Страницы

26.08.2013

Mən sənu unutmadım ki...

Əyyub QİYAS

mən səni unutmadım ki...
səni yuxularıma köçürdüm
yuxusuz gecələrimdə
sənə çox vaxt ayırım deyə...

mən sənu unutmadım ki...
unudan olsaydım
üz-üzə gələndə
onca uzun ayrlıqıdan sonra
ayaqlarım dolaşarmıydı,
gözlərim sevinərmiydi heç...

mən sənu unutmadım ki...
sadəcə səni də
bütün unutduqlarımın arasında

ötürdüm getdi.
mən sənu unutmadım ki...
səni unutmaq istəsəm də belə.
səndən qaçmaq,
səni  xatırlamamaq isytəsəm də belə...
qan kimi damarlarımda axdın.
pəncərəmdən otağıma boylan ay kimi
hər gecə boylanıb mənə baxdın.
tanımadım ki, səni.
yazmaq istədityim hər sətrin
önünə yazıldın.
demək istədiyim hər sözün
əvvəlində işləndin.
anlamadım ki...

mən sənu unutmadım ki...
bir ömür unutduqlarımın arasında
unuduldun sən də.
sonra xatırlamağa  ərindiyim
çox şeylər kimi
xatırlamaq istəmədim səni də.

mən sənu unutmadım ki...
gözləırim yarpaq-yarpaq axtardı səni,
baxışlarım çiçık-çiçək.
belə unudulmaqmı olur.

mən sənu unutmadım ki...
unutmaq istədiklərimin
başında dursan belə.
sənə demişdim ki,
unutqan adamam mən.
demişdim ki,
bir gün unuda bilərəm səni.
demişdim ki, içindəki ağrılar
bir gün mənim üzümdən çoxalanda
dəniz kənarında çəkdirdiyimiz
ilk və son şəkli
cırıb atarsan
sən də məni unudasan  deyə...
yalan demişdim.
bilirdim ki,
sən də məni unuda bilməzsən.

mən sənu unutmadım ki...
unudulurmu nəfəs almaq
unudulursa ölüm.
mən sənu unutmadım ki...
nəfəs almağı unutdum zatən.

mən sənu unutmadım ki...

Комментариев нет:

Отправить комментарий