Страницы

22.08.2013

Metrodan, bulvara doğru saxta eşq seruvənləri

Tural Sahab

Zamanda bir gəzintiyə çıxsaq  ilk insanın, ilk sözündən günümüzə doğru.
Kütlənin inkişaf etdiyini, lakin fərdlərin hər nəsil bir az daha gerilədiyini görəcəyik. Aristoteldən sonra onun kimi biri yaşadımı? – yox. Bəs, Ədəbiyyatda Firdovsi, Nizami meydana çıxdımı?- yox. Bütün imkanlara baxmayaraq tibdə bir İbn- Sina yetişdimi? –yox.
Bir ərəb əfsanəsi idi“  Leyli və Məcnun  ”. Əfsanəydi, ancaq insanlar inanırdı. Demək ki, bir həqiqət payı vardı. Nizami Bərdədə Şirinin daşlara həkk olunan rəsmini görməsəydi yəqin ki,  inanmazdı Fərhadın dağlar yarmasına.

İndi nə o gözəllikdə qadın var.
Nə dağlar yaran Fərhad,  nə də ki, Şirinin rəsmini qayalara həkk edən o sənətkar( bəlkə də elə o, Fərhad idi) var.
Bəs indi nə var  görəsən?
Metrolar, avtobuslar var. Tıxaclar var,  sapıqlar var.
İnternetdə tutulan qızlar( oğlanlar)  var.
Bulvarda bir-birini ac qurdlar kimi yeyən gənclər var.
Bu sevgilərdənmi ilham alsın  indi şairlər ?
Bir yanda leyla( insan, ruh, mevla) deyən məcnunlar,
Bu yanda Lalə( döş, sinə, baldır)  deyən dəlilər.
Bir yanda“  əxlaqi –Nasir ”  kimi böyük əsərlər yazan dahilər,
Bu yanda küçədə öpüşməkdən , bakirəlikdən yazan acizlər.
 Halbuki ,  sevgi necə gözəl bir duyqu idi. İnsanlar bir –birini sevir  aldatmırdı. Ailələr dağılmır, gənc oğlanlar ayağı yanmış it kimi gəlin gəzmirdilər.
Rumi və Dostoyeviski ayrı-ayrı vaxtlarda “  cəhənnəm ürəkdə sevginin bitdiyi yerdi”  deməmişdilərmi.
Metroda oğlan, qızı mıncıqlayır(  yada ki, qız özü sürtünür)  sonra düşür arxasınca.
Bir az bulvarda dadına baxıb, tərk edir. Bu da oldu bizə sevgi.
Ramiz Təkani demişkən: “ Şairlərə deyin,  yazmasın sevgi şeirini,  məcnunlar bulvarda gəzir leylini” .

Комментариев нет:

Отправить комментарий