Страницы

11.08.2013

Dünyadakı bütün neft şirkətlərinin yeganə sahibi

Leyla Əliyeva

Dünyanı 2 ailənin yönəltdiyi deyilir. Amma bunlardan 2-si onun gerçək sahibləridir. Söhbət Rotşildlər və Rokfellerlərdən gedir. Rokfellerlər də Rotşildlər kimi başlanğıcda bank və maliyyə sektorunda fəaliyyətə başlayıb. Buna görə də illərdir Amerikanın pul bazarlarında səltənət sürməkdədirlər. Dünyada baş verən bir çox proseslərdə, xüsusən də iqtisadi böhran və ya liberallaşdırma meylli inteqrasiya proseslərində hər zaman Rokfellerlərin biznes, siyasi maraqları özünü göstərir.
Heç bir böhran küləyi onları sarsıtmır. Banklar batır, şirkətlərin səhmləri dəyərsizləşir ancaq bu klan mövcudluğunu saxlayır.
İmperiyanın qurucusu Con Rokfeller dir. Görkəmli iş adamı və inhisarçı çox ilginc ailəyə sahib olub. 6 uşaqlı ailənin ikinici övladı olan Con D.Rokfeller avara Bill Rokfellerin (bəzi mənbələrdə atasının adı Uilyam Yeveri Rokfeller kimi göstərilir) oğludur. O Nyu York yaxınlığındakı Moraviya adlı şəhərçikdə özünü kar və lal kimi qələmə verərək fırıldaqçılıqla məşğul idi. O, xüsusi şəfavermə qabiliyyətinə malik olduğunu deyərək, naməlum reseptura ilə düzəltdiyi ağrikəsiciləri insanlara sırıyırdı. Conun anası Eliza Devison isə şotland əsilli fermerin qızı olub. Bill Rokfellerə ilk baxışdan aşiq olan E.Devison lal oğlanın bir gün dilinin açılacağı təqdirdə ona ərə gedəcəyini öz-özünə piçıldayarkən gözlənilməz “möcüzə” baş verib. Bill Rokfeller ona evlilik təklif edib. Ailə qurduqdan sonra cütlük Riçforda köçüb. Qeyri-rəsmi mənbələrə görə, gənc ailə orada Billin məşuqəsi Nensi Braunun evində məskunlaşıblar. Bu məsələ evliliklərinin ilk illərindən Billə Eliza arasında uçurum yaradıb.
1838-ci ildə onların ilk övladı Lusi dünyaya gəlib. Bir neçə ay sonra Nensi də qız doğub. Çoxları deyir ki, həmin uşaq məhz Billdən olub. 1839-cu ildə Con Deyvid Rokfeller anadan olub. Sanki bəhsə girmiş kimi Elizanını ardınca Nensi də doğub. Amma günübacısından fərqli olaraq oğlan yox qız. 3 rəsmi, 2 qeyri-rəsmi övlad sahibi olan Bill ailə başçısı, qayğıkeş, ən nəhayət sevgili olmaqdan çox tez bezib. Subaylıq dönəminə qayıtmağı qərara alıb. Əyləncəli həyat tapmaq ümidi ilə yola çıxıb. Üç uşağı ilə tək qalan Elizanın atası evinə qayıtmaqdan başqa çarəsi qalmayıb. Az sonra Bill də onun ardınca gəlib. Bu qayıdışdan sonra Elizanın ikinci qızı Meri dünyaya göz açıb. 4-cü uşaq da Billini ailəyə bağlamayıb. Hamilə Elizanı yenə tərk edib. Belə halda Eliza bütün ailənin yükünü üzərinə götürüb. Anasının əziyyətlərini görən Con ona bu işdə yardımçı olub. Düzdür, bəzən Billi cibləri dolu vəziyyətdə onların gözünə görünürmüş. Ancaq Billinin anidən gedib-qayıdışları ailənin həyatını həmişə çətinləşdirib. Xüsusilə o, at oğurluğunda günahlandırıldığı zamanlarda. Ailə Moraviyadan əvvəlcə Oveqaya, sonra Stronqsvilə köçməyə məcbur olub. Bir məqamı da qeyd edək ki, müəyyən müddət keçdikdən sonra Bill Ulyamın Levinqston adı altında özündən 20 yaş kiçik qızla evlənir.

