Страницы

12.08.2013

Azərbaycanlı balasının Moskvadakı qəhrəmanlığı

Azərbaycanlı balası, 21 yaşlı həmyerlimiz Salaməddin Nağıyev Moskvanın Luberetski rayonunda Pexorka çayında boğulan 3 qızı xilas edərək faciəli şəkildə həlak olub

Bu yaxınlarda Rusiyanın Life News saytı Azərbaycan oğlunun qəhrəmanlığı haqqında maraqlı məlumat yayıb. Həmin məlumatı olduğu kimi sizə təqdim edirik.

Moskva ətrafında yoldan keçən bir nəfər çayda boğulan uşaqları xilas etmişdir. 
Yerli hakimiyyət isə öz həyatı bahasına üç qızı xilas edən Azərbaycanın 21 yaşlı sakininin cəsədinin axtarışında onun qohumlarına kömək etməkdən imtina etmişdir. 

Talış diasporasının 21 yaşlı nümayəndəsi Salaməddin Nağıyev Luberetski rayonunda Pexorka çayında boğulan yerli uşaqları xilas edərək faciəli şəkildə həlak oldu.
O, Azərbaycandan Moskvaya öz atasına qonaq gəlmişdi. Həmin gün çayın ətrafında gündüz gəzişərkən, üç qızı suda yardıma çağıran gördü. Salamaddin bir dəqiqə də düşünmədən onlara kömək etmək üçün çaya atıldı.
Körpüdən çaya tullanan Salaməddin qızlardan ikisinin sahilə çıxmasına kömək etdi. Təəssüf ki, özü xilas ola bilmədi. Şahidlərin sözlərinə görə, hər şey çox sürətlə baş verdi. Çayın axını oğlanı bir neçə dəqiqə ərzində bəndin altına çəkdi. Anlayanda ki, o boğulur, qızlardan daha birini suyun üzünə çıxartmağı bacardı, amma özü suyun altına getdi.
- Salaməddin onları çıxartmağa çalışırdı, özü isə boğulurdu və çayın dibinə gedirdi, - Life News saytı yerli sakinlərdən biri, Artyomun danışdıqlarını xəbər verir. - Biz onun xilas etdiyi qızlara kömək etdiyimiz zaman, Salam suyun altına getdi və onu xilas etmək artıq mümkün deyildi. Hər şey çox sürətlə oldu. 
Hadisədən dərhal sonra həlak olmuşun dostları polisin yerli bölməsinə müraciət edərək Salamaddinin axtarışında, onun meyidinin çaydan çıxardılmasında yerli polislərdən kömək istədilər. Amma müəyyən olundu ki, faciənin baş verdiyi ərazi Luberetski və Ramenski rayonlarının arasında bölünmüşdür, buna görə də axtarış əməliyyatının başlanğıcı ləngiyirdi.
Dalğıcların işini yüngülləşdirmək üçün Salamın əzizlərləri şəxsi gücləri hesabına çayı zibildən təmizləyirdilər. Nəticədə, kömək gəlmədiyi üçün, qohumlar və Salamın dostları fərdi xilasedicilərin xidmətlərini ödəyib, Pexorka sahilinə yollandılar .
- Biz dalğıcları kirayələdik və onların hər saatına dörd min rubl ödədik, - Nağıyevin qohumları Life Newsa belə danışdılar. – Güclü axının bəndin altına çəkdiyi Salamın cəsədini tapıb, onu oradan çətinliklə çıxartdıq.
Life Newsa məlum oldu ki, boğulan uşaqları xilas etmiş cavan insanın cəsədini yalnız beş gündən sonra aşkar etmək mümkün olmuşdur.
- Bizim üçün Salam - tamamilə yad insandır, - Salaməddin tərəfindən xilas edilmiş qızların valideynləri deyirlər, - amma o, həmişəlik bizim yaddaşımızda əsl qəhrəman kimi qalacaq.

Viktoriya Vadaçkoriya, Life News Online

Комментариев нет:

Отправить комментарий