Страницы

28.06.2013

Mən ana olsaydım!

Nuray Nur

Mən ana olsaydım, öncə yaratdığı can üçün  şükr edərdim  Yaradana. Sonra duyduqca səsini, hiss etdikcə nəfəsini, paklığını qürurlanardım. O gündən onu qorumaq üçün güclənər, qorxmazlaşardım.
Mən ana olsaydım, həm də qorxaqlaşardrım. Qorxardım  onu incidə biləcək nədənsə qoruya bilməməkdən. Qorxardım çiynimə qoyulan bu ülvi, çətin məsuliyyətdən. Hər qorxduqca da elə onun xatirinə güclənər, mətinləşərdim.
Mən ana olsaydım, sığmazdı sevincim köksümə. Bütün əski arzuları silərək yeni arzular yazardım ürəyimə. Artıq başqa ümidlərlə yönələrkən  Rəbbimə başqa diləklər gətirərdim dilimə.

Mən ana olsaydım, ən bezdiyim, usandığım anda belə yalnız ana olduğum üçün ölüm arzulamazdım. Ömrümü itirməməkçün deyil əsla, ömrünü itirməyə səbəb olmamaqçün ölümə yol açmazdım. Ancaq o can üçün ölməm gərəksəydi ölümdən də qaçmazdım.
Mən ana olsaydım, mənə verdiyi vəzifənin adı olduğu üçün “Ana” ilk günkü tək sonsuzadək şükr edərdim Yaradana!

Комментариев нет:

Отправить комментарий