Təhsili 

Con 10 yaşında Oveqada məktəbə gedir. Sonra Stronqsvildə təhsilini davam etdirir. Müəllimlərinin dediyinə görə, o, dəqiq elmlərə meyl edir. Yaxşı oxusa da, yoldaşları ilə dil tapmaqda çətinlik çəkən gələcəyin neft maqnatının cəmisi 2 dostu olur. Onlar broker Mark Xanın oğlu və Laura Spelman (bir müddət sonra Rokfeller in həyat yoldaşı olur) olur. 16 yaşında Con peşə məktəbində oxumağa başlayır. Ticarət hüququ və mühasibat təhsili alır. Eyni zamanda orada ikili mühasibatlığı, biznes planlarının hazırlanmasını, bank işini, pul dəyişdirilməsi siyasətini yaxşı mənimsəyir. Məktəbi bitirdikdən sonra Klivlenddə iş axtarmağa başlayır. Onu da bildirək ki, Con ilk pulunu 7 yaşında hind toyuğu satmaqla qazanıb. Hind toyuqları isə o, meşə kənarından tapırmış. Bir il sonra artıq Con Rokfeller bu işdən yaxşı pul belə tutur. Daxıla yığdığı 50 dolları tanış fermerə illik 7 faizlə sələmə verir.

Rokfellerlər kasıb idilər? 

Çoxları düşünür ki, imperiyanın yaradıcısına - Cona qədər Rokfellerlər ailəsi kasıb olub. Həqiqət isə heç də belə deyil. Rokfellerlərin özlərinə görə pulu var imiş. Götürək onların təhsillərini. İstər Con, istərsə də qardaşı Uilyam Oveqoda özəl məktəbdə təhsil alıblar. O zaman az sayda ailə uşağını oxuda bilirdi. Sadəcə Rokfellerlər digər ailələrin uşaqları ilə müqayisədə ona görə kasıb görsənirdilər ki, inancları yaxşı geyinmələrinə icazə vermirdi. Bunu günah sayırdılar. Maraqlıdır ki, bu ilginc fəlsəfəni sonradan Rokfellerlər bütün həyat tərzinə çevirirlər.

İlk iş və biznes 

1855-ci ildə o ilk işini tapır. “Hewitt & Tuttle” özünü təhsilli professional kimi təqdim edir. Şirkətdə idarəçi vəzifəsi boşalan kimi onu işə götürürlər. Məlumatlara görə, o, ilk 3 ayı pulsuz işləyir. Həftəlik maaş alan Conun birinci qazancı 3,5 dollar təşkil edir. Sonradan bu rəqəm 25, bir qədər keçdikdən sonra 500 dollara qalxır. Sələfinin 2000 dollar maaş almasının ardınca Rokfeller şirkəti tərk edir. “Hewitt & Tuttle” onun bioqrafiyasında yeganə muzdlu iş olur. Çox keçmir Con artıq öz işini qurmağı qərara alır. Həmin ərəfədə ingilis əsilli sahibkar Con Morris Klark özünə 2000 dollarla tərəfdaş axtarırdı. Hər qəpiyinə qənaət edən Con isə 3,5 ildə cəmi 900 dollar yığa bilmişdi. Belə halda o, atasına müraciət edib ondan illik 10 faizlə borc alır. Çətinliklərə rəğmən 1856-cı ildə “Klark və Roçester” şirkəti yaradılır. Saman, taxıl, ət və digər məhsullarının ticarəti ilə məşğul olan şirkət tezliklə 4500 müqavilə bağlayır. ABŞ-da Vətəndaş müharibəsinin başlaması şirkətin işinə yarayır. Müharibə zamanı “Klark və Roçester” şirkəti hər iki tərəfə məhsul satmaqla 44 000 dollar xalis gəlir əldə edir.1863-cü ildə artıq şirkət bazarda yerini tutur.

