Страницы

28.06.2013

Əfv xahişi

Redaksiyanın poçtundan

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına;
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, hərbi şəhərcik, ev 37,menzil 18-də  yaşayan Kərimova Həbibə Qəribalı qızı tərəfindən

Möhtərəm prezident! 
Mən bir Azərbaycan vətəndaşı olaraq sizə müraciət edirəm.  Qabaqcadan qeyd edim ki, Sizin ölkə başçısı kim yürütdüyünüz daxili və xarici siyasəti dəstəkləyir, ölkəmizin iqtisadi və siyasi cəhətdən çiçəklənməsinə sevinirəm. 
Çox hörmətli,  prezident! Mən sizin seçiciniz olmağımla fəxr edirəm.  Hər iki prezident seçkilərində  sizə səs vermişəm. Qarşıdan yeni seçkilər gəlir, mən və bütün ailə üzvülərimiz bu seçkilərdə də sizin yenidən prezident olmanız üçün səs verəcəyik. Siz ölkədə sabitliyin, əmin-amanlığın qarantısınız.
Özünüz də həmişə çıxışlarınız da qeyd etmisiz ki, Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm.
Məhz buna görə də mən öz prezidentimə, Sizə müraciət edərək, özümün, ailəmin acınacaqlı durumu haqda məlumat vermək istəyirəm.
Cənab prezident!
 Nəzərinizə çatdırmaq istəyirəm ki, uzun müddətdir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. Heç bir yerdə işləmirəm. Yaşayışı vəziyyətimiz heç də ürək açan deyil. Həyat yoldaşım Kərimov Eynulla Müzəffər oğlu isə hal-hazırda həbsdədir. O 24 il hərbi təcrübəsi olmuş, yüksək rütbəli zabitdir. Azərbaycanda Milli Ordu yaranan gündən zabit kimi Milli Orduda xidmət etmiş, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, həm Qarabağ, həm də Əfqanıstan müharibəsi veteranıdır.
2005 ci ildə həyat yoldaşım həbs olunmuş və məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Artıq 8 ildir ki, o cəzasını çəkir. 
Hər il, Siz Böyük Vətən müharibəsi iştirakçıları ilə görüşərkən qaynatam Müzəffər Kərimov sizə bu haqda xahiş müraciət etmişdir. Və siz qaynatama dediniz ki, oğlunuzu, yəni mənim həyat yoldaşımı əfv edəcəksiniz. Bu xəbər ailəmizi və bizi tanıyanları çox sevindirdi.
Cənab prezident, Sizə müracət edərək, həyat yoldaşımın çəkilməmiş iki illik cəza müddətindən əfv edəsiniz. Mən bir Azərbaycan qadını olaraq sizə qabaqcadan təşəkkürümü bildirirəm.

Hörmətlə, Kərimova Həbibə Qəribalı qızı                                                                                                                                                      28.06.2013

Комментариев нет:

Отправить комментарий