Страницы

02.07.2013

Cəhənnəmdə “məhəbbət” axtaranlar

Habil Yaşar

(Öncədən açıq-saçıq sözlərə görə oxucularımdan üzr istəyirəm. Bəzilərinin cənnət bildiyi cəhənnəm haqqında dialoqlarını yazmaq istədim. Nə qədər yanıldıqlarını isə bəlkə onların özləri də bilirlər. Sadəcə etiraf etmək istəmirlər)...


-Brat hara gedirsən?
-Hara gedəcəm cənnətməkana. Bara.
-Dayan, məni də gözlə çoxdandı mən də getmirəm. Yaman darıxmışam cananlardan ötəri.
-Tez ol brat, bu gün bizim günümüz olacaq...
-Dostum gəl evlənməmişdən qabaq səninlə bir kef çəkək.

-Necə?
-Səni elə bir yerə aparacam ki, gözlərin əsl cənnəti, huriləri görəcək. Mini yubkalı, sinəsi açıq masanlarla əylənmək istəmirsən?
-Dostum təşəkkür edirəm, ancaq düzü istəmirəm.
-Aaa...Sən bir buna bax...Alə adıvu kişi qoymusan gəl gedək, həm də toy qabağı təcrübən artsın.
-Əşi sən məni demirsən. Bütün günü elə orda deyiləm. Pulum var, kişiliyimə də söz ola bilməz. Xərcləyirəm, kef çəkirəm. Mənə qalan onlar olacaq. Nəyimə lazımdır evlənmək, nə bilim kiminsə qayğısına qalmaq. Üç günlük həyatdı, yeyib-içib, cananlarla kef çəkirəm. Bunun nəyi pisdi mən ölüm. Hörmətim də ki, hörmət. Özümə belə şeylərdən korluq verən deyiləm.
-Burda gözüm bir maskaya düşüb, qiyməti neçə olur-olsun bunu əldə edəcəyəm brat. Özüm ölüm keçilməz candı. Bir onun fiqurasına bax, gör nə maldı.
-Bəlkə ona xərcləyəcəyini uşaqlarına oyan-buyan alasan. Yazıqların çörəyindən niyə kəsirsən?
-Sən nə danışırsan. Bir az məntiqli ol. Özüm qazanmışam, özüm də necə istəyirəm elə də xərcləyəcəyəm.
-Yaxşı məsləhət sənindi.
-Dünən gecə yerin məlum bir barda idim, gəl ki, görəsən. Özüdə o qədər içmişdim ki, lap paxmel olmuşdum qaqaşım. Sağ olsun yaxşı dostlar. Çoxdandı belə ləzzət yaşamamışdım. Vallah məndən olsa heç evə qayıtmazdım.
-Gərək mənə də deyəydin da. Beləsən da. Yaxşı yerlərə heç mənə deməzsən. Ancaq işin düşəndən-düşənə...
-Yaxşı ta qaqaş gələn dəfə söz səninlə gedəcəyəm.
-Oğulsan e...Çox sağ ol...

Комментариев нет:

Отправить комментарий