Baptist kilsəsinə yardım 

Uşaq yaşlarından dindar yetişdirilən Rokfellerlər ailəsinin inanc yeri baptist kilsəsi idi. Yazılanlara inansaq, Con kənd kilsəsində keşikçi də işləyib. Böyüdükdən və işləməyə başladıqdan sonra isə Con daim qazandığının 10 faizini kilsəyə verib. Bu köçürmələr onun qazancı ilə bərabər illər üzrə artıb. 1857-ci ildə o kilsəyə 28,37 dollar, 1858-ci ildə 43,85 dollar, 1859-cu ildə 72,22 dollar, 1860-cı ildə 107,35 dollar 1861-cı ildə 259,97 dollar bəxşiş verir. Vətəndaş müharibəsi illlərində isə gəlirləri artığından Conun kilsəyə bəxşişi 671,86 dollara, 1865-ci ildə 1000 dollara yüksəlir.

Rokfellerlər neft sektorunda 

Belə bir deyim var axtaran tapar.Con Rokfellerin neft sektoruna girişi “Rokfeller Enryus end Fleqqer” şirkətinin yaradılması ilə başlayır. Beləliklə ilk neft email şirkəti yaradılır. Neftin gələcəkdə ticari önəm qazanacağını düşünən Con şirkətlərini sataraq pulunu Samuel Andryus adlı kimyaçı ilə birlikdə “Standard Oil Company” adında yeni şirkətə yatırır. Şirkət neft axtarışına başlayır. 1870-ci ildə qardaşı Uilliam Rokfellerlə birgə “Standard Oil Company”nin vasitəsilə Amerikanın neftsanayesini tək əldə cəmləşdirməyə başlayır. Fürsətlərdən faydalanaraq neftin dəmiryolu ilə daşınmasıüçün ən aşağıtariflərə nail olurlar. Qardaşlar həmçinin rəqib şirkətlərin neftlərini daşımamalar ıüçün dəmir yollarına təzminat ödəyirlər.1874-cü ildə Klivlenddəki 26 müstəqil emal şirkətinə birləşməyi təklif edirlər. Və 20 şirkət Rokfellerlərin təklifini qəbul edir. Bunun nəticəsində “National Rafinery Association” yaradırlır. Az sonra dəmiryollarına da sahiblənən Rokfellerlər beləcə 10 il ərzində bir çox quyu sahiblərini özlərinə birləşdirməklə rəqiblərini də eyni qiymətə neft satmağa məcbur edərək onların iflasına yol açırlar. Monopolist siyasət 1880-ci ildə artıq Amerikanın neft təchizatının 95 faizinin Rokfellerlərə məxsus olmasına gətirib çıxarır. “Standard Oil Company” dövrünün ən böyük şirkətinə çevrilir. 1882-ci ildə Con Rokfeller ailənin varidatını idarə etmək “Rokfeller & Co” şirkətini təsis edir. 10 il sonra inhisara qaqşı qəbul edilən qanun (Şerman) “Standard Oil Company”nin bölünməsini tələb edir.Rokfellerlər bizneslərini 34 kiçik şirkətə bölürlər. Praktiki ABŞ-ın neft şirkətlərinin hamısı – “Mobil”,” Exxon”və “Chevron” “Standard Oil”in əsasında yaranmış olur.

Tələbə yoldaşı ilə evlənir 

Gəlirlərinin artması Con Rokfelleri ailə qurmaq istiqamətində düşündürür. 1864-cü ildə Bill Laura Selestina Spelmanla evlənir. Qeyri adi gözəlliyə sahib olan Lore öncədə qeyd etdiyimiz kimi, Conun tələbəlik illərindən dostu idi. Con Rokfeller özü bu haqda belə deyirmiş “onun məsləhətləri olmasaydı mən uşaq qlacaqdım”.Qardaşı Ulyam da Condan geri qalmır. Ondan 1 ay əvvəl Elmire Djeraldine Qudsellə evlənir.

