Страницы

12.08.2013

Gələrsən-Görərsən


"Gələrsən-Görərsən" qalası (Bəzi mənbələrdə "Gəl-Gör-Get qalası" kimi qeyd olunur) Şəkinin Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. "Gələrsən-Görərsən" qalası sındırılmış çay daşlarından inşa edilmiş və divarlarının qalınlığı bəzi yerlərdə 2,7 metrə çatan qala hündür bürclərlə (7 metr) əhatə olunub.
Şəki şəhərinin özü qala divarları ilə əhatə olunmadığından, düşmən hücumu zamanı əhali "Gələrsən-Görərsən" qalasına sığınırdı. Qalanın neçənci əsrdə və kim tərəfindən tikildiyi barədə dəqiq məlumat yoxdur. Bəzi müəlliflər onun tarixini XVI əsrə aid etsələr də, bir sıra mənbələr abidənin daha əvvəlki dövrlərdə inşa edildiyini xəbər verir. Tarixçilərin verdiyi məlumata görə, 1743-cü ildə Nadir şah böyük qüvvə toplayıb, təpədən dırnağa qədər silahlanmış 30 minlik nizami qoşunu ilə Şəkiyə yürüş edib. Düzənlikdə açıq savaşda onunla bacara bilməyəcəyini dərk edən Şəki vilayətinin hakimi Hacı Çələbi xan qalaya sığınaraq müqavimət göstərməyi qərara alıb. Nadir şah Hacı Çələbi xana məktub yazaraq qalanın təslim edilməsini tələb etmiş, əks halda torpağını yerlə-yeksan edəcəyini, qaladakıların hamısını qılıncdan keçirəcəyini bəyan edib. Qalanın igid müdafiəçiləri isə ona açıq cavab verərək "Gələrsən, görərsən" - deyiblər. Şəkililər üç il aclıq və çətinliklərə məruz qalsalar da, "Gələrsən-Görərsən" qalasını təslim etməmiş, düşməni əldən salandək vuruşmuşlar. Yenə də heç bir müvəffəqiyyət qazanmayan şah ordusu kor-peşman geri dönmüşdü.
"Gələrsən-Görərsən" qalasında baş vermiş bu hadisə ilə bağlı başqa variantlar da vardır...

Ramzi Rasul

Комментариев нет:

Отправить комментарий