Страницы

12.07.2013

Deputat yalnız öz maraqlarını güdmək üçündür?

Səbinə Məmmədli

Cəlilabad rayonunun Əlilliklərin təyin olunması idarəsinə yüzlərlə sənəd təqdim olunub. Özü də, 2 il bundan əvvəl. Əlil, şil, ömürlük yataq xəstəsi, hər iki ayağını itirmə, anadangəlmə iflic və s. onlarla xəstəlik üzrə. Hətta bəzən bir evdən 2 xəstə olur. Amma düz 2 ildir ki, sənədlərinə kimsə baxmır. Xəstə yaxınları tez-tez TSEK-ə müraciət edir, hər gün get-gələ salınır, saatlarla növbə gözləyirlər, amma bir xeyri yoxdur. Məlumdur ki, idarəyə gəlib qayıtmaqçün də bir xeyli pul lazımdır. Çünki ucqar kəndlərdən də gələnlər var. Və yollar Sovetin vaxtında çəkilən yollar olduğu üçün dağılıb, bərbad hala düşüb.
Təbii ki, buna görə də vətəndaşlar sınıb dağılmış avtomobillərındə gündəlik çörək pulu qazanmaq istədikləri üçün yol haqqını artıqlaması ilə almağa məcburdurlar. Evində yataq xəstəsi olan, dərman almağa pul tapmayan vətəndaşlar üçün yol pulu ödəmək də bir xeyli çətindir. Cəlilabad rayonundan deputat seçilmiş Mirkazım Kazımov isə hardadır, bilinmir. Bəyin isə seçkidən sonra üzünü görən olmayıb. Sonuncu dəfə seçkidən öncə gəlib bir məktəbə 250 manatlıq komputer bağışlayıb, şəkil çəkdirib gedib. Vəssalam. O vaxtdan üzünü görən yoxdur. İndi soruşmaq istəyirəm, Mirkazım bəy, bu necə deputat işləməkdir? Sizdə insaf var? Varsa hardadır? Niyə bu rayonun heç bir sosial problemi ilə marağlanmırsız? Seçki mandatını bir cür bir təhər alıb qoymusunuz cibinizə, öz kefinizdə gəzirsiz. Bəziləri deyir sizə səs verən olmayıb. Bəziləri isə əksinə, bildirirlər ki, namizədliyinizi sakinlərin çoxu dəstəkləyib, çünki siz rayonda məhşur pir, ocaq sayılan MirMəhəmməd Ağanın oğlusunuz. Budurmu sizin vətəndaşlara hörmətiniz?! Bəs harda qaldı sizin mərhəmətiniz, imanınız?! Bu hansı ədalətə sığır? Bu yazını göndərdiyim media orqanlarından xahiş edirəm ki, dərc edəsiniz xalq bu ədalətsizliyi görsün. Deputat yalnız öz maraqlarını güdmək üçündür? Yazmaqda məqsədim odur ki, Mirkazım bəy bunu oxuyub bəlkə bir az utana. Haşa, bu özü də şübhə altındadır, amma bəlkə yenə də nə isə alındı.

Комментариев нет:

Отправить комментарий