Страницы

22.06.2013

Özün də xəyala qarış

Elşad Can Şamil

Baxma mənim keçmişimə, keçmişimdə qaranlıq var
Gələcəkdən bir az danış...Danış ürəyim rahatlasın...
Söz et bizim sevgimizdən, evimizdən, özümüzdən
Yaşananlarla sən barış...Barış ürəyim rahatlasın...

Sual dolu nəzərlərlə baxma mənim gözlərimə
Məni anlamağa çalış...Çalış ürəyim rahatlasın...
Bilirəm ki, çox çətindir məni belə qəbul etmək
Mənim bu halıma alış...Alış ürəyim rahatlasın...


Gözlərimi sənə açdım, sürüşürdün bəbəyimdən
Əl at baxışımdan yapış...Yapış ürəyim rahatlasın
Düşün yeni gələcəyi, özəl mənli xəyal yarat
Özün də xəyala qarış...Qarış ürəyim rahatlasın...

Комментариев нет:

Отправить комментарий