Страницы

16.08.2013

Misirin qan gölü - Təhrir

Əziz Əlibəyli

Misirin paytyaxtında Təhrir adlı bir meydan var. Hələ iki il bundan əvvəl Onun adı günlərlə davam edən xalq mitinqləri başlandığı zaman populyarlaşmağa başladı.Təhrir - o meydan idi ki,Məhəmməd Hüsnü Saidin 30 illik patronajlığını tarixin arxivinə göndərməyə sahiblik etmişdi. Nə üçün Misir də "Ərəb inqilablarının" silsiləsinə adi edilmişdi? Bu suala cavab vermək üçün Niyə Hüsnü Mübarək 30 ildən artıq bir müddətdə Misir kimi düyünlü bir ölkədə hakim qala bilmişdi ? sualını izah etmək lazımdır. Bununsa cavabını hansısa politoloqaların biləcəklərindən çox ABŞ və Rusiyanın(həm də SSRİ) kuluarlarında tapmaq olardı.
Və məhz 10 fevral 2011-ci ildə Mübarəkin istefası ilə Təhrir öz missiyasını başa çatdıra bilmişdi.Özünün dikatator idarəçiliyi, ABŞ və İsrailin dostu və Qərbin yaxın tərəfdaşı kimi göstərə bilmiş Mübarək Misri 30 illik sabit rejimdə saxlamaqla hardasa müəyyən iqtisadi inkişafa da nail ola bilmişdi.
30 ilin sonunda onun bütün dostları çoxdan siyasi səhnəyə lojalardan boylanmaqda idi. Demək ki, onun oynadığı oyunun da rolu artıq bitmişdi.Kütlə halındakı ərəb gəncliyini sosial şəbəkələrlə idarə edib, meydanlara tökən xüsusi qüvvələr Misiri Mübarəkin despot rejimindən qoparıb "azad", "demokratiya" vətəninə "çevirmək" istəyirdilər.Hətta bunun nəticəsi kimi Misir tarixində ilk demokratik seçkilərinin keçirilməsi üçün real şərait yaradıldı.Amma, bu dəfə də Qərb Fələstində olduğu kimi hakimiyyəti islamçılara uduzdu."Müsəlman Qardaşları"nın Misirin yeni tarixini yazmağa başlaması İslam ölkəsinin və ərəb xalqının əsl qələbəsi idi. Mursinin formalaşdırdığı hakimiyyət ilk gündən İslamyönlü, ərəb əməkdaşlığına doğru ciddi addımlamağa başladı.Mübarəkdən fərqli olaraq Mursiyə dağıdılmış infrastruktur,bir də ağıl tarazlığı puzulmuş kütlə eyforiyası miras qalmışdı. İldən artıq davam edən Təhrir epopeyası ədalətin gözünə tərs baxraq yenidən közərməyə başladı. Misirin ən böyük problemi onun əhalisinin qarışıq olması və vahid birliyin olmaması idi. Bu da Mursi əlehdarlarını onun dostlarının gözləri qarşısında Təhrirə axın etməyə sövq etdi. Xarici amillərin və yad antiislam qüvvələrin əli ilə idarə edilən kütlə bu dəfə Mursiyə qarşı yönəldi. Öz seçdiyi hakimiyyəti qorumağa macal tapmayan xalq Mursinin yuxarıdan devrilməsindən sabah xəbər tutdu.
Hakmiyyət sırf Qərbyönlü emissiyanın əlində cəmləşdirildi. Bəs nə üçün məhz Misir son iki il ərzində iki dəfə dövlət çevrilişinin yarasını aldı? Birincisi,Mursinin hakimiyyətdə qalması Səudiyyə və Körfəz ölkələrinin xeyrinə deyildi. Onlar Müsəlman qardaşlığı-İhvanın öz ölkələrinə ayaq açmasından əndişəli idilər (Təbii ki, Qərb və ABŞ-da olmaqla);
İkincisi, Ərəb baharını ortaya atmaqla devrilmiş hakimiyyətlərə kredit vermək istəyən ABŞ bunu Mursi ilə edə bilmirdi;
Üçüncüsü, 10 xarici neft şirkəti Misirdə hələ Mübarəkin zamanında böyük imtiyazlara malik olmaqla işləyirdi. Mursi isə öz şərtlərini diktə edirdi;
Dördüncüsü, Mursi demokratiyanın keçici olduğunu, dinin isə daimi hakim olduğunu bəyan etməsi Qərb üçün sərf etmirdi;
Mursinin devrilməsi ilə İslamçı qüvvələri hakimiyyətdən kənarlaşdıran liberallar nəyin bahasına olur olsun adminstrasiyanı əldən verməməyə çalışırlar. Elə bundan sonra, xalq nəhayət başa düşdü ki, öz seçdikləri insanın müdafiəsinə qalxmalıdır. Bir ildən sonra, Mübarəkin zamanında olduğu kimi Təhrir yenidən milyona çatan mitinqiylə sarsıldı.Amma, bu dəfə hətta, Mübarəkin etmədiyini edən keçid hakimiyyəti xalqa atəş açdı.
Bu günə qədər ordunun öz xalqını qətl etməsi nəticəsində öldürülənlərin sayı 638 nəfərə yüksəlib.Təhrir bu dəfə daha böyük tarix yazmaq ərəfəsindədir. Özü də qan gölü içərisində. Qan gölü isə o qədər böyükdür ki, onun içərisində çoxlarının üzməyinə imkan olacaq.

Комментариев нет:

Отправить комментарий