Страницы

11.07.2013

Aybəniz Əliyar - Çıraqqalaya yürüş

Cığırlara səpdim şeirlərimi,
Düzüldü dağların boynuna sanki.
Bu dağlar sevimli övladi kimi,
Alıbdır Şabranı qoynuna sanki.

Yamyaşıl xalıdır may düzənliyi,
Ətrafda xoş ətir ruhu oyadır.
Torpaqmı yaradır bu zənginliyi,
Yoxsa saf havadır, belə xoş dadır?

Cazib dünyasıdır ana təbiət,
Şeh düşüb gözündən kəpənəklərin.
Gəlir torpaq kimi cana təbiət,
Sinəsi güllənir incə ləklərin.


Qalxıram aramla Çıraqqalaya,
Meşənin qoxusu çəkir insanı.
Bu qala ruhumu titrədən qaya,
Bu qala vəhdətin doğulan anı.

Комментариев нет:

Отправить комментарий