Страницы

02.08.2013

DÜŞÜNCƏLƏR

Hədiyyə Şəfaqət 

Daha    səni  düşünmək  istəmirəm,  neyləyim?
Çırpındım  ki,  başımdan  çıxarım,  atım  səni
Ürəyimin  hər  küncü  yara  tutub  inləyir
Axı  sən  niyə  vardın,
                                     Axı  sən  niyə  yoxsan?
Bəlkə  bir  də  öldürüm
Bir  də  yaradım  səni?

Bu  gediş  nə  gedişdi?
“Əlvida”-sız,  “sağ  ol”-suz...
Nə  mən  durdum  dayandım,  nə  sən  dalımca  baxdın
Bir  məhəbbət  yaşadıq-
Etirafsız...
Arzusuz...

Qəribə  ayrılıqdı,    elə   sevgimiz  kimi
Nə  mən  təsəlli  tapdım
Nə  sən  mənsiz  darıxdın...

...Qorxma,  qorxma,  bir  daha  qayitmaz  o  məqamlar
Yolunda  durmayacaq
Qəfildən    gəlməyəcəm     
Daha  maraqlı  deyil  mənə  özgə  adamlar....
Yaşa  daha  özünçün-
                            Bəsit,  sadə,  adicə...
Bu  savaş  sənlik  deyil
Agır  yükdür  məhəbbət-
                                      Sənə  çəkdirməyəcəm...

Комментариев нет:

Отправить комментарий