Страницы

01.06.2013

ŞAM İŞIĞI BOYDA

ETİMAD BAŞKEÇİD

ŞƏHƏRİMİZ - BAKI, QONŞUMUZ - BÖYÜKKİŞİ

mən sənə şikayət etmək istəyirəm,
Yarəb!
rüzgarın döndüyü yer kimi
əclafın təkini -
bütün yörələr adam oldu, hənuz
xəmiri suya doymadı Bakının.

adam olmaq istəyir hər şey,
adam olmaq!
İrəm bağını xiffət eləyir eşşək də,
yer, göy, kainat hərlənib-fırlanıb
öz əvvəlki halına dönüşməkdə.


döyə-döyə, əzişdirə-əzişdirə
əvvəlki şəklə salmaq istəyir öz oğlunu,
qonşumuz Böyükkişi,
Allahın Böyükkişisi də bilir sanki
yupyumru olmasa da
ellipsvaridir fələyin gərdişi

bütün acılara qədər dedik adlatdıq,
arvadı-uşağı qədərdi deyə aldatdıq,
üzümüzə saldıq yaşadıq,
qədərincə yaşlaşdıq
şəhərimiz Bakı, qonşumuz Böyükkişi…

mən sənə şikayət etmək istəyirəm,
Yarəb!
rüzgarın döndüyü yer kimi əclafın təkini-
bütün yörələr adam oldu, hənuz
xəmiri suya doymadı Bakının.

ŞAM İŞIĞI BOYDA YASTI BİR BİNƏ

şam işığı boyda, yastı bir binə,
gələn gəldi,
quru yerdə əyləndi,
əldən-ələ haqdan dilə bir abdal,
yara-yara qalxdı dördə əyləndi.

bu köndələn köhnə xırman yeridi,
uçuq könül kor bayquşun piridi,
baxtsız kimsə dastan boyu yürüdü,
qismətini görə-gördə əyləndi.

Başkeçidim yollar yormuş, yol yağır,
siləli göz, ürək yuxa, qol fağır,
yazıq canım əlinizdən hey yığır,
deməsinlər tata, kürdə əyləndi.

Комментариев нет:

Отправить комментарий