Страницы

07.07.2013

XOSROV BARIŞAN - KİRPİ

DÜNYAMIZ DANIŞANDA kitabından UŞAQ QOŞQUSU

Bir söz deyim; dostum inan,
Məndən bətər qorxar ilan.
Arxam üstü tikan-tikan
Ancaq lütü-pütdür sinəm.
Ay uşaqlar kirpi mənəm.

Sanma ki bir səs salaram.
Danışmaram, mısıldaram.
Yan-yörə mi hey yalaram.
Asta-asta yeriyənəm,
Ay uşaqlar kirpi mənəm.

Düşmən önündə ay balam;
Tikanlı bir top olaram.

Dəysə mənə yaralaram.
Zülm eləyənlə düşmənəm.
Ay uşaqlar kirpi mənəm.

Tanıtdırdım mən özümü,
Dedim ürəkdən sözümü.
Güldürdünüz siz üzümü.
Sizi gördüm şadam, şənəm.
Ay uşaqlar kirpi mənəm.

Комментариев нет:

Отправить комментарий