Страницы

21.07.2013

Mərdan Əzimov - Oyuncaqlar

Həyatda bəzi insanlar həyat oyunlarına oyunçu, bəziləri isə sadəcə izləyici qalarlar. Həyat oyunları elə həyatla oyun oynamaq kimi çətin bir işdir. Bu oyunlarda da sadəcə və sadəcə izləyici kimi qalmaq daha məqsədə uyğundur. Oyunçu olub kiminsə oyununa qurban gedməkdənsə seyirci qalıb oyunun sonunu həvəslə gözləmək daha yaxşıdır məncə…
Sərbəst düşünmək, oyunu sonacan, rahatlıqla izləmək əladır. Mənə fikrimi onlara çatdırmaq lazımdırsa ha burda demiş, ha mitinqdə nə fərqi var ki. Nə isə dəyişməyəcəksə, dəyişəndə mənim, bizim xeyrimizə olmayacaqsa bu yolda atacağımız hər addım şeytan oyununa oyunçu olmaqdır.
 ***
Hal-Hazırda 20 faiz torpağımız işğal altındadır və aclıq, işsizlik, özbaşnalıq baş alıb gedir. Və ən əsada asılı olmayan bir şey yoxdur, hər kəs kimdənsə, nədənsə asılıdır. Ona görə də azadlıq buralara gəlməyib və gələcəyinə də ümid etmirəm. Çünki, insanlarımız tək başına düşünməyi bacarmırlar, mütləq düşüncələrinə kimisə qoşmalı və ya kimsə də istəmədən qoşulmalı olur.
Bir tərəfdən də asılı olmasan da alınmır ki. Havada tutulmuş vərəq parçası belə əldən asılı halda qalır. Əldən buraxıldığındasa vərəq istəmədən aşağı hərəkət edir. Nəysə.
Ölkəmizdə azad olmağ eşqilə yaşayan, həqiqətəndə bu yolda canından belə keçməyə hazır olan gənclər çoxdur. Amma onların asılılığa düşmüş liderləri olmaya da.
Əslində asılılığa düşmək probemli məsələ deyil e, amma asılı olduğun adam insaflı adam ola da. Təcili tibbi yardım maşınında narkotika aparan, hər ayın başı parkları, yolları, havarları sökdürüb yeniylə yenisini tikdirən, əslində isə məqsədi büdcədən pul yemək olan insanar düşüb torumuza, türk qardaşlarımız deşimkən: “ Allah kahr etsin!”.
Birdə kimlərisə hansısa sözünə, hərəkətinə, yazısına görə tənqid atəşinə tutmaq, mühakimə etmək olmaz. Və hal-hazırda da heç kəs doğru hərəkət etmir. Hər  kəs yalnışlarla itib, batıb. İqtidarıda, olmayan müxalifəti də, azad düşünmək üçün can atan gəncidə və məndə. Çünki, mən bu yazını yazmaq əvəzinə daha böyük olmasa da xeyirli bir iş görə bilərdim məncə…

Комментариев нет:

Отправить комментарий