Xalq Con Rokfellerə nifrət edir 

Rokfellerlərin rəqabət prinsipləri, məqsədli siyasətləri onların nə cəmiyyət, nə də rəqibləri tərəfindən sevilməməsinə gətirib çıxarır. İctimaiyyətdə müsbət imic yaratmaq üçün Con Rokfeller hətta xalqla əlaqələrin(PR) atası sayılan Ivy Leendən kömək istəyir. Çox faydasını da görür. Necə? Con Rokfeller inhisarçıdan xeyriyyəçiyə çevrilməyə başlayır. Xeyriyyəyə nə az nə çox yarımmilyard dollar xərcləyir. 1897-ci ildən Rokfeller “Standard Oil”in idarəetməsini tərəfdaşlarına həvalə edir. Onun sayəsində Çikaqo Universiteti yaradılır.1901-ci ildə isə Rokfeller adına tibb universiteti təsis edilir. 1913-cü ildə Rokfellerlər Fondunu yaradır, Rokfellerlər Mərkəzini tikdirir. İndi BMT-nin qərargahı yerləşən binanın tikintisinə 9 milyon dollar ayırır.
Con Rokfeller 4 qız və bir oğula sahib olur. Vəfatından əvvəl o sərvətinin yarım milyardını oğlu Con Rokfeller kiçiyə vəsiyyət edir. Qızları isə atalarından 240 mln. dollar miras alırlar.

Dünyanın ilk milyarderi 

Con Rofeller 1892-ci ildə Amerikanın ilk həqiqi milyoneri olur.1910-1937-ci illərdə dünyanın ən varlı insanı adını qazanır. 2007-ci ilin ekvalenti ilə hesablasaq zamanında Con Rokfellerin 318 milyard dollar pulu olub. Təkcə bir faktı qeyd edək ki, zamanında “Standard Oil Company” Rokfellerlərə illik 3 milyon dollar qazandırırmış. Rokfellerlərin hazırkı maliyyə vəziyyətinə gəlincə, haqqında dəqiq məlumatlar verilmir.Bununla bağlı araşdırma aparmaq üçün ailə arxivləri də ictimaiyyətə bağlıdır.Kağız üzərində görsənməsələr də Rokfellerlər ABŞ-ın eləcə də dünyanın varlı ailələrindən biridirlər. 2007-ci ildə onların sərvəti Kontrol etdikləri pul 5 trilyonla 15 trilyon arasında dəyişir.Məlumatlara inansaq Exxon Mobil, CHEVRON, Citi Group, J.P Morgan-Chase-in Rokfellerlərə məxsusdur. Ailənin əsas maliyyə aləti olan "Chase Manhattan Bank"ı hazırda ABŞ-da səhmlərinin həcminə görə ikinci ən böyük bankdır. Bankın real bazar dəyəri 3 trilyon dollar təşkil edir. Dünya maliyyə sisteminin nüfuzlu mərkəzlərindən olan "Citibank"-da Rokfellerlərin nəzarətindədir. Sadəcə Nyu Yorkda ailənin 1 trilyon dollar dəyərində daşınmaz əmlakı var. Məşhur American International Corporation (AIC) nin ortaqlarından biri də Rokfellerlər ailəsidir. Ailənin Avropadakı bəzi banklarla da əlaqəsi olduğu söylənilir.

Rokfellerlər yəhudidirlər?

Yuxarıda qeyd olunanlar sadəcə Rokfellerlərlə bağlı rəsmi məlumatlar idi.Lakin bu klanın cəmiyyətə digər üzü də bəllidir. Rotşildləri kimi onların da dünyada baş verən bir çox proseslərdə, xüsusən də iqtisadi böhran və ya liberallaşdırma meylli inteqrasiya proseslərində biznes, siyasi maraqları var. Rokfellerlər kimdir? Qeyri-rəsmi mənbələrə inansaq Rokfellerlər Almaniyadan ABŞ-a mühacirət etmiş yəhudi mənşəli nəslin davamçılarıdır. Bunun üçün ailənin sahib olduğu “Chase Manhattan Bank”nın adına nəzər yetirmək kifayətdir. Bankın adındakı Manhetten Nyu Yorkda yəhudilərin olduqca sıx yaşadıqları adanın adından götürülüb.
Bu bankın İranda şah dövründə müxtəlif investisiyaları olub. Ailəyə aid şirkətlərin Səudiyyə Ərəbistanında da bir çox investisiyaları mövcuddur. Səudiyyə neftlərinə sahib məşhur” Saudi ARAMCO” şirkətinin hissələri Rokfeller ailəsinə aid dörd şirkət arasında paylaşdırılıb . Bunlar “Texaco”, “New Jersey Oil”, “Socony Vacum” və “California Standard Oil” şirkətləridir. Sözügedən dörd şirkət 1944-cü ildə bir araya gələrək məhz ARAMCO-nu yaradıblar. Mərkəzi Londonda olan “Harts Horn J. E. Oil Company es and Goverments”-in nəşrinə görə, Yaxın Şərq neftinin 99%-i yeddi böyük neft şirkətinin nəzarəti altındadır. Bu şirkətlərin beşi Rokfeller lər ailəsinə mənsubdur.

