Страницы

18.06.2013

Nənəmi də belə itirdim

Vasif Əlihüseyn

İyun ayının 8-i idi. Kəndə getməyi planlaşdırmışdım və elə axşamüstü yola düşüb axşama evdə oldum. Kəndin başından babam məni qarşılayıb, maşınla evə apardı. Nənəm, babam, anam, xalalarım qəşəng bir süfrə açıb yeyib içdik. Ayın 10-u isə, Lənkəran rayon televiziyasında CTV-də qonaq olmalıydım. Səhər babam məni maşınla Lənkərana aparan da, nənəmi də götürdü ki, bəs özünü axşamdan yaxşı hiss eləmir oradan həkimə aparacam. Anamda bizimlə getdi. Mən yolda düşüb Lənkəran rayonuna yollandım, babamgil isə həkimə getdilər.

Lənkəran televiziyasında “Vətənpərvərlik” mövzusunda maraqlı bir görüş oldu. Televiziyadan çıxıb birbaşa Bakıya qayıtmalıydım. Nəsə nənəmin xəstəliyi ilə bağlı anama zəng vurub, həkimlərin nə deməsi barədə soruşdum. Anam isə vəziyyətinin yaxşı olmadığını, təcili evə qayıtmağımı dedi. Çox məttəl qaldım axı, səhər mənimlə birgə evdən çıxıb getdi həkimə nənəm, necə olur bəs indi vəziyyəti pis olur?
Evə qayıtmağım hardasa 1-saat çəkdi. Kəndə kəsə yolnan giriş var ki, o yoldan da keçəndə yol gəlib kənd qəbristanlığının yanından keçir. Qəbristanlığın yanından keçəndə gördüm ki, qonşularımızdan 3-4 nəfər qəbir qazırlar, hər şey mənə məlum idi, amma yenə də inanmaq istəmirdim. Nənəmgilin həyətinə çatanda gördüm ki, həyətdə xeyli kişi var. Babam ora-bura qaçır, nənəmi yumaq üçün “yuyucu xana” qururlar. Evə qaçdım, ev qadınla dolu idi, hamı ağlaşırdı. Anam, xalalarım hamı qarışmışdı bir-birinə. Xalam məni görən kimi qışqırdı:
- Vasif, nənən getdi!
Göz yaşlarıma hakim ola bilmədim. Sabah mənimlə birlikdə evdən çıxan nənəm, indi onu çağıran adamların heç birisinə cavab vermirdi. Nənəm ölmüşdü...
Nənənəmi axşamüstü dəfn etdik. Bu mənə yuxu kimi gəlirdi. Tabutunu çiynimə aldım məzarlığa yola düşdük. Qəbirə də yaxınlarımla qucağımda endirdik nənəmi.  Hamı dağılışdı, babam nənəmin məzarı üstündə oturub doyunca ağladı çünki, onun üçün çətin idi. O, həm həyat yoldaşını, həm də sirdaşını itirmişdi bu dünyada. Babamın qoluna girib yerdən qaldırdım.  Evə qayıtdıq. İndi yaxınlarım iki şey üçün ağlayır bir nənəmin ölümünə, bir də babamın təkliyinə.

Комментариев нет:

Отправить комментарий