Страницы

10.08.2013

Nurəddin Rəhimov - Biri var

Biri var
səni belə tanıyalar-
gəncliyin söz illərində saçlarına ağ düşmədən
xal düşə andına!
O gündən ruhuna qan dama,
gözlərin buludlara çəkə!
Fanar işığında
çəhrayı görünər ağacın ağ çiçəkləri.

Biri var
səhərin gözünə mil çəkəsən,
yolları lil çəkəsən ardınca,
ardınca da bir Araz axa!
Sənin Kür gününə bir az da kür qatalar,
saçlarını darayasan-
ağacın ağ çiçəkləri tökülə!


Bu yerlərin güneyi var,
yam-yaşıl talalar meh kimi əsər!
Qalalar qayalara çəkilmiş rəsm,
orada tumurcuqlqya gözlərinin bəbəyi!
Bir bulağı gözündən öpüb,
qafanda sevdalar əsə-
bu da var!

Bu da var-
ruzigarı istədiyin kimi hörəsən,
hər yerdə özünü çörəsən!
Ağacın ağ çiçəkləri...

Hər ruzigar
işığı öz rənginə hopdurar!

Комментариев нет:

Отправить комментарий