Страницы

24.08.2013

ÖMRÜN İŞIQ İLLƏRİ

İsmixan Kazımov

Keçdi ömür, keçdi gün
Geri dönməz keçən gün
Ayaqyalın köynəkçək
Gizlinpaç oynayardıq
Hanı o gün, hardadı?
Qəlbim yenə ordadı.
O günündən bu günə
İçimdəki xatirə
Sızıldayıb ağlayır
Məni ora çağırır

Səhər evdən çıxardıq
Fit çalıb toplaşardıq
Bir məhəllə uşağı
Əli, Qəfər, Top Hadı-
Alıb oyuncaqları
Gəzərdik bağça-bağı.
Ara bir dalaşardıq
Küsüb, həm barışardıq
Toplayardıq gül-çiçək
Bağlardıq ondan çələng
Onu gözəl hədiyyə 
Edərdik böyüklərə
Təşəkkür ala-ala
Böyüyərdi topbala
Sevincimiz hüdüdsuz
Xəyalımız bir dəniz
Qaçardıq axşamacan
Heç yoruldum demədən
Anamızın səsinə
Gəlib girərdik evə
Bax beləcə keçərdi
Ömrün uşaq illəri.

DEMOKRASİ

Avropasayağı geyimlərə bax
Qalmayır əynində don insanların
Baş açıq, sinəsi qoşa torbalı
Donu şortik olub bu insanların.

Bəzən çaş-baş düşür kişiylə qadın
Qulağında sırğa, boynunda zəncir
Qadın qiyafəsi, kişi ləhcəsi
Mod düşüb içinə bu insanların.

Əsrimiz baş alıb bir başsızlığa
Qorxuncdu bu yolda xeyirdə, şərdə
Namus ləkələnir ar itən yerdə
Görünmür həyası bu insanların.

Yüz də desən xeyri yoxdur tənqidin
Azadlıqdır, demokratdır gördüyün
Sönüb içindəki odu qeyrətin
Görünmür külündə qor insanların.

Комментариев нет:

Отправить комментарий