Страницы

20.07.2013

"Keyfiyyətsiz brendin reklamı bol olur"

Ramilə Qardaşxanqızı TEZ-BAZARda

- Özünüzü iki sözlə təqdim edin.
- Mən özüməm.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Ramilə Qardaşxanqızı.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Həyatı acı bibər qədər sevən insan.

- Dost…
- Allahdan başqa dost yoxdur, sirdaş var.

- İlk sevginiz?
- Tanımıram.


- Əsas ixtisasınız?
- Ədəbiyyatçı.

- İstifadə etdiyiniz nəqliyyat növü?
- İnsanlığa ən sadə səyahət, avtobus

- Sevdiyiniz maşın markası?
- Paltar yuyan ”LC”, bir də “Land Cruiser”.

- Sevdiyiniz brend?
- Keyfiyyətsiz brendin reklamı bol olur.

- Sevdiyiniz saç düzümü?
- Hicab.

- Sevdiyiniz rəng?
- Göy qurşağı.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Qoruya bilmədiyimiz vətən.

- Sevdiyiniz yemək?
- Halal ruzi.

- Ən çox istifadə etdiyiniz söz?
- Təəssüf ki...

- Leksikologiyanıza yad olan söz?
- Yad.

- Sizi nə həyacanlandıra bilər?
- Atəşkəsin pozulması.

- Ən çox sevdiyiniz kitab?
- Qurani-Kərim.

- Ən çox sevdiyiniz yazar?
- Frans Kafka.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Yoxdur.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Klassik musiqi.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Bu günün insanını tanıya bilirəm.

- Mənfi xüsusiyyətiniz?
- Saya bilərəm.

- İdeal insan necə olmalıdır?
- İmanlı.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Çalışıram.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Çətin məsələdir.

- Həyat fəlsəfənizi ifadə edin.
- Bacar yıxılma, amma uduzmağı öyrən.

- Siz xoşbəxtsinizmi?
- Səbəbim var.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Razılaşmaq.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Fəlsəfi. 

- Ölüm niyə ölmür?
- Haqq olduğu üçün.

- Dinlərə münasibətiniz?
- İslamın qaydası hörmət etməkdir.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Neqativlərdən.

- Falçıya inanırsızmı?
- Ağlım yerindədir.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Torpağa qayıtmaq.

- Sevinciniz nə qədərdir?
- Paylaşa biləcəyim qədər.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- İnsan olduqlarına görə.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Lazım olanda.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Baxır çaya.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Üzünə gülümsəyə bildiyin biri varsa nə gözəl.

- Mənə sualınız.
- Tez bazar?

Комментариев нет:

Отправить комментарий