəyişikliklərin monitorinqi üzrə bu sistemin belə yaxşı işləməsinin səbəbi bundan ibarətdir ki, media orqanlarındakı informasiya bloku- bu, bağlı, dəyişməz sistemdir. İqtisadi mülahizələrə görə adətən təqdim edilən informasiya bloku daimi dəyişməz ölçülərə malik olur. Buna görə də xəbərlər blokunda nə isə yeni bir şey meydana çıxırsa, onun ölçülərinə müvafiq olaraq köhnə nə isə oradan yox olmalı və ya dəyişməlidir. Burada qapalı sistem daxilində məcburi seçim prinsipi işə düşür. Belə vəziyyətdə ictimai şüur həmişə ortaya atılan yeni “problemlərə” keçir və köhnələri tez unudur. Biz həm yeni “problemləri”, həm də cəmiyyətin artıq maraq dairəsində olmayan problemləri izləyirik.
 Aşkar olan budur ki, bütövlükdə cəmiyyətlər insan fərdləri kimidir. Dəqiq sayı bilinmir, lakin insan eyni vaxtda şüurunda yalnız müəyyən sayda problem və qayğı saxlaya bilər. Əgər yeni problem və qayğılar əlavə olunursa, onda bu vaxt köhnələr sadəcə olaraq sıxışdırılıb şüurdan çıxarılır. Biz soydaşlarımız üçün indiki anda nəyin aktual olduğunu və onların nədən imtina etdiklərini hiss edirik.
 Bizim təfəkkürdə dəyər orientasiyası böyük rol oynayır. Məhz onlar bir növ kitab rəfləri rolunu oynayır, alınan bilikləri çeşidləyirlər. Əgər şkaf, rəf yoxdursa, onda bir qulaqdan qəbul olunanlar o biri qulaqdan havaya uçur. Ona görə də ağıllı adam yalnız yaxşı intellektə malik olan adam deyildir, onda ilk növbədə qəbul edilən dəyərlər ierarxiyası arasındakı qarşılıqlı əlaqəni düzgün qurmaq bacarığı olmalıdır. Təsadüfi deyil ki biz düzgün qərar haqqında danışanda sağlam fikir nəzərdə tuturuq. Qəlb, ruh idrakın yolgöstərici telidir. Sadələşmiş qəlb sadələşmiş intellekt, sadələşmiş adam deməkdir.
 Dayaq.org həm də sosial sayt olduğu üçün cəmiyyətin kiçik bir modelini xatırladır. Həyatda yaxşını pisdən ayırmağa çalışan insanlar bu saytda öz fikirlərini yaya bilirlər. Ədalət prinsipini qorumaq üçün əlimizdən gələni edirik. Bu baxımdan, bizim saytı demokratik quruluşa malik onlayn cəmiyyət kimi də xarakterizə etmək olar.
 Bu məqamda bir fikri nəzərinizə çatdırmağı qərara aldıq- bu sayt müəyyən ictimai status almağa cəhdin diqtəsi ilə yaradılmamışdır və müəyyən ictimai statusun törəməsi də deyildir. Ona görə də biz hər hansı bir cavabı müəyyən elmi doktrinaya və ya qəbul olunmuş normalara uyğunlaşdırmağa çalışmırıq, hər bir sualı ayrılıqda aydınlaşdırmağa cəhd edirik. Həqiqət- bizim yeganə məqsədimizdir, ona görə də bəzi mülahizələr ümumi qədul olunmuş əqidələrlə üst-üstə düşməyə, həddindən artıq kəskin qəbul oluna bilər.
 Ümumi qəbul olunmuşlarla bağlı aşağıdakıları demək olar. Həqiqətən də deyəcəyimiz bir çox fikirləri siyasət sahəsində olan əksər peşəkar ekspertlər qəbul edirlər. Məsələn, əgər hər hansı bir siyasi texnoloq bir qrup adamlar arasında demokratiyanın mövcudluğunun reallığına inanmadığını desə, ətrafdakılar bu sözləri birmənalı qəbul edəcəklər- “deyəsən bir az artıq spirtli içki qəbul edib”. Bununla belə bu adamlar növbəti tok-şouya gələndə, tamaşaçılar qarşısında çıxış edəndə heç vaxt qəbul etmədikləri baxışları müdafiə etməyə başlayırlar. Saytdakı publisistik yazılarımızda biz deyilməsi qəbul olunan sözləri yox, hər şeyi necə var eləcə qələmə almışıq.
 İndi mövcud olmayan əksər sivilizasiyalarda öz xalqlarının dəhşətli taleyini qabaqcadan xəbər verən peyğəmbərlər olmuşdur. Həm də elə adamlar olmuşdur ki, öz sivilizasiyalarının uçuruma doğru getdiyini başa düşmüşlər. Ancaq onlar heç nə etməmişlər və ya kifayət qədər etməmişlər və öz xalqları ilə birlikdə onların da izi-sorağı qalmamışdır. Başa düşmək özlüyündə heç kimi heç vaxt xilas etməmişdir. Yalnız qəti hərəkət xilas edə bilər. Bu hərəkətin necə olması ilə bağlı da öz mülahizələrimizi nəzərinizə çatdıracağıq.
 Mənəvi tənəzzül mövzusunun bu günki mövzusunu tok-şou ilə müqayisə etmək olar. Sətəlcəm (ağ ciyarın iltihabı) olmuş adamı təsəvvür edin- onun ətrafına onun müalicə olunması ilə bağlı fikirlər söyləyən mütəfəkkirlər toplaşmışdır. Birincisi deyir: gəlin ona iltihabın ziyanı ilə bağlı məsləhətlərimizi verək, onu düz yola qaytarmağa vadar edək, onun əqlini nurlandıraq. İkincisi deyir: din cəhalətpərəstlikdir, ona dini ayinləri oxumaqdansa, xəstəliyə elmi baxımdan yanaşaq.
 Elmlə maraqlananlar, intellekti yüksək olanlar, təhsil alanlar, əqli qabiliyyətləri ilə hamını heyran etmək istəyən oxucular burda müxtəlif yönlü intellektual informasiya əldə edə, ən maraqlı yeniliklərlə tanış ola bilərlər. O cümlədən, xarici vətəndaşlar üçün rus, türk və ingilis bölmələrimiz də fəaliyyət göstərir.
 Biz Professional Oxucu dedikdə həm də öz şəxsi mənəvi keyfiyyətləri ilə seçilməyə, zəngin daxili aləmi ilə fərqlənməyə çalışan insanları nəzərdə tuturuq. Sayta bir-birindən oxunaqlı, intellektual tutumlu, oxucunun daxili aləminə dəyərli naxışlar vura biləcək yazılar gündəlik əlavə edilməkdədir. Gələcəkdə saytımızda Azərbaycan mediası üçün yeni olan, ajiotaj doğuracaq materiallar da görəcəksiniz. Layihələrimizi izləyin!
 Gözlərinizi ağrıdaraq oxuduğunuz üçün təşəkkürlər!

Hörmətlə:
         Sayman Aruz                   İbrahim Sel

Комментариев нет:

Отправить комментарий