Страницы

21.08.2013

Qalib Şəfahət - TƏNHALIQ

Get uzağa ey, insan!
Yeri, səndən qorxuram.
Bir tənhalıq, bir özüm...
Ölüm üçün darxıram.

Səndə  iki ayaqlı,
Sənə də etibar yox.
Səndən də tullanmağa
Səndən hündür divar yox.

Yeri-yeri uzaq dur,
Gedim bəxtimi gəzim.
Səni əvəz eyləyir,
Bir tənhalıq, bir özüm.


Başım əllərdə gəzmir,
Başım öz əlimdədi.
Yatmıram yuxu görəm,
Görüm kim qəlbimdədi.

Комментариев нет:

Отправить комментарий