Страницы

15.07.2013

AXTARIRAM

Pərviz Quluzadə

Dunya cənnət- axmaq üçün,
Qəlbə neştər taxmaq üçün.
Dünyaya düz baxmaq üçün-
Gözüm, səni axtarıram.

Insan yatar gor icində,
Balıq ölər tor icində.
Eşib-eşib qor icində
Közüm, səni axtariram.

Bu dünyanın sağ-solunda,
Quvvət vardır hər qolunda.
Allahımın haqq yolunda-
Özüm, səni axtarıram..

Комментариев нет:

Отправить комментарий