Rokfellerlər ən böyük missioner kimi 

Bu gün ABŞ və dünyada bu ailənin təmsilçiləri ən böyük missionerlərdən biri kimi tanınır. Lakin diqqətimizi cəlb edən xüsusi məqam Rokfellerlərin beynəlxalq siyasətdə tutduqları mövqe və ABŞ-ın xarici siyasətinə təsir imkanlarıdır. Rokfellerlərin maliyyə yardımı göstərdikləri sahələr arasında təhsil sektoru və beyin mərkəzləri xüsusi yer tutur. Qardaşların yaratdığı Rokfellerlər Fondu ABŞ-da və Avropada bir çox məşhur universitet və kollecə maliyyə yardım göstərir. Bu təhsil müəssisələrində xüsusi tədqiqatları, o cümlədən bir çox Nobel mükafatı namizədlərinin tədqiqatlarını maliyyələşdirir. Harvard, Nyu York, Yel, Korneli, Kolumbiya, Massaçusets Texnoloji Universiteti, London İqtisadiyyat məktəbi başlıca benefisiarlardır. Ailənin adını daşıyan universitet (Rokfeller Universiteti, Nyu-York, 1901) və muzeyi (Rokfellerlər Muzeyi, 1925-1930, Qüds) də təsis edilib. Bir çox siyasilər Rokfellerlər Fondunun yardımı ilə oxuyub. Onlar sırasında Türkiyənin Bülent Ecevit və Deniz Baykal kimi dövlət adamları var.

Klanın siyasi oyunları 

Rokfeller ailəsi beynəlxalq siyasətdə aktiv iştirakçıdılar. Konkret olaraq onlar fəaliyyətləri ictimaiyyət üçün gizli saxlanılan bir çox beynəlxalq təşkilatların, habelə regional təsisatların yaradılmasında birbaşa iştirak etməklə bərabər maliyyə yardımları göstərirlər. Bu təşkilatlar arasında Bilderberq klubu, Üçtərəfli Komissiya, Asiya Cəmiyyəti, Karnegi Korporasiyası, Xarici Əlaqələr Şurası (CFR), Brookinq İnstitutu, Peterson İnstitutu, Sakit Okean Münasibətləri İnstitutu, Xarici Siyasət Assosasiyası, Davos İqtisadi Forumu, Millətlər Liqası, BMT-nin müxtəlif proqram və layihələri, 30-lar (G30) qrupu, Sosial Tədqiqatlar Şurası var. Onlar Rokfellerlərin müxtəlif məqsədlərinə xidmət etmək üçün maliyyələşdirilirlər. Rokfellerlər daha çox pərdəarxası siyasi proseslərdə iştirak edir, dünyanın siyasi fikrinə təsir edə biləcək təşkilatları dəstəkləyirlər. Məsələn, göturək Bilderberq klubunu. Rokfellerlər bu klubun əsas maliyyə mənbələrindən və klubun fəaliyyətində söz sahiblərindən biridir. İctimaiyyət üçün bağlı olan bu klubda iştirakçıların üçdə biri hökumət və siyasətçilərdir.
Qalanı maliyyə, sənaye, təhsil, aparıcı media-holdinqlərin nüfuzlu şəxsləridir.Bilderberq klubunun daimi üzvlüyü mövcud deyil. Hər il idarəedici komitə iclasa yüzə yaxın insan dəvət edir. Onlardan hər biri sirri qorumaqla bağlı öhdəlik götürür.Siyasət səhnəsindən Marqaret Tetçer, Bill Klinton, Toni Bleyer, Angela Merkel, Romano Prodi, Henri Kissencer, Donald Ramsfeld klubun üzvü olublar. Bu klubu bəzən gizli dünya idarəetmə sisteminin əsas mərkəzi hesab edirlər. Hazırda klanın rəhbəri olan Devid Rokfeller Bilderberq klubunun məsləhət qrupunun sədridir.

İran şahı ilə əlaqələr 

ABŞ xarici siyasətində ən böyük diplomatik qalmaqallardan biri və sonradan hər zaman İrana qarşı arqument olaraq istifadə ediləcək hadisənin baş verməsində də Rokfellerlərin adı hallanır. Belə ki, 1979-cu ildə ABŞ tarixində səfirlik əməkdaşlarını girov götürülməsi ilə əlaqədar yaranmış ABŞ-İran diplomatik qalmaqalı Kissencer-Rokfeller adları ilə birbaşa bağlıdır. Burda haşiyə çıxaq ki, Henri Kissencer 1956-1958-ci illərdə Rokfeller qardaşları Fondunun maliyyələşdirdiyi tədqiqat proqramının direktoru olub. O vaxtdan onların daimi münasibətləri yaranıb. İranla bağlı olaya gəlincə, həmin dövrdə ABŞ-da ən nüfuzlu beyin mərkəzi olan Xarici Əlaqələr üzrə Şuranın sədri olan Devid Rokfeller və Henri Kissencer Prezident Karteri İran şahı Rza Pəhləvinin ABŞ-a müalicə məqsədilə gəlməsinə razılıq verməsinə inandıra bilirlər. Bunun nəticəsində böyük bir qalmaqal yaranır. 4 noyabr 1979-cu ildən 20 yanvar 1981-ci ilədək 52 amerikalı Tehrandakı ABŞ səfirliyində girov şəklində saxlanılır.ABŞ diplomatiya tarixinin ən rezonans doğuran bu hadisənin arxasında da Rokfellerlərin biznes maraqları dururdu. Belə ki, şah zamanında İranda ailənin yatırımları mövcud idi. Nelson Rokfeller tərəfindən yaradılan IBEC (Beynəlxalq Təməl Sənaye Tərəfdaşlığı) İrandakı tikinti sektorunda uzun illər fəaliyyət göstərib. CMB 35 faizlik payla İran International Bankı qurub. Şah, ölkənin bütün böyük sərmayələrinin gəlirlərinin hamısını CMB-yə yatırmışdı. Ayrıca neft alış-verişi üçün lazımlı kredit işlərinin də CMB tərəfindən edilməsini əmr vermişdi. Bu arada şah öldükdən sonra ABŞ-ın İranı boykot etməsi nəticəsində sərvəti Rokfellərlərə qaldı. O zaman şah xanədanın 25 milyard dollarlıq var-yatırından söhbət gedirdi. İndiki kursla bu sərvət bir neçə yüz milyardla qiymətləndirilə bilər.

Rokfellerlər vəzifədə 

Con Rokfeller böyüyün siyasətdə və xeyriyyəçilikdəki yolunu 5 nəvəsi davam etdirir. Onlardan ən məşhuru Nelson Rokfellerdir. Nelson ailənin ABŞ hökumətinin ən yuxarı vəzifəsində təmsil olunan nümayəndəsi olub. O, 1940-cı ildə Prezident Ruzveltin Amerika məsələləri üzrə köməkçisi vəzifəsini yerinə yetirib. II dünya müharibəsindən sonra San-Fransiskoda BMT-nin yaradılması ilə bağlı konfransda ABŞ-ın nümayəndə heyətinin tərkibində olub. BMT-nin öz mənzil-qərargahını Nyu Yorkda yerləşdirməsi üçün xüsusi səy göstərib.Hətta bu məqsədlə torpaq sahəsi alaraq təşkilata bağışlayıb.
Rokfeller ailəsində mason yoxdur. Amma masonların ən alt kateqoriya hesab etdikləri “Tampliyerlər” adlı təşkilatın bərpaçılarındandırlar. Rokfeller ailəsinin məqsədi bütün dünya birjalarındakı pul sistemi deyil. Pul ümumiyyətlə onlar üçün məqsəd yox hədəflərə çatmaq üçün maşındır. “Süleyman məbədi” adlı təşkilat dünya miqyasında iqtisadiyyata yön verən ən büyük təşkilatdır.

publika.az

Комментариев нет:

Отправить комментарий