Страницы

27.06.2013

Günay Ümid - Ay adam

Buralarda quş uçmaz ay adam!
- ömür uçar kəpənək-kəpənək.
Buralarda dənizlərdə balıq üzməz,
insanlar üzər bir-birini...

otur ay adam,
 otur darıxmağın küncündə.
Burdan daha yaxşı görünür
gecənin bağrını qanadan günəşin
 neştər şəfəqləri,
üstü bəzək-bəzək xaraba viranlıqlar,
burdan daha aydın görünür bütün qaranlıqlar...
Bir sirr qalıb qaranlığında
- gecədən oğurlayıb apardığım...
Əlimdə bir az ömür qalıb 
- alın yazımdan qopardığım.
Gəl bölüşək ay adam.

Buludlardan bir gelin süslədim
şeir rəngli gözlərini bir az segiylə boyadım,
misraları ulduz-ulduz dağıtdım saçlarına
bir az həsrət bağışladım ümidlərinə.
Nəfəsində bir öpüş üşüdü darıxmağın...
gəl darıxaq ay adam...
Ayaqlarımızı qoparaq dünyadan
qopaq dünyadan...
Səmaya yaşamaqdan
göy qurşağı tikək,
bədəni ürəyinə dar gələn hər kəs kimi
gecəni iplə çəkək.
Yanağımda bir sığal yeri boğulsun
göz yaşımdan
süz ay adam.
Süz gecənin ürəyini
ovuclarına.
Qaçaq arzuların şərindən
bakirə sabahların
alnı ağarsın dan yerindən...

Комментариев нет:

Отправить комментарий