Страницы

21.08.2013

Aybəniz Əliyar - Bağışla

Ürəyimin döyündüyü qədər varsan,
Gözlərimin gördüyü qədər gözəlsən.
Ağlımın kəsdiyi qədər real,
Bədənimin sevişə bilmədiyi xəyalsan.
Üzürümdür gözlərimdəki yağışlar,
Səni çox incitmişəm, bağışla...

Pəncərəmi döyən ağacsan,
Budağından beşiyim asılmışdı bir vaxtlar...
Məni unudacağını zənn edib
Sinənə bir hərf cızmışam--- "A",
Səni çox incitmişəm, bağışla...

Ürəyimin içi boyda sevirəm səni,
Beynimin sərhədsiz təxəyyülü qədər.
Bir payız ağacı kimi çılpaqdı hisslərim,
Həm sevincimsən, həm dərdi-sərim.
Özümü sevdirmək istədiyim baxışla,
Səni çox incitmişəm, bağışla...

Yaşaya bilmədiyimsən,
Anlata bilmədiyim.
Qovuşa bilmədiyimsən,
Ata bilmədiyim.
Hələ də unuda bilmədiyim,
Haqqın var məni qarğışla,
Səni çox incitmişəm, bağışla...

Комментариев нет:

Отправить комментарий