Страницы

03.06.2013

Vasif Əlihüseyn - Vaxt

Beləcə vaxt ötüb keçir. İndi bir çoxumuzun problemi var ki, o da vaxtdı. Bu qədər işi-gücü nə bir günə, nə də ki, iki günə həll edə bilirik.  Adam ən çox vaxtın qədrini əsarətə düşəndə bilir, elə azadığında.
Yadımdadı ki, 2003-cü ilin oktyabr ayı idi, hərbi xidmətdəydim.
Əsgər yoldaşlarımla birgə 2003-cü ilin kalendarını götürüb keçən hər bir günü qaralayırdıq. Köhnə əsgərlər isə bizə gülürdülər ki, hələ sizin nə qədər vaxtınız var xidmət etməyə. Bax elə gündəlik  rejimdə yatmaq, sabah tezən “Qalx” komandasına alakal yuxudan oyanmandıqda adam vaxtın da qədrini bilir, azadlığında.
Gündəlik həyatımızda hər şeyi nə qədər vaxtla ölçsəkdə, hərbi xidmətdə vaxtan elə istifadə olunurdu ki, orada saniyəyə görə də sənə qarşı komandirlər ən sərt tədbirlər görürdü. Yemək vaxtla, yatmaq vaxtla, geyinmək vaxtla, çimmək vaxtla, şəhərə buraxılış vaxtla, növbədə durmaq vaxtla və sair.
İndi gündəlik həyatımızda da vaxt üstündə çox narazıçılıqlar olur. Digərlərini sadalamağa ehtiyac yoxdu məncə, onlardan ən sərti avtobus sürücülərinin “interval” üstündə bir-birinə yağdırdığı qəşəng təhqir dolu söyüşlərdi ki, avtobusta gediş haqqı 20 qəpik olduğu halda, bu söyüşlərin qiyməti onlar üçün heç 1 qəpik də deyil..

Beləcə vaxt ötüb keçdi, vaxtın bir il, altı ayını hərbi xidmətdə,  dörd ilə yaxını Rusiyada, qalan vaxtımı isə burada küləkli Bakı şəhərində yaşayıram. Artıq 28 yaşımı tamamlamağa bir neçə ay qalıb. Deməyəcəm ki, heç bilmədim necə oldu,  bilirəm beləcə vaxt özü axarı ilə gedir...

Комментариев нет:

Отправить